“Ərim atamı döyüb” FOTO
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Atam ərim tərəfindən döyülüb”.
Ölkə.az xəbər verir ki, bu barədə türkiyəli aktrisa və müğənni Yıldız Asyalı sosial mediada etdiyi paylaşımda bildirib.
O qeyd edib ki, ayrılma prosesində olduğu əri Mustafa Semih Demirci təkcə ona qarşı deyil, atasına qarşı da hücum edib.
Asyalı sosial şəbəkədə atasının xəsarət aldığı iddia edilən fotonu paylaşaraq, “Atam da ərim tərəfindən döyülüb” sözlərini yazıb.
Aktrisa hadisənin bununla bitmədiyini deyərək, ərinin ailəyə məxsus avtomobili götürərək, ərazidən uzaqlaşdığını bildirib. O, sosial mediada izləyicilərindən dəstək istəyərək, hadisənin yayılmasını xahiş edib.
Yıldız Asyalı ötən ilin mayında evləndiyi Mustafa Semih Demirci ilə qısa müddət sonra məişət zorakılığı iddiaları ilə gündəmə gəlmişdi. O, daha əvvəl də fiziki zorakılığa məruz qaldığını deyərək, xəsarət izlərini paylaşmışdı.(qafqazinfo)
Baxış sayı:89
Bu xəbər 19 Aprel 2026 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















