Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Erməni kilsəsi Vatikana qarşı

Erməni kilsəsi Vatikana qarşı

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rüstəm Qaraxanlı yazır...

Ötən həftə Ermənistanla ideoloji mübarizə cəbhəsində baş verən bir hadisə, təəssüf ki, həm mediamızın, həm də bütövlükdə ictimai rəyin diqqətindən kənarda qaldı. Söhbət Vatikanda Müqəddəs Taxt-Tacın Qriqorian Pontifik Universitetində keçirilən "Azərbaycanda xristianlıq: tarix və müasirlik" mövzusunda Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfransdan gedir. Tədbirin əhəmiyyətini milli ictimai-siyasi palitramız yetərincə qiymətləndirməsə də, Ermənistanda nümayiş etdirilən kəskin qıcıq Vatikanın Qarabağdakı xristian irsinə Qafqaz Albaniyası prizmasından baxmağa başlamasının İrəvanda, ələlxüsus da Eçmiədzində dərin təlaşla izlənildiyini göstərir.

Din erməni təbliğatının tez-tez əl atdığı və hətta keçmiş sovetlər dönəmində baş qaldırmış münaqişənin fundamental səbəblərindən biri kimi təqdim etdiyi köklü faktordur. İrəvan və erməni diasporunun xristianlığın "sarı simi"ndə oynayaraq ədavətə tarixi deyil, konfessional çalar verib dünyanı müsəlman Azərbaycana qarşı qaldırma cəhdləri 30 illik qarşıdurmanın ayrı-ayrı dönəmlərində, təəssüf ki, nəticəsiz ötüşməyib. İndinin özündə belə, amerikalı ermənipərəst konqresmen və senatorların, Avropanın siyasi muzdlularının leksikon və ritorikasında din elementinə rast gəlmək qeyri-adi təsir bağışlamamalıdır. "Xristian Ermənistan", yaxud "xristian erməni əhalisi" kimi ifadələr onların sanki dillərində bitib. Xristian təəssübkeşliyini siyasiləşdirməyə çalışan Qərbin erməni cəfakeşləri hətta Bakıda hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsinə də din çəpəri arxasından baxmağa cəhd edirlər, sanki separatçılar xristiandırlar deyə mühakimə olunurlar.

Xristian dünyasının mərkəzində Qafqaz Albaniyası irsi tematikasının gündəmə gətirilməsi Ermənistanı II Qarabağ savaşından sonra əsas təbliğat rıçaqlarından birinə çevirdiyi növbəti alətdən edir. Söhbət Qərb mediası və ictimai-siyasi diskurs meydanlarında Azərbaycanın guya azad olunmuş torpaqlarda xristian (oxu: erməni - red.) irsinə qarşı "mübarizə aparması"ndan gedir. İdeoloji konfrontasiyanın hüquqi və tarixi müstəvilərində acı məğlubiyyətlə üzləşmiş dünya erməniliyinin bərk-bərk yapışdığı son "saman çöpü" din amilidir - "müsəlman Azərbaycan ona məxsus olmayan xristian tarixini saxtalaşdırır", yaxud "xristian irsini məhv edir" kimi iddialarla.

Alban Apostol Kilsəsinin rus çarı tərəfindən Eçmiədzində yuva salmış erməni qriqorian təriqətinə tabe etdirilməsindən sonra Azərbaycanda əsrlərlə mövcud olmuş xristian irsinin faciəvi taleyinin Vatikanda elmi diskussiya mövzusuna çevrilməsi ən azı bu iki amilə görə İrəvan üçün öldürücü təhlükə mənbəyidir. Sözün düzü, erməni cəmiyyətinin neofaşist və revanşist qismini, onun tərkib hissəsi olan kilsəni də ən çox narahat edən məhz budur. Beynəlxalq hüquq və tarix kontekstində heç bir şansın qalmamasını həzm etmək olar, ən azı, o baxımdan ki, Paşinyanın təbirincə desək, sığınmaq üçün 29 min kv.km-lik müasir Ermənistan var. Ancaq dini mövzudakı iflas birbaşa erməni "dövlətçilik tarixi"nə zərbədir. Çünki ermənilərin qısır keçmişləri yüzilliklər boyu kilsə=dövlət formulu ətrafında mövcud olub. Bu günün özündə - XXI əsrdə ölkədaxili siyasi mübarizənin başlıca fiqurunun keşiş, əsas müxalif qüvvəsinin isə kilsə olması bir çox tarixi mətləblərə ipucudur.

Vatikanda keçirilən elmi konfransa Eçmiədzinin Kilsələrarası Əlaqələr Şöbəsinin reaksiyasına diqqət yetirək. Şöbə tədbir zamanı Azərbaycanın "təbliğat maşını"nın növbəti dəfə Ermənistan və Qarabağın guya tarixi-mədəni irsinin erməni mənşəyini inkar etməyə, tarixi faktları qəsdən təhrif edərək onların daha da mənimsənilməsinə cəhd etdiyini iddia edib. Qurum daha da irəli gedərək, Ermənistan tərəfinin qanunsuz, iyrənc əməllərini həyasızcasına Azərbaycana şamil etməyə çalışıb: guya bütün bunlar beynəlxalq ictimaiyyətin Azərbaycanın əməllərinə hələ də lazımi qiymət vermədiyi, Qarabağdan guya zorla qovulmuş, əslində, oranı könüllü tərk edən ermənilərin fundamental hüquqlarının "pozulduğu", Bakı həbsxanalarında erməni hərbi cinayətkarlarla "qeyri-qanuni" və "ləyaqəti alçaldan rəftar edildiyi" bir vaxtda baş verirmiş... Şöbə utanmaz-utanmaz katolik ali təhsil müəssisəsinin divarları arasında "belə bir antielmi hadisənin" baş tutmasından təəssüfləndiyini də dilə gətirib.

Erməni kilsəsinin bu etirazında, aydındır ki, əsas məqsəd Vatikanla xristian təəssübkeşliyi trekində manipulyasiya etməkdir. Ancaq bununla kilsə özü də bilməyərək Azərbaycana ideoloji cəbhədə hansı bəndlər üzrə məğlub olduğunu və eyni zamanda, dinə aid olmayan hansı amillərə konfessional don geyindirməyə çalışdığını göstərmiş olur.

Ötən ilin iyul ayında Vatikanın yeganə rəsmi mətbu orqanı olan "L"Osservatore Romano" qəzetində "Xristianlığın köklərində. Azərbaycanda Alban Apostol Kilsəsinin izində. Qədim Qafqaz Albaniyasına səyahət" sərlövhəli məqalə dərc edilib. Müəllif Rossella Fabiani məqaləsində 1836-cı ildə çar I Nikolayın Alban Kilsəsini ləğv edib Erməni Qriqorian Kilsəsinə tabe etmək qərarına gəldiyi diqqətə çatdırılır. Qafqaz Albaniyasının tarixi və Alban Apostol Kilsəsinin təşəkkül tapması və süqutuna dair çoxsaylı mənbələrə yer ayrılan yazıda Qarabağda mövcud olan ilkin xristian məbədlərinin ermənilərə deyil, albanlara məxsusluğu vurğulanır.

Ermənilərin iddia etdikləri, tarixini saxtalaşdırdıqları və memarlığına zərər vurduqları ilkin xristian məbədlərinin Alban Apostol Kisləsinin irsi olmasının rəsmi mətbu orqan tərəfindən vurğulanmasını, faktiki olaraq, Vatikanın erməni iddialarını inkar, tarixi ədalətin tanınması istiqamətində atdığı mühüm addım hesab etmək lazımdır. Bu, Azərbaycan dövlətinin parlaq tarixi-ideoloji qələbəsidir.

İndi isə sözügedən elmi konfrans Müqəddəs Taxt-Tacın Cənubi Qafqazda ermənilər tərəfindən özününküləşdirilmiş və tarixi saxtalaşdırılmış dini obyektləri alban irsi kimi tanıması istiqamətində prosesin davam etdiyini göstərir. Məhz bu səbəbdən də erməni kilsəsi dərin təlaş içindədir. Kilsənin nəzarətində olan qurumların yaydıqları bəyanatlarda Qarabağdakı Gəncəsar, Amaras, Xudavəng məbədlərinin adları çəkilir, ancaq misal üçün, Şuşadakı Qazançı kilsəsinin üzərinə gəlinmir. Çünki sonuncu dini obyektin faktiki tarixilik yükü yoxdur. Digər üç dini-tarixi abidə isə ermənilərə Qarabağın həm tarixinə, həm də mənəvi irsinə iddia etmək üçün hava-su kimi vacibdir.

Rəsmi Bakı İrəvanı hərbi-diplomatik təpə-qapaz altına saldıqdan sonra indi də ermənilərin sevimli silahları ilə vurmağa başlayıb: Demirsiniz, Qarabağdan "qovulmuş" erməni əhalisi qayıtmalıdır, onda gəlin Qərbi Azərbaycandan başlayaq. "Erməni xristian irsi"nin "dağıdılması"ndan narahatsınız, buyurun, problemi elmi masa arxasında çözək. Ermənistandakı kilsə isterikasının başlıca səbəbi məhz budur: axı elmi diskussiyalarda iflas tək Azərbaycanın Qarabağ bölgəsindəki məbədlərlə bitməyəcək. Tarixi türk torpaqlarında süni təşəkkül tapmış hazırkı Ermənistan ərazisində onlarla alban məbədi var və onların əksəriyyəti baxımsız və tərk edilmiş vəziyyətdədir ki, ermənilərə məxsus olmadıqlarını, ən azı, bu durumları sübut edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Aprel 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri