Icma.az
close
up
RU
Erməni kilsəsi yenə qana susayıb müharibə çağırışı...

Erməni kilsəsi yenə qana susayıb müharibə çağırışı...

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Erməni kilsəsi antisülh bəyanatlarını davam etdirir. Katalikos II Qaregin xalqı mübarizəyə səsləyib. Bildirib ki, Ermənistan guya təhlükədədir və hər an Azərbaycan onu işğal edə bilər. “Vətən təhlükədə olanda bütün xalq mübarizə bayrağı qaldırmalıdır. Bu gün həmin gündür”, - deyə II Qaregin söyləyib.

Əslində erməni kilsəsi həmişə fitnə ilə məşğul olub. Qarabağda antiterror əməliyyatına qədər də kilsə xadimləri erməniləri qan tökməyə çağırırdı. Halbuki din adamı sülhə tərəfdarı olmalıdır. İndi də populist çıxışlar və ictimai rəyə yalan informasiyalar servis edən II Qaregin xalqa müharibəyə hazır olmağı təbliğ edir.

Hərgah, nə Azərbaycan hərbi eskalasiyada maraqlıdır, nə Ermənistan ərazisini işğal etməkdə. Hazırda sülh danışıqları gedir. Kilsə rəhbəri isə blef edir və xalqı çaşdırır. Halbuki işğalçı öz ölkəsidir, sadəcə, həyasızlığını davam etdirir. Elə bu səbəbdəndir ki, baş nazir Nikol Paşinyan kilsəni sıxışdırır və təsir imkanlarını azaldır. Paşinyan İsveçrədəki erməni icmasının nümayəndələri ilə görüşündə Erməni Apostol Kilsəsinin iqtisadi fəaliyyətinin qeyri-şəffaflığını problem hesab etdiyini bildirib. Paşinyan bildirib ki, əgər dövlətdə kimsə nəsə satırsa, vergi ödəyirsə, “bəs niyə kilsə şam satanda ödəmir?”

Ümumiyyətlə, Ermənistanın əsas dayaqlarından biri kilsədirsə, o biri də diaspordur. Hər iki baza türk düşmənliyi, Azərbaycan, Gürcüstan, İran və Türkiyə torpaqlarının ələ keçirilməsi kimi saxta ideyalara əsaslanaraq erməniləri ətrafında birləşdirib. Kilsə-diaspor cütlüyü 200 ildən artıqdır müxtəlif ölkələrdəki erməni icmalarını öz çürük düşüncəsinin əsiri edib. Azərbaycan torpaqlarını işğaldan azad etməklə həm də bu cütlüyün pərən-pərən düşməsinə təkan verib. Kilsəyə ilk zərbəni Ermənistanda 2018-ci ilin mayında hakimiyyətə gələn yeni qüvvələr, indiki baş nazir Paşinyanın başçılıq etdiyi hökumət vurdu.

O, kilsənin imtiyazlarını ləğv etməklə yanaşı ondan özünü maliyyələşdirməsini tələb etdi. Sonradan məlum oldu ki, II Qaregenin başçılıq etdiyi ümumerməni kilsəsi ianələri dələduzluq yolu ilə mənimsəyirmiş. Bu, hətta İsraildə erməni icmasının torpaqlarının yerli kilsə rəhbərliyi tərəfindən satılmasında da özünü göstərib. İndi erməni icması iddia etdiyi kilsə torpaqlarını geri qaytara bilmir. Təsadüfi deyil ki, Nikol kilsəni “nüfuz casusu” adlandırmış, bu məsələni birdəfəlik həll edəcəyini vurğulamışdı.

Hüquq müdafiəçisi Xəzər Teyyublu hesab edir ki, II Qareginin çıxışı ictimai rəyi aldatmağa hesablanıb: “Erməni cəmiyyətində xof mühiti yaradır ki, guya Azərbaycan hücum edə bilər. Bu propoqanda əsasən də Zəngəzurla bağlı aparılır. Bu kampaniyada hədəflərdən biri də Paşinyan iqtidarıdır. Kilsə onunla yola getmədiyinə görə ölkəyə hücum təhlükəsi olduğu haqda saxta rəy yaradır. Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur. Əksinə, o tarixi torpaqlar bizimdir, Ermənistan dövləti saxtadır, ərazilərimizdə qurulub, amma yenə də beynəlxalq mövqeyə hörmətlə yanaşırıq, iddia irəli sürmürük”.

Hüquq müdafiəçisinin fikrincə, kilsə çalışır ki, hazırkı iqtidar haqda mənfi rəyi gücləndirsin: “Bu məqsədlə belə bəyanatlar verilir. Azərbaycan Ermənistana heç zaman hücum etməyib. Qaregin o qədər həyasızdır ki, öz işğalçı ordusunun Qarabağda təcavüzkar əməllərini demir, bizim guya hücum edəcəyimizi aşılayır. Halbuki bu illər ərzində Ermənistan ərazisinə bir mərmi də düşməyib. 44 günlük müharibədə onların heç bir şəhərinə raket zərbəsi endirilmədi, amma Qarabağdan uzaqda olan Bərdə, Gəncə vuruldu. Ona görə işğalçının kim olduğuna bir də kor gözlərini açıb yaxşı baxsınlar. Zənnimcə, bu gün müharibə riski azdır. Ancaq təhlükə varsa, o da Ermənistandan və onu silahlandıran qüvvələrdən ola bilər. Erməni kilsəsi silahlanmanı dayandırmağa dəvət etməlidir, nəinki bizdən hücum gözləməlidir. Azərbaycan barışıq əlini uzadıb və sülh istiqamətində danışıqlar davam etməkdədir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Fevral 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri