Ərini baltalayan üç uşaq anası 1il sonra azadlığa buraxıldı
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ərini baltalamaqda təqsirli bilinərək 1 il əvvəl 9 il həbs cəzası alan Lalə İmaşova azadlığa buraxılıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə 20 saylı vəkil bürosu məlumat yayıb.
Sabunçu Rayon Məhkəməsi Lalənin üç azyaşlı uşaq anası olmasını nəzərə alaraq belə qərar qəbul edib.
Xanım müttəhimin qalan həbsi şərti cəza ilə əvəzlənib. O, cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
İttihama görə 30 yaşlı Lalə mübahisə zəminində ərinin başına balta ilə zərbə endirmişdi. O, hökmə qədər azadlıqda idi.
Bakı Ağır Cinayətlər Məhkəməsi son iclasda Laləni ərini qəsdən öldürməyə cəhd etməkdə təqsirli bilib. Hökmə əsasən o, 9 il azadlıqdan məhrum edilərək, məhkəmə zalında həbs edilib.
Amma yuxarı instansiyalar cəzanı həddən artıq ağır hesab edib. Bakı Apellyasiya Məhkəməsi cəza müddətini 7 ilə, Ali Məhkəmə 4 ilə endirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 08 Aprel 2025 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















