Icma.az
close
up
RU
Paşinyan kilsənin erməni cəmiyyətinə təsir imkankarını məhdudlaşdırmaq istəyir

Paşinyan kilsənin erməni cəmiyyətinə təsir imkankarını məhdudlaşdırmaq istəyir

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paşinyanın erməni Apostol kilsəsi ilə münasibətlərində qarşıdurma Ermənistanın Azərbaycanla muharibədə məğlubiyyətindən sonra başlanıb. Erməni Apostol kilsəsi, onun rəhbəri II Qareqin Paşinyanı Artsaxı Azərbaycana güzəştə getməkdə ittiham edir və Qarabağ ermənilərinin köçkün həyatına görə məhz onun komandasının məsuliyyət daşıdığını iddia edir. Hərçənd Artsaxda etnik və dini zəmində qarşıdurmanın başlanması ssenarisi Apostol erməni kilsəsinin iştirakçılığı ilə tərtib edilib.

Bunu xalqcebhesi.az-a politoloq Elşən Manafov deyib.

"Bəllidir ki, kilsənin Paşinyanla münasibətlərindəki gərginliyin gerçək səbəbi kilsənin siyasi hakimiyyətə təsir vasitələrinin saxlanılması üçün ona təklif edilən oyunda yer almasıdır. Burada kilsənin əsas qayəsi və qayğısı heç də onun liderlərinin iddia etdiyi kimi Artsax ermənilərinin insan haqları, onların dini haqlarının qorunması ilə bağlı məsələlər deyil, daha çox ideoloji və siyasi konyukturadan doğan problemlərdir" - politoloq deyib.

O, qeyd edib ki, erməni kilsəsinin müxalifətin məlum kəsiyi ilə Paşinyana qarşı işbirliyində olması region uğrunda getdikcə güclənən geosiyasi mübarizədə mühüm faktorlardandır, bunun mahiyyətinə Qərb də varır, məhz buna görə də kilsənin erməni cəmiyyətinə təsir imkankarını məhdudlaşdırmaq, onun Qərbin lazım bildiyi ideoloji müstəvi üzərinə gətirilməsi üçün Ukraynada təcrubədən keçirdiyi üsluba müraciət edir:

"Eçmiadzinin kilsə olaraq nüfuzunun sarsıdılması üçün Paşinyan onun rəhbəri Qarağin başda olmaqla bir sıra tanınmış kilsə xadimlərinin əxlaqi mənəvi dəyərlərdən uzaq həyat sürməsi ilə bağlı məsılələri mətbuatın dəstəyi ilə cəmiyyətin muzakirəsinə çıxarıb. Bundan əlavə Ukraynada olduğu kimi burada da kilsəni parçalamaq, iqtidara yaxınlığı ilə seçiləcək kilsə formalaşdırmaq üçün iş gedir. Bu məqsədlə Livandakı Kilikiya erməni kilsəsinin təmsilçisi 1-ci Aram Paşinyanla görüşüb birgə mübarizə planlarını bölüşmək üçün İrəvana gəlib, məqsəd seçkilər zamanı müxalifəti müdafiə edəcək kilsənin 5-ci kolona olduğunu cəmiyyətin nəzərinə çatdırmaq, onu nüfuzdan salmaqdır. Paşinyanın Kilikiya kilsəsi ilə işbirliyini zəruri edən diğər bir amil isə hazırda həbsdə də olsa seçkilərin gedişatına ciddi təsir imkanlarına malik olan əslən Rusiyalı erməni milyarderi Karapetyanın, onun müxalifət, habelə Eçmıdzinlə olan münasibətləridir. Karapetyanın nəhəng maliyyə imkanları, kilsənin seçkilərin gedişatına müxalifətlə birlikdə təsir imkanları, nəhayət, Qərbin regiona aktiv müdaxiləsindən narahatlıq keçirən Rusiyanın bölgədə öz geosiyasi maraqlarını qorumaq üçün böyuk şahmat taxtası üzərində edə biləcəyi geişlər Paşinyanı narahat edən əsas məsələlərdir. Paşinyanın bu şəraitdə onun iqtidarına olan təhlükələrdən sığortalanması üçün çıxış yolu Turkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasıdır".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Noyabr 2025 07:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see245

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see233

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see231

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see230

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see224

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see219

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see211

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see190

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see179

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see164

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see154

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see147

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see143

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see137

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see137

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see133

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see129

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see129

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see128

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri