Icma.az
close
up
RU
Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 16 iyun, AZƏRTAC

Ermənistan məktəblərində tədris olunan bəzi dərsliklərdə nifrət nitqinin və düşmənçilik ideologiyasının təbliğ edilməsi gələcək nəsillərin dünya görüşünün formalaşmasına mənfi təsir göstərir və regionda davamlı sülhün bərqərar olunması prosesinə maneə yarada bilər.

Bunu AZƏRTAC-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü İradə Rzazadə bildirib.

O qeyd edib ki, özü Qərbi Azərbaycanda yaşayıb və həmin dövrdə erməni cəmiyyətində azərbaycanlılara münasibətdə formalaşdırılan yanaşmaların şahidi olub. “Biz hələ əvvəllər də eşidirdik ki, uşaqlara kiçik yaşlarından türklərin düşmən kimi təqdim edilməsi aşılanır. Mən özüm orada yaşamış insan kimi bu münasibətin müəyyən əlamətlərini müşahidə etmişəm. Düzdür, insanlar qonşu kimi yaşayır, məclislərdə bir araya gəlirdilər. Sovet dövründə bu məsələlərin açıq şəkildə ifadə olunmamasına çalışılırdı. Lakin bunun mövcud olduğunu hər kəs bilirdi və yaşlı nəsil də bu barədə danışırdı.

“Strateji Kommunikasiyalar Mərkəzi tərəfindən hazırlanmış “Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılması” adlı kitabda qeyd olunan faktlar onu deməyə əsas verir ki, nifrət nitqi və düşmənçilik çağırışları onların tədris materiallarında sistemli şəkildə öz əksini tapıb. Əgər bu cür yanaşmalar məktəblərdə tədris olunursa, uşaqlar həmin düşüncələri daha asan mənimsəyirlər. Təhsil mühitində formalaşan baxışlar sonradan onların dünyagörüşünə və cəmiyyətə münasibətinə təsir göstərir. Bu baxımdan, nifrət dilinin təbliği ciddi narahatlıq doğuran məsələdir”, - deyə İradə Rzazadə vurğulayıb.

İ.Rzazadə bildirib ki, hazırda regionda sülh və normallaşma prosesləri ilə bağlı daha çox danışılır və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi istiqamətində addımlar atılır: “Əgər bu düşüncələr uşaqların şüurunu formalaşdırırsa, gələcəkdə münasibətlərin qurulması və etimad mühitinin yaradılması daha çətin olacaq. Uşaqlara nifrət dilinin öyrədilməsi gələcək sülh prosesləri baxımından ciddi çağırış yaradır. Bu məsələlərin daha geniş müzakirəyə çıxarılması və ictimai diqqətdə saxlanılması vacibdir. Xüsusilə vətəndaş cəmiyyəti institutları bu istiqamətdə daha fəal olmalı, mövcud problemləri gündəmə gətirməlidirlər”.

İctimai Şura üzvü vurğulayıb ki, həm Azərbaycan, həm də Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin bu məsələlər ətrafında daha fəal müzakirələr aparması gələcək sülh proseslərinə töhfə verə bilər.

“İctimai təşkilatlar bu mövzunu daim diqqətdə saxlamalı, gələcək sülh proseslərinin hansı çətinliklərlə üzləşə biləcəyini müzakirə etməli və onların aradan qaldırılması istiqamətində təşəbbüslərlə çıxış etməlidirlər. Hesab edirəm ki, yalnız bu yolla qarşılıqlı etimadın formalaşdırılması və davamlı sülhə nail olunması mümkün ola bilər”, – deyə İradə Rzazadə bildirib.

Müxbir - Səbinə Əlizadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri