Icma.az
close
up
RU
Erməni Apostol Kilsəsində çaxnaşma: Paşinyanın təzyiq planı böhran yaratdı

Erməni Apostol Kilsəsində çaxnaşma: Paşinyanın təzyiq planı böhran yaratdı

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Ermənistanda kilsə–dövlət qarşıdurması yeni, daha kəskin mərhələyə qədəm qoyub. Son aylarda Baş nazir Nikol Paşinyanın kilsə islahatları adı altında həyata keçirdiyi planlar, keşiş və arxiyepiskoplar arasında yaranan parçalanma, eləcə də Katolikos II Qareginin istefası ilə bağlı artan təzyiqlər ölkənin daxili siyasi mühitini ciddi şəkildə silkələyib. Paşinyanın təqdim etdiyi “kilsənin bərpası üçün yol xəritəsi” cəmiyyətdə həm tərəfdar, həm də kəskin rəqib kəsimin formalaşmasına səbəb olub. Ermənistanın dini institutları ilə siyasi hakimiyyəti arasında illərdir davam edən gərginlik ilk dəfə olaraq bu qədər dərin və açıq konfrontasiya səviyyəsinə çatıb. Hazırkı qarşıdurma təkcə kilsənin gələcək taleyini deyil, həm də ölkənin seçkiöncəsi siyasi balansını müəyyənləşdirəcək əsas faktorlardan birinə çevrilib.

Terteryan Paşinyanın əsas namizədi oldu

Mövzu ilə bağlı qəzetimizə açıqlaça verən millət vəkili Könül Nurullayeva bildirib ki, Ermənistanda son günlər kilsə ətrafında baş verənlər təsadüfi deyil: “Nikol Paşinyan yaxınlaşan seçkilər öncəsi özünə təhlükə hesab etdiyi bütün strukturları nəzarətə götürməyə çalışır. Xüsusilə də kilsə rəhbərliyinə təzyiqlərin artması, dörd yüksək rütbəli keşişin saxlanılması göstərir ki, proses planlı şəkildə həyata keçirilir və hədəf Katolikos II Qareginin komandasıdır”.

O, qeyd edib ki, dekabrın 12-də keçirilməsi nəzərdə tutulan Yepiskoplar Şurasının iclasının Paşinyan tərəfindən əngəllənməsi də onun kilsə institutuna birbaşa müdaxiləsinin bariz nümunəsidir: “Məqsəd II Qareginə yaxın din xadimlərini tamamilə sıradan çıxarmaq və kilsəni siyasi idarəetmə alətinə çevirməkdir. Katolikosluğa qarşı kampaniyaya artıq xarici diplomatların da cəlb olunması diqqət çəkir. ABŞ-dakı erməni apostol kilsəsinin Qərb yeparxiyasının primatı arxiyepiskop Hovnan Terteryanın Paşinyanın əsas namizədi kimi hazırlanması barədə xəbərlər təsdiqlənir. Bir ay əvvəl Terteryanın Ermənistanın ABŞ-dakı səfirinin şərəfinə təşkil etdiyi dəbdəbəli şam yeməyi və onun Paşinyana ünvanladığı mədhiyyə dolu məktub bu planın bir hissəsi kimi görünür. Ermənistanda yeni, daha çox Qərb mərkəzli siyasi mühit formalaşdırılır. Avropa İttifaqının Ermənistana ayırdığı 12 milyon avronun xarici təsirlərlə mübarizə adı altında Paşinyanın mövqelərini gücləndirməyə yönəldilməsi də bunu sübut edir”.

Könül Nurullayeva əlavə edib ki, Paşinyanın hədəfi yalnız kilsə ilə məhdudlaşmır: “O, eyni zamanda müxalifəti və medianı da nəzarətə almağa çalışır. Bütün bunların fonunda baş nazir 2026-cı il seçkilərindən sonra ölkəni yeni mərhələyə - böyük ehtimalla qərbyönümlü Hovnan Terteryanın katolikosluğu ilə - aparmaq niyyətini gizlətmir. Bu isə gələcəkdə Ermənistanda ciddi siyasi qarşıdurmaların dərinləşəcəyindən xəbər verir”.

Kilsə hakimiyyətlə toqquşdu

Milli Məclisin deputatı Samir Vəliyev isə vurğulayıb ki, Ermənistanda Paşinyan hökuməti ilə kilsə arasında gərginlik son aylarda daha da artıb və proses artıq idarəolunmaz mərhələyə daxil olmaq üzrədir.

Deputatın sözlərinə görə, Paşinyan–Kilsə qarşıdurmasının kökləri Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbədən və Ermənistanın regiondakı geosiyasi mövqeyinin zəifləməsindən sonra formalaşan daxili siyasi parçalanmaya dayanır: “Qazaxın dörd kəndinin Azərbaycana qaytarılmasının ardınca keşiş Baqratın rəhbərliyi ilə başlanan etirazlar hər nə qədər uğursuzluqla nəticələnsə də, əslində, kilsə-hakimiyyət mübarizəsinin başlanğıc nöqtəsi oldu. Son günlər gərginlik daha kəskin mərhələyə keçib. Paşinyan artıq bilavasitə bütün ermənilərin katolikosu II Qareginə qarşı hücuma keçib. Səbəb aydındır: kilsə siyasi idarəçiliyə təsir göstərməyə çalışır və Paşinyan bunu qəbul etmir. O, açıq şəkildə bəyan etdi ki, katolikosun seçilməsində son söz Ermənistan dövlətinə məxsus olmalıdır. Bu isə kilsə üçün tamamilə yeni və sərt yanaşmadır. Kilsə daxilində Paşinyana dəstək verənlərin artması da maraqlı məqamdır. Deputat xatırladıb ki, bir neçə gün əvvəl 13 arxiyepiskopdan 9-u II Qareginə qarşı sərt ittihamlarla dolu bəyanat yayıb və onun kilsə qanunlarını pozduğunu bildirib”.

Millət vəkilinin sözlərinə görə, Paşinyan artıq yeni katolikos üzərində ciddi şəkildə düşünür: “Hazırda Ermənistanda əsas namizəd kimi ABŞ-ın Qərbi Ermənistan Yepiskopluğunun rəhbəri arxiyepiskop Ovnan Terteryanın adı çəkilir. Əgər Paşinyan parlament seçkilərinə qədər kilsənin rəhbərliyinə özünə yaxın fiquru gətirə bilsə, qarşıdakı seçkilər üçün ən böyük maneəni aradan qaldırmış olacaq. Paşinyan–Kilsə qarşıdurmasının hazırkı dinamikası Ermənistanın həm siyasi sistemini, həm də dini institutlarını ciddi şəkildə sarsıdır və bu proses ölkəni daha dərin böhrana sürükləyə bilər”.

Katolikos uğrunda mübarizə qızışır

Politoloq Yusif Bağırzadə diqqətə çatdırıb ki, son günlər Nikol Paşinyanın açıqlamaları və eyni zamanda bir qrup arxiyepiskop və yepiskopun Katolikos II Qareginin istefası tələbi ilə bağlı yaydığı bəyanat Erməni Apostol Kilsəsində uzun illərdir görünməyən ciddi sarsıntıların yaşandığını göstərir: “Paşinyan hökumətinin təqdim etdiyi “kilsənin bərpası üçün yol xəritəsi” adlı plan bu gərginliyi daha da artırıb”.

Politoloq qeyd edib ki, Paşinyanın planında II Qareginin istefası, müvəqqəti başçının seçilməsi, kilsə xadimlərinin davranış kodeksi, maliyyə şəffaflığı və kilsənin siyasi təsirlərdən uzaqlaşdırılması kimi müddəalar var: “Bu plan əslində kilsəni tam şəkildə hökumətin nəzarətinə keçirmək niyyətini göstərir. Bu çərçivədə Qərb yeparxiyasının rəhbəri Hovnan Terteryan və Kilikiyanın Katolikosu I Aram hakimiyyətin “uyğun namizədləri ’ kimi önə çıxır. Onların siyasi mühitə daha uyğun olması, Paşinyan administrasiyasının maraqlarına xidmət etmə potensialı onları real favoritlərə çevirir. Terteryanın ABŞ-dakı diaspora ilə əlaqələri, bəyanatlara imza atması və Paşinyanla ideoloji uyğunluğu onu daha aktiv fiqura çevirir. I Aram isə ənənələrə sadiqliyi və alternativ mərkəz kimi sabitlik gətirə biləcək sima olması ilə fərqlənir. Lakin real vəziyyətdə II Qaregin istefaya getmək niyyətində deyil. Kilsənin Şirak və Quqark bölgələrindən olan nümayəndələri, bir çox din xadimləri ona açıq dəstək verir. Kilsənin daxili kanonları və strukturu da bu cür kəskin dəyişikliklərin dərhal həyata keçirilməsinə ciddi maneə yaradır.”

Politoloq hesab edir ki, Paşinyanın təzyiqləri müəyyən nəticə versə belə, proses asan olmayacaq: “Əgər hansısa məqamda II Qaregin istefaya məcbur edilərsə və onun yerinə Terteryan və ya I Aram seçilərsə, bu, erməni kilsəsinin dövlətə daha yaxınlaşmasına, diasporla əlaqələrin yenilənməsinə və hökumətin kilsə üzərində təsir imkanlarının artmasına səbəb ola bilər. Paşinyanın planlaşdırdığı islahatlar və hazırkı böhran Erməni Apostol Kilsəsinin tarixində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər”.

Günel Elxan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Dekabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri