Icma.az
close
up
RU
Trampın seçilməsi İrana yaxşı heç nə vəd etmir Zərdüşt Əlizadənin şərhi

Trampın seçilməsi İrana yaxşı heç nə vəd etmir Zərdüşt Əlizadənin şərhi

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.

"Trampın ABŞ prezidenti seçilməsi İrana heç nə yaxşı vəd etmir".

Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, zəngin müsəlman ölkələrinin rəhbərləri Trampla ortaq dil tapacaqlar:

"Onlar Trampın Yaxın Şərq siyasətini qəbul edirlər, ona itaət göstərəcəklər. Amma onun seçilməsi İran üçünə çox böyük təhlükədir. Çünki Tramp İranı məcbur edəcək ki, Fələstin xalqının müdafiəsindən geri çəkilsin. Geri çəkilməsə, müharibə və bombardman ehtimalı güclənir

Ukrayna müharibəsinə gəldikdə, o, vəd etmişdi ki, əgər seçilərsə, prezident vəzifəsinə başlamazdan əvvəl, iki gün ərzində Ukraynada müharibəni dayandıracaq və onun başa çatması üçün öz təkliflərini verəcək. Məncə, bu, həddən artıq özgüvənin nəticəsidir.


Ukrayna ilə Rusiya arasında münaqişənin səbəbləri dərindir. Rusiyanın tələbi Ukraynaya deyil, Qərbədir. Rusiya NATO-nun geri çəkilməsini istəyir. Bu, Rusiyanın strateji tələbidir, Ukrayna burada yalnız bəhanədir. Düşünmürəm ki, Qərb bu tələbi qəbul edə bilər. Putinin öz tələbindən geri çəkiləcəyi də gözlənilən deyil".

Z.Əlizadə qeyd edib ki, Tramp ola bilsin ki, Ukraynaya hərbi yardımı artırmağa məcbur olsun:

"Amma hələlik onun vədini yerinə yetirəcəyinə dair əsas görmürəm".

Trampın dövründə ABŞ-ın Azərbaycan və Türkiyə ilə münasibətlərinə gəlincə, Z.Əlizadə bunları deyib:

"Seçkilərdən əvvəl İlham Əliyev demişdi ki, Trampın seçilməsi Azərbaycanın xeyrinədir. Bunu ABŞ-Azərbaycan münasibətlərini qorumaqla sübut etmək olar. Düşünmürəm ki, Tramp administrasiyası Cənubi Qafqazda hədsiz maraqlı olsun.

Ümumiyyətlə, Cənubi Qafqazın beynəlxalq siyasətdə rolunu həddən artıq şişirdirlər. Biz nə Yaxın Şərqik, nə Şərqi Asiya, nə də Ukrayna. Uzaq Şərqdə Amerikanın daha ciddi maraqları var, nəinki Cənubi Qafqazda. Amma Tramp görsə ki, həm Ermənistan, həm də Azərbaycan Amerikanın xarici siyasətinə uyğun hansısa bir ortaq məxrəcə hazır olub, onda təbii ki, barış naminə köməyini təqdim edə bilər. Azərbaycana Amerika ilə dost olmaq əl verir. Çünki dünyanın aparıcı dövlətidir, böyük siyasi və maliyyə mərkəzidir. Ermənistan Rusiyadan əlini üzüb, böyük məmnuniyyətlə Amerikanın dostu olmaq istəyir. Buna özünü hazır sayır.


Türkiyəyə gəldikdə, o, kifayət qədər güclü dövlətdir və Amerika prezidentinin kim olmasından asılı olmayaraq, öz əzmini, iradəsini ortaya qoyur. Türkiyə Amerika ilə NATO-da mütəffiqdir. İki ölkənin iqtisadi, siyasi, hərbi sahədə müttəfiqliyi var və düşünürəm ki, Ankara bu müttəfiqliyini qoruyub saxlayacaq. Bu, Türkiyənin dövlət kimi həm imicinə, həm də hərbi-siyasi qüdrətinə müsbət təsir göstərir. Ona görə də düşünmürəm ki, Trampın seçilməsi ilə Türkiyə və ABŞ arasında ciddi riski yaransın. Əksinə, münasibətlərin daha yaxşı olacağını güman edirəm. Sərt, əzmkar kişilər Trampın xoşuna gəlir və Türkiyənin indiki dövlət başçısı da belələrindəndir. Odur ki, dil tapacaqlar".


Kübra, BakuPost

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Noyabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri