Erməni keçmiş məhkum Rusiyanın hakim partiyasından deputatlığa namizəddir
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
12-14 sentyabrda Rusiyada regional şura və bələdiyyələr səviyyəsində seçkilər keçirilir.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin hakim partiyası olan "Vahid Rusiya"nın Soçi üzrə namizədi yerli erməni diasporunun rəhbəri Sos Martirosyandır.
Maraqlıdır ki, əslən İrəvandan olan bu şəxsin tərcümeyi-halı heç də qüsursuz deyil.
O, qabaqcadan əlbir olmaqla və zorakılıq tətbiq etməklə qrup şəklində soyğunçuluq ittiham üzrə məhkum olunub. Bu azmış kimi, Martirosyan ali təhsilini də yenicə başa vurub. O, 2024-cü ildə Ermənistanın Milli Politexnik Universitetini bitirib.
Qeyd edək ki, tərcümeyi-halındakı sadalanan məqamlara baxmayaraq, Martirosyan hazırda da Soçi şəhər şurasının fəaliyyətdə olan deputatıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 13 Sentyabr 2025 00:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















