Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Erməni Apostol Kilsəsinin revanşizm dirənişi

Erməni Apostol Kilsəsinin revanşizm dirənişi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Arxiyerey Məclisinin gizli gündəliyi

Erməni Apostol Kilsəsi ilə hakimiyyət arasındakı münasibətlər gərgin olaraq qalmaqdadır. Bu münasibətlərin getdikcə açıq qarşıdurma mərhələsinə daxil olduğunu desək, yəqin ki, səhv etmərik. Son dövrlər baş verən proseslər göstərir ki, bu gərginlik epizodik deyil, sistemli xarakter daşıyır.

Xüsusilə hüquqi müstəvidə atılan addımlar kilsənin ənənəvi toxunulmazlıq statusunun sual altına alındığını ortaya qoyur. Hakimiyyətin qərarları fonunda kilsə rəhbərliyinin verdiyi reaksiyalar tərəflər arasında etimad böhranını daha da dərinləşdirir. Nəticədə dini institutun siyasi proseslərdən təsir etmək imkanları getdikcə məhdudlaşır. Mövcud vəziyyət kilsə–hakimiyyət münasibətlərinin yaxın perspektivdə yumşalmasından çox, yeni gərginlik dalğalarının qaçılmaz olduğunu göstərir. Kilsə rəhbərliyi hazırda Ermənistan hüdudlarından kənarda fəaliyyət göstərən erməni yepiskoplarının toplantısının keçirilməsinə hazırlaşır. Bundan əvvəl isə Ermənistanda 2025-ci il dekabrın 10-12-də keçirilməsi planlaşdırılan Arxiyerey Məclisi təxirə salınmışdı. İndi isə Arxiyerey Məclisinin bütün ermənilərin ali patriarxı, katolikos II Qareginin çağırışı ilə fevralın 16-19-da Avstriyanın Sankt-Pelten şəhərində keçirilməsi nəzərdə tutulur. Məclisin həmin məkanda keçirilməsini II Qaregin yanvarın 13-də Ali Ruhani Şuranın iclasında açıqlamışdı.

Erməni mediası yazır ki, toplantının ölkə xaricində keçirilməsinin səbəbi kimi katolikosun qardaşı, Ermənistanda xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan Yezras Nersisyanın iştirakının təmin edilməsi göstərilib. Həmin vaxt yayılan məlumatda qeyd edilirdi ki, şura üzvlərinin bir çoxu yepiskopların toplantısının Eçmiədzindən kənarda keçirilməsinə qarşı çıxıblar. Katolikos ilkin mərhələdə bu məsələni açıq saxlayıb. Lakin o, iclasın sonunda zalı tərk edib, bir müddət sonra geri qayıdaraq toplantının Avstriyada keçiriləcəyini elan edib. İclas iştirakçıları bu qərardan əvvəl onun Yezrasla məsləhətləşdiyini düşünüblər. Bundan əlavə, katolikos Ermənistan vətəndaşlığı olan yepiskopların şengen vizaları ilə təmin olunmaları barədə göstəriş verib və bir neçə gün əvvəl onun tapşırığı ilə Artik yeparxiyasının rəhbəri, arxierey Narek Avaqyanın viza aldığını bildirib. “Beləliklə, Ktriç Nersisyan faktiki olaraq Erməni Apostol Kilsəsinin ali ruhani mərkəzi – Birinci Taxt-Tac Müqəddəs Eçmiədzini kənarda qoyaraq antiyeparxial addımlar atır. Diqqətçəkən məqam ondan ibarətdir ki, o, əvvəlcə toplantının bütün dünya ermənilərinin ruhani mərkəzi olan Birinci Taxt-Tac Müqəddəs Eçmiədzində deyil, Rumıniyada keçirilməsini təklif edib”, – “Hraparak” qəzetində dərc olunmuş məqalədə bildirilirdi.

Ancaq kilsə rəhbərliyinin ölkədən kənarda yepiskopların toplantısını keçirmək sevdası baş tutmaya bilər. Birinci Taxt-Tac Eçmiədzinin informasiya xidmətinin direktoru, keşiş Yesai Artenyanın sosial şəbəkədə yazdığı fikirlər də bunu təsdiqləyir. Buna səbəb 6 yepiskopun ölkədən çıxmasına qadağa qoyulmasıdır. O qeyd edib ki, Erməni Apostol Kilsəsi 6 yepiskopa tətbiq olunan ölkədən çıxış qadağası fonunda Arxiyerey Məclisinin Avstriyada keçirilməsi məsələsini müzakirəyə çıxaracaq. “Bildiyiniz kimi, 6 yepiskop barəsində ölkədən çıxış qadağası tətbiq olunub. Yaranmış yeni vəziyyətlə əlaqədar müzakirələr aparılacaq və qəbul edilən qərarlar barədə ictimaiyyətə məlumat veriləcək”, – deyə Artenyan qeyd edib.

Ölkədən çıxış qadağası Sünik və Quqark yeparxiyalarının rəhbərləri – yepiskoplar Ovnan Akopyan və Makar Akopyan, Birinci Taxt-Tac Eçmiədzinin xarici əlaqələr və protokol məsələləri üzrə dəftərxanasının direktoru, arxiyepiskop Natan Ovannisyan, həmçinin yepiskoplar Vaan Ovannisyan, Aykazun Nacaryan və Muşeq Babayana şamil olunur. Bundan əvvəl Ermənistan İstintaq Komitəsi kilsəyə qarşı məhkəmə aktının icra edilməməsi faktı üzrə cinayət işinin başlandığını açıqlamışdı. Bu da əsassız sayıla bilməz. Söhbət ondan gedir ki, yanvarın 10-da katolikos II Qareginin sərəncamı ilə yepiskop Gevorq Saroyan (Arman Saroyan) Masiasotn yeparxiyasının rəhbəri vəzifəsindən azad edilib. Sərəncamın əsaslandırılmasında vəzifə səlahiyyətlərindən sui-istifadə, öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi və ruhanilərə təzyiq göstərilməsi halları qeyd olunub. Saroyan vəzifəsinə bərpa olunmaq üçün məhkəməyə müraciət edib. Araşdırmalar çərçivəsində məhkəmə icraçıları yanvarın 16-da Erməni Apostol Kilsəsinə onun yeparxiya rəhbəri kimi fəaliyyətinə mane olmamaq barədə göstəriş veriblər. Lakin yanvarın 27-də Ali Ruhani Şuranın qərarı ilə Saroyan yepiskop rütbəsindən məhrum edilib. İstintaq Komitəsi bunu məhkəmə aktının icrasından imtina kimi qiymətləndirərək cinayət işinin başlanmasına əsas kimi göstərib.

Siyasi analitik Suren Surenyants da Avstriyada keçirilməsi planlaşdırılan Arxiyerey Məclisinin pozula biləcəyi riski barədə xəbərdarlıq edib. Onun fikrincə, Erməni Apostol Kilsəsinə qarşı açılmış cinayət işi ruhanilərə təzyiq aləti kimi istifadə oluna bilər: “Avstriyada planlaşdırılan Arxiyerey Məclisi ətrafında gedən müzakirələr artıq sırf kilsədaxili gündəmi aşaraq siyasi-hüquqi müstəviyə keçib. Məclisin keçirilməsinə mane olmaq üçün müəyyən cəhdlər müşahidə olunur”.

Surenyants prosesual pozuntulara da diqqət çəkərək bildirib ki, məhkəmə işi səlahiyyət dairəsindən kənar şəkildə araşdırıb, çünki kilsə xidməti əmək qanunvericiliyi ilə tənzimlənmir. Buna baxmayaraq, məhkəmə Arman Saroyanı vəzifəsinə bərpa edib, bundan sonra isə kilsə onu ruhani rütbəsindən məhrum edib. Analitikin qiymətləndirməsinə görə, yaranmış vəziyyət konstitusiya normalarının və Cinayət Məcəlləsinin 441-ci maddəsinin pozulmasına işarə edə bilər.

Surenyantsın sözlərinə görə, hakimiyyət Arxiyerey Məclisinin Erməni Apostol Kilsəsi yepiskopatının konsolidə olunmuş mövqeyini rəsmiləşdirə biləcəyindən ehtiyatlanır. O hesab edir ki, əgər məclis Eçmiədzin ərazisində keçirilsəydi, inzibati təzyiq vasitəsilə onun pozulmasına cəhdlər edilə bilərdi: “Mövcud şəraitdə məclis milli yurisdiksiyadan kənarda keçirilir ki, bu da müdaxilə imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Toplantı əksər yepiskopların öz əhdlərinə, katolikosa və Birinci Taxt-Tac Müqəddəs Eçmiədzinə sədaqətini təsdiqləyə bilər. Bununla yanaşı, göstərilən səylərə baxmayaraq, kilsə daxilində alternativ mövqeni dəstəkləyənlərin sayı, mənim fikrimcə, kanonik yolla vəziyyəti dəyişmək üçün yetərli deyil. Hakimiyyət, böyük ehtimalla, katolikosun, eləcə də digər yepiskop və arxiyepiskopların planlaşdırılan Arxiyerey Məclisində iştirakını məhdudlaşdırmaq üçün mövcud olan bütün hüquqi mexanizmlərdən istifadə etməyə çalışacaq”.

“Qafqaz Tarixi” Mərkəzinin rəhbəri, siyasi şərhçi Rizvan Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, Ermənistanda kilsə ilə hakimiyyət arasında yaranmış gərginlik artıq daha geniş miqyas almağa başlayıb. Onun sözlərinə görə, Arxiyerey Məclisinin Avstriyada keçirilməsi ətrafında yaranan qalmaqal göstərir ki, Erməni Apostol Kilsəsinin rəhbərliyi vəziyyəti hüquqi müstəvidə deyil, siyasi təzyiq və beynəlxalq manipulyasiya vasitəsilə həll etməyə üstünlük verir: “Baş verənlər, əslində, kilsə daxilindəki böhranın miqyasını açıq şəkildə üzə çıxarır. Bir qrup yepiskopun ölkədən çıxışına qoyulan qadağa fonunda məclisin keçirilib-keçirilməyəcəyinin sual altına düşməsi onu göstərir ki, kilsə rəhbərliyi əvvəlcədən hüquqi riskləri nəzərə almadan addımlar atıb. Burada məsələ hakimiyyətin kilsəyə təzyiqindən çox, kilsə rəhbərliyinin hüquqi reallıqlarla hesablaşmamasıdır”.

Ekspert onu da bildirdi ki, ən təhlükəli məqam isə kilsə daxilində revanşist ovqatın qorunub saxlanılmasıdır. Arxiyerey Məclisinin mümkün “konsolidasiyaedici” rolu əslində, dini birlikdən çox, siyasi mövqe nümayişinə hesablanıb. Bu isə kilsəni barış və sabitlik mənbəyi deyil, daxili qarşıdurmanı qızışdıran aktora çevirir.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri