Erkən evlilik üzrə göstəricilər son 3 ildə 50% ə yaxın azalıb Komitə sədri
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"18 yaşadək analar və erkən evlilik üzrə göstəricilərin son üç ildə təxminən 50%-ə yaxın azalması xüsusi qeyd olunmalıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
"Bu nəticə yalnız hüquqi tədbirlərin deyil, həm də təhsil sisteminin, yerli icra mexanizmlərinin, ailə institutunun güclənməsinin və ictimai davranış dəyişiminin ümumi sinerjisinin nəticəsidir", - deyə komitə sədri bildirib.
B.Muradova qeyd edib ki, əmək bazarında müşahidə olunan dəyişikliklər göstərir ki, qadınların iqtisadi fəallığı davamlı şəkildə artır: "Orta əməkhaqqında da artım tempi müsbətdir, peşə hazırlığında qadınların üstünlük təşkil etməsi xüsusilə diqqətçəkicidir və özünüməşğulluq proqramlarında iştirak da genişlənməkdədir".
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 26 May 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















