Icma.az
close
up
RU
Qanunların sərtləşdirilməsi erkən nikahla mübarizədə yetərsizdir Nə etməli?

Qanunların sərtləşdirilməsi erkən nikahla mübarizədə yetərsizdir Nə etməli?

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, 2024-cü ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1 279 olub. Bu 2023‑cü ilə nisbətən 463 nəfər az olsa da, erkən nikah problemi hələ də aktual olaraq qalır. Rəsmi rəqəmlərə görə, xüsusilə, Mərkəzi Aran, Qarabağ, Lənkəran‑Astara iqtisadi rayonlarında erkən nikah faktları hələ də yüksəkdir. 

Təhlillər göstərir ki, problemin kökündə həm adət-ənənələr, həm maddi problemlər, həm təhsil səviyyəsi, həm də patriarxal düşüncə dayanır. İstənilən halda, erkən nikah cəmiyyət üçün bir çox fəsadları özü ilə gətirir. İlk növbədə, təhsilin erkən tərk edilməsi, xüsusilə qız uşaqlarının məktəbi yarımçıq buraxaraq ailə həyatı qurması problemi ortaya çıxır. 

Erkən nikahın fiziki və psixoloji zərərlərinə gəldikdə isə həkimlərin fikrincə, gənc yaşda hamiləlik qızların sağlamlığına ciddi təhlükə yaradır.  pizza mizza

2024-ci ildə regionlarda 18 yaşına qədərki analar tərəfindən doğulan uşaqların sayına görə ən yüksək göstərici Mərkəzi Aranda qeydə alınıb. Burada 167 körpə azyaşlı analar tərəfindən dünyaya gətirilib. Bundan başqa, Qarabağ iqtisadi rayonunda 164, Qazax‑Tovuz bölgəsində 163, Lənkəran‑Astara ərazisində 160 və Mil‑Muğan bölgəsində 141 körpə 18 yaşına qədərki analar tərəfindən doğulub. Ən aşağı göstərici isə Şərqi Zəngəzur (28 körpə) və Abşeron‑Xızı (30 körpə) rayonlarında olub.

Azərbaycanın 14 iqtisadi rayonunda qanunda müəyyən “üzrlü səbəblər” əsasında 17 yaşında nikaha icazə verilməsi mümkün olduğundan 2024-cü ildə 185 belə nikah qeydə alınıb. Xatırladaq ki, 2023‑cü ildə bu göstərici 249 idi. 

Xatırladaq ki, 2024-ci il iyulun 1-dən qüvvəyə minən Ailə Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycanda 17 yaşında nikaha daxil olmaq istəyənlər üçün qanun sərtləşdirilib. Belə ki, nikah yaşına çatmamış şəxslərə tətbiq olunan üzrlü səbəblər ləğv olunub.

Beləliklə, istisnasız olaraq rəsmi nikaha daxil olmaq istəyənlərin minimum yaş həddi 18 olaraq müəyyən edilib. 

Bütün bunlara baxmayaraq, azyaşlı analar tərəfindən dünyaya gətirilən uşaqların sayı göstərir ki, qanunların sərtləşdirilməsi erkən nikahla mübarizədə yetərsizdir.

Beynəlxalq təşkilatlar, xüsusilə BMT və UNICEF, təhsildən yayındırılan və erkən nikaha cəlb edilmə təhlükəsi olan uşaqlar üçün təhsilin davam etdirilməsini təmin etmək, ailələrə və müəllimlərə gender-savadlılıq təlimləri keçmək və yerli icmalarla iş aparılmasının gücləndirilməsini təklif edir. 

Azyaşlıların toyunda “nənə-babalarımızdan belə görmüşük”, - deyən məmurlar...   

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə açıqlamasında bu mövzuda ciddi məqamlara toxunub. O mütəmadi olaraq, bu cür faktlarla bağlı mübarizə apardığını, buna baxmayaraq pərakəndə fəaliyyətin yetərsiz olduğunu diqqətə çatdırıb: 

“Hesab edirəm ki, erkən nikahla mübarizəyə təkcə ailələri deyil, dövlət nümayəndələrini də cəlb etmək lazımdır. Hətta aidiyyəti şəxslər bu sahədəki problemlərə görə məsuliyyətə də cəlb edilməlidirlər. 

Bəzən bizə elə xəbərlər gəlir ki, həqiqətən, şoka düşürük. 15-17 yaşlı uşaqların qanunsuz toy məclislərində onların qohum-əqrəbası olan məmurlar özləri də iştirak edirlər. Xüsusilə bölgələrdə bu sahədə təbliğat aparmalı olan məmurlar azyaşlıların izdivacına “burda nə var ki” deyə, yanaşma sərgiləyirlər. Çoxlarının dilində isə “nənə-babalarımızdan belə görmüşük”, “bizim nəsildəki filankəs də 15 yaşında evlənib, yaxşı ailəsi var” və s. tipli zərərli adət-ənənə kəlmələri dolaşır. Ona görə, düşünürəm ki, ilk növbədə məmur məsuliyyətini önə çəkmək lazımdır”. 

Erkən nikah cinsi zorakılığa gətirib çıxarır 

Kəmalə Ağazadə hesab edir ki, erkən nikah və erkən cinsi münasibətlər cinsi zorakılıq hesab edilməlidir: 

“Valideyn məsuliyyətini unutmaq olmaz. Hansı rayonda erkən nikah faktı aşkarlansa, orada həm valideynlər, həm də aidiyyəti qurumların nümayəndələri cəzalandırılmalıdırlar. Bizdə hazırda adətən bu kimi faktlar aşkarlandıqda valideynlərlə söhbət aparılır, onlara tövsiyə verilir. Bu nəticəsizdir. Valideyn bilməlidir ki, azyaşlı uşağına toya edərsə, qızını 18 yaşından tez ərə verərsə, ən azı 3‑4 min manat dəyərində cərimələnəcək. Cəzasızlıq mühiti mövcud olduqca erkən nikah halları da təkrarlanacaq.

İcra hakimiyyətləri yanında fəaliyyət göstərən yerli komissiyalar mütəmadi olaraq bu halları araşdırmalı və qarşısını almalıdırlar”. 

Cəzasızlıq mühiti mövcud olduqca erkən nikah halları da təkrarlanacaq

Nəticə olaraq, xüsusilə 2024-cü ilin statistikasına görə, erkən nikah sadəcə şəxsi məsələ deyil, ciddi ictimai problemləri özündə ehtiva edir. Belə ki, Azərbaycanda erkən nikah problemi yalnız bir qrupun deyil, bütün cəmiyyətin problemidir. Təkcə qanun və qadağaların mövcudluğu kifayət deyil - təhsil, maarifləndirmə və ictimai qınaq mühüm alətlərə çevrilməlidir. Valideyn məsuliyyəti artırılmalı, hüquq-mühafizə orqanları bu məsələyə ciddi nəzarət etməli, aidiyyəti qurumlar və şəxslər məsuliyyətsizliyə görə cəzalandırılmalıdırlar. Ən əsası isə, bu mövzuda davamlı ictimai dialoq qurulmalı, mövqeyindən və vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaşın şüurunda bu cür nikahların təhlükəli olduğu aydın şəkildə formalaşmalıdır. 

Kəmalə Ağazadənin dediyi kimi cəzasızlıq mühiti mövcud olduqca erkən nikah halları da təkrarlanacaq. Ona görə, maarifləndirmə ilə yanaşı, inzibati-cəza tədbirləri də olmalı, real təsirli mexanizm formalaşdırılmalıdır. Yalnız bu zaman erkən nikaha qarşı mübarizədə uğur qazanmaq, gələcək nəsillər üçün daha sağlam bir cəmiyyət qurmaq mümkünləşə bilər. 

A.Zeynalov 

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Avqust 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri