Erməni dərsliklərində türkçülük təbliğatı Valideynlər ayağa qalxdı
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanın Armavir rayonunun Merdzavan kəndində yerləşən məktəbdə şagirdlərin valideynləri ilə müəllimlər arasında ciddi mübahisə yaranıb. Artıq bir neçə gündür ki, valideynlər övladlarını məktəbə göndərmirlər.
Globalinfo.az xəbər verir ki, məktəbin tarix müəllimi Roza Davtyanın şagirdlərlə kobud danışdığı, Qarabağ erməniləri ilə bağlı tənqidi fikirlər səsləndirdiyi bildirilir.
Məlumata görə, o, türklərin regionda tarixi və fəaliyyəti ilə bağlı dərslərdə hər zaman müsbət danışıb. Bu məsələ valideynləri qəzəbləndirib. Məlum olub ki, ümumilikdə Ermənistan məktəblərində tədris müddətində son zamanlarda türk xalqları ilə münasibətlərin normallaşması istiqamətində müəyyən təbliğatlar aparılır.
Hər iki Qarabağ müharibəsinin iştirakçısı olmuş erməni rəssam Aşot Avaqyan bu tendensiyanın bir neçə ildir müşahidə olunduğunu söyləyib:
“Bu, ilk belə hal deyil. Müəllimlərin türkçülük təbliğatı aparması və dərsliklərdə bu istiqamətdə dəyişikliklər etməsi daha əvvəllər də olub. Mən çoxdan belıə etirazların olmasını gözləyirdim, bu, baş verməli idi. Çünki müəllimlər artıq elə düşüncədə yetişdirilir. Səbəb ilə hazırkı hökumətdir. Hakimiyyət dəyişməlidir, yoxsa bu məsələ davam edəcək və daha da genişlənəcək”.
Ayşən Mustafa
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 16 May 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















