Icma.az
close
up
RU
Erməni dilemması: Paşinyan kilsənin dilini kəssə Qafqazda sülh olar ŞƏRH

Erməni dilemması: Paşinyan kilsənin dilini kəssə Qafqazda sülh olar ŞƏRH

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dürüst düşüncəyə malik, tərəqqipərvər insanlar anlayır ki, “Böyük Ermənistan” mifi, qondarma “erməni soyqırımı” haqqında iddialar erməni kilsəsinin təbliğatında əsas yer tutur .

Yəni, ermənilərin qonşularla ədavətinin kökündə məhz erməni din xadimlərinin "xidmətləri" durur.
Məhz bu kilsənin bu xidmət sayəsində ermənilər tarix boyu terrorçuluğu özlərinə əsas məşğuliyyət, zaman keçdikcə isə həyat kredosuna çeviriblər. Kilsə həyatını terrorçuluğa həsr etmiş erməniləri daim Azərbaycanın Türkiyənin ictimai-siyasi xadimlərinə qarşı qanlı aksiyalar törətməyə sövq edib. Ermənilərin professionalca həyata keçirdiyi terrorçuluq əməlləri təkcə Azərbaycanın, Türkiyənin yox, həmçinin Rusiyanın, Gürcüstanın və dünyanın bir çox ölkələrinin həyatında da naratçılıq yaradıb.

Ümumiyyətlə, ermənilərdən ibarət terrorçu qrup, dəstə, batalyon və partiyaların yaranmasında kilsə xadimlərin təşəbbüsü, təşkilatçılığı danılmaz faktdır:"Armenakan" partiyası - 1885-ci il, "Hnçak" partiyası- 1887-ci il, "Daşnaksütyun" — erməni federativ inqilab partiyas- 1890-cı il... Baxın , bu partiyalar hələ Ermənistan dövləti var olmamışdn əvvəl yaranıb və mütəşəkkiliyi hər hansı bir dövlət orqanı qədər dəqiq olub. Yəni, erməni dövləti olmamışdan əvvəl yaranmış erməni kilsəsi, erməni kaolikosları dini-etnik ekstremist təbliğat sayəsində , iyrənc irqçilik toxumu səpməklə Qafqazda erməniçiliyin, erməni müstəsnalığının, erməni eqoizminin, türk-müsəlman əhalisinə qarşı düşmənçiliyin qarşısıalınmaz inkişafına nail oldular.
Artıq bu gerçəyi anlamayan yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyan da bu gerçəyi çoxdan anlayıb. Paşinyan bilir ki, kilsə bu yöndə ermənilərə təsirini azaltmadıca, ermənilərin gələcəyi qaranlıqlara büküləcək və sərk reaksiyasını biruzə verməkdən də çəkinməyib. Bu səbəbdən də bütün ermənilərin katolikosu II Qaregin 2020-ci ilin dekabrında dini ayin zamanı Baş nazir Nikol Paşinyanı istefa verməyə çağırmışdı və Paşinyanın istefa verməsi ilə bağlı etdiyi çağırışın müddətsiz olduğunu bildirmişdi. Ermənistanın baş naziri isə ötən il Erməni Apostol Kilsəsinin vergiyə cəlb edilməsinin zəruriliyindən dəfələrlə danışıb və onu “təsir agenti” adlandırmışdı.
Eləcə də Keşiş Baqrat Qalstyanın 2 ildən artıqdır ki, Paşinyanı nümayiş və mitinqlərlə devirməyə çalışması da məqsədlidir.
Dünən kilsə ilə Paşinyan arasında növbəti gərginlik yaranıb. Beləki, Paşinyan və onun həyat yoldaşı Anna Akopyan erməni apostol kilsəsinin nümayəndələrini sərt və təhqiramiz şəkildə tənqid edib. Paşinyan sosial media hesabında bu mövzuda bir neçə post paylaşıb. Baş nazir onlardan birində ruhaniləri “onu rahat buraxmağa” çağırıb, digərində Ermənistanda neçə yepiskopun subaylıq andına sadiq qaldığını soruşub. Hökumət başçısının həyat yoldaşı da onları müxtəlif günahlarda ittiham edib.
Çünki, mayın 29-da Ermənistanda hökumətin iclasında tamam başqa mövzudan danışarkən Paşinyan qəfildən erməni kilsəsinə “divan tutub”, o, dedi ki, bu kilsə çoxdan “hər cür zibillərin saxlandığı şkaf”a çevrilib.
Deputatlar bu gərginliyə müxtəlif reaksiyalar verib. Həmişə çıxışlarında "Din xadimləri Ermənistanı yeni müharibəyə sürükləməyə çalışırlar" deyən Ermənistanda hakim "Vətəndaş müqaviləsi" Partiyasından olan deputat Artur Hovhannisyan səssiz qalmadı. "Mən də belə murdar din xadimlərinə bu keyfiyyəti verəcəm. İndi açıq şəkildə bildirmək istəyirəm ki, kilsənin daxilində və xaricində bütün din xadimlərinin maskasını bir-bir cıracağıq, adlarını-soyadlarını deyərək, hamısının maskasını cıracağıq, son 7 il ərzində ən rüsvayçılıqla, son rüşvətlə gizlənən bütün dinsiz insanların maskasını cıracağıq. Din və müqəddəsliklə heç bir əlaqəsi olmayan, Ermənistan Respublikasının dövlətçiliyini və erməni xalqını hədəf alan davranışlar qəbuledilməzdir", - deyə o bildirib.
O qeyd edib ki, onlar heç bir xeyirxah əməllə məşğul deyillər:"Bu 7 ildə heç bir iş görməyiblər, heç nə deməyiblər. Hansısa təqva normalarından danışmağa çalışırlar. Çıxdıqları çuxurlara qayıtsınlar. O siçan dəliklərinə qayıtsınlar, qorxsunlar, o zamanlar kimi yaşasınlar. Belə yaşamağa davam etsinlər, xalqın, Ermənistan Respublikasının dövlətçiliyinin seçdiyi hakimiyyətdən uzaq dursunlar".
Ermənistan parlamentinin “Ermənistan” fraksiyasından olan deputat Artur Xaçatryan baş nazir Nikol Paşinyanın məlum yazısını tənqid edib. Xaçatryan vurğulayıb ki, bu postu “sadə xuliqanlıq” kimi qələmə vermək olar ki, bu da ölkə başçısı üçün qəbuledilməzdir. O, əmindir ki, bu üslub siyasi məsuliyyətə və dövlət vəzifəsinin ləyaqətinə ziddir.
P.S. Əgər Paşinyan erməniləri qorxunc erməni din mənsublarından qoruya bilsə, kilsənin insanlar üzərindəki hökmünü azalda bilsə, bəlkə onda ermənilər terror əməllərinə nöqtə qoyub, dinc, yanaşı yaşamaq yoluna qədəm qoyacaqlar.

 Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 May 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri