Komitə sədri: “18 yaşadək analar və erkən evlilik 50 faiz azalıb”
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
“Sosial tendensiyalar və ictimai dayanıqlılığa gəldikdə qeyd etməliyəm ki, gender əsaslı və sosial risk göstəricilərində müşahidə olunan dinamika göstərir ki dövlətin tətbiq etdiyi profilaktik və preventiv mexanizmlər daha səmərəli nəticə verir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ötən ilin yekunlarına dair hesabatı səsləndirərkən deyib.
Komitə sədri qeyd edib ki, bu, özünü müraciətlərin azalması, mühafizə orderlərinin artması, erkən müdaxilə mexanizmlərinin genişlənməsi kimi bir-birini tamamlayan tendensiyalarda göstərir:
“Bunu DK nə, müvafiq qurumlara, qaynar xətt xidmətlərinə daxil olan müraciətlər, nikah ,doğum, gender əsaslı cinayət və hüquqpozmaların hazırda slaydlarda təqdim olunan statistikası sübut edir.
Misal üçün, 18 yaşadək analar və erkən evlilik üzrə göstəricilərin son üç ildə təxminən 50%-ə yaxın azalması xüsusi qeyd olunmalıdır.
Bu nəticə yalnız hüquqi tədbirlərin deyil, həm də təhsil sisteminin, yerli icra mexanizmlərinin, ailə institutunun güclənməsinin, ictimai davranış dəyişiminin ümumi sinerjisinin nəticəsidir”.
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 26 May 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















