Icma.az
close
up
RU
Erməni alimləri kimi düşünür: Zərdüşt Əlizadənin iddiaları narazılıq doğurdu

Erməni alimləri kimi düşünür: Zərdüşt Əlizadənin iddiaları narazılıq doğurdu

Icma.az, Modern.az saytına istinadən bildirir.

Tanınmış alim və siyasətçi Zərdüşt Əlizadənin illər öncə verdiyi müsahibə yenidən sosial şəbəkələrdə gündəm olub.

Müsahibədə Zərdüşt Əlizadə antropoloq tarixçilərdən birinə etnik kimliklə bağlı araşdırma aparmağı xahiş etdiyini və həmin araşdırmanın qəzetdə çap etdirildiyini söyləyib. Araşdırmaya əsasən, azərbaycanlıların 80%-nin türklərlə heç bir əlaqəsinin olmadığı və yerli Qafqaz xalqı olduğunu iddia edilib. Zərdüşt Əlizadə azərbaycanlıların üz quruluşunun da türklərə xas olmadığını əlavə edib.

Modern.az yenidən gündəm olan məsələ ilə bağlı Milli Məclisin sabiq deputatı, Xalq şairi Sabir Rüstəmxanlıdan münasibət alıb. Xalq şairi Zərdüşt Əlizadənin sözlərinə kəskin reaksiya verərək, onun öz genetik kimliyi ilə maraqlanmalı olduğunu deyib. 

“Zərdüşt Əlizadə Qafqaz xalqları deyəndə kimləri nəzərdə tutur? Çünki Azərbaycan türklənin böyük əksəriyyəti yerli Qafqaz xalqıdır. Ən qədim dövrlərdən, Albaniya dövlətinin ərazisində yaşayan və antik mənbələrdə adı keçən 26 etnos və ya tayfanın çoxu türklər idi. Bu barədə ciddi dəlil-sübutla yazılmış kitablar var. Zərdüşt Əlizadə bundan xəbərsiz olmaz. Məncə o, atası, hörmətli alimimiz Mübariz Əlizadənin dilimizə çevirdiyi “Şahnamə”ni də vərəqləmiş olar. O əsərin müəllifi Firdövsi fars millətçisi olsa da 2600 il öncə bu bölgədə türklərlə farsların yanaşı və ara verməyən savaş içində yaşadıqlarını yazıb. Bədii əsər olsa da, buradakı türk mövcudluğunu inkar etməyib. Bunu min il öncə yaşamış Firdovsi bacarmayıbsa, ondan min il sonra yaşayan Zərdüşt Əlizadə necə bacaracaq? Zərdüşt Əlizadə məncə ağılsız adam deyil. O zaman 20% gəlmə türkün 80% türk olmayan əhalini türkləşdirməsini hansı ağılla deyir? Ölkəmizdə bu genetik araşdırmasını nə vaxt aparıb? Erməni alimləri də onun kimi düşünür və yazırlar. İndi biz Zərdüştü onlardan necə ayıraq? Genetik test aparılsa, Zərdüşt bəyi yerli-dibli itirəcəyimizdən ehtiyat edirəm. Haqqımızda böhtan yazan az idi biri də aramızda dolaşır…Məncə Zərdüşt Əlizadə özünün kimliyi ilə maraqlanmalıdır. Xalqla işi olmasın.”

Sabiq təhsil naziri Firudin Cəlilov da Ərəblər gələnə qədər xeyli türk dövlətləri, islamdan sonra isə min il bu ərazilərdə türk imperiyaları mövcud olub:

" Zərdüşt bəy, savadlı, intellektual bir adamdır. Amma o, antropoloq deyil, etnogeneslə məşğul olmayıb. O daha çox politoloqdur və politologiyaya aid çox maraqlı onun fikirləri, yazıları var. Amma etnogeneslə bağlı dediklərində tam yanlışdı. Çünki türklərin Altaydan gəlməsi baxışı ilə Avropa alimləri bizə nə sırıyıblarsa, bugün də o davam edir. Amma beş min il qabaq Urmiya gölü hövzəsində üç-dörd böyük türk dövləti quruldu. Qurt və Turuq dövlətlərini nümunə göstərmək olar. Ondan sonra xeyli türk bəylikləri mövcud olub. Mannaya, Saqa dövlətləri qurulub. Ondan 2 əsr sonra Alban dövləti qurulub. İslamdan sonra da 1000 ildir, bu ərazilərdə türk imperiyaları olub. Ancaq son 100 ildə bu imperiya farsların əlinə keçib. Bu konteksdə götürəndə əlbəttə Zərdüşt bəyin dedikləri yanlışdır".

F.Cəlilov vurğulayıb ki, Türk antropoloji tipi Aralıq dənizi tipidir:

"Bunu antropoloqlar yazıblar, mən yox. Və türklər Aralıq dənizi tipinin kaspi növüdür. Yəni türkmənlərin, Azərbaycan türklərinin kəllə quruluşuna baxdıqda həmən kaspi tipidir. Azərbaycanda yeddi min ildir həmin tip dəyişmir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Yanvar 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri