Icma.az
close
up
RU
“Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” HÜQUQ MÜDAFİƏÇİSİ

“Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” HÜQUQ MÜDAFİƏÇİSİ

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Təəssüf ki, bu gün erkən nikahlar Azərbaycanın bütün rayonlarında mövcuddur, istər Cənub bölgəsində, istərsə də digər ərazilərdə. Biz bu mövzunu ictimailəşdirərkən məhz Şamaxı rayonundan başladıq, çünki orada problem xüsusilə aktuallıq təşkil edirdi. Bununla əlaqədar olaraq bütün rayonlarda seminarlar təşkil edilməyə başlandı”.

Bu fikirləri hüquq müdafiəçisi Novella Cəfəroğlu Gununsesi.info-ya açıqlamasında bildirib:

“Daha sonra erkən nikahların qarşısını almaq məqsədilə qanun qəbul olundu. Onun hazırlanması və qəbulunda erkən nigaha göz yumanlar, polis, bələdiyyələr, icra hakimiyyətinin qadınlarla işləyən şöbəsi və dini qurumlar fəal iştirak edirdi. Nəticədə bu gün erkən ərə vermə hallarının sayı xeyli azalıb, çünki qanun çərçivəsində hər kəs məsuliyyət daşıyır.

Belə hallar baş verərsə, qadın komitələri və digər müvafiq qurumlar birgə müdaxilə edir və nəticə əldə olunur. Əvvəllər isə ailələr məsələyə qarışır, qızı evdə saxlamaq və ya qaçırmaq hallarına yol verirdi. Qızın yaşı çatanda isə onu evləndirirdilər.

Vaxtilə belə hallarda atalar deyirdilər: “Qız mənimdir, bu oğlana vermirəm” və hətta oğlanı həbsə göndərirdilər. Bu cür hallar rayonların kənd məktəblərində də müşahidə olunurdu. 3-cü sinifdən sonra bir neçə qız oxuyur, valideynlər isə onları tez ərə vermək istəyirdilər”.

Novella Cəfəroğlu qeyd edib ki, erkən nikahların qarşısının alınması üçün qanun qəbul edilməli və hər bir qız məktəb attestatı almalıdır.

“Bu, erkən nigahların qarşısını almaq üçün həyati əhəmiyyət kəsb edir. İslamda, Quranda da qeyd olunur ki, təhsil yalnız insanı ucalara qaldırmaq üçündür. Bu prinsipi Qurandan götürərək əsas mesaj kimi təbliğ etmək vacibdir”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Sentyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri