Icma.az
close
up
RU
Erməni lobbisi parçalandı: Kremldən Paşinyana yeni təhdid Karapetyanın adı da var

Erməni lobbisi parçalandı: Kremldən Paşinyana yeni təhdid Karapetyanın adı da var

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi gərginlik artır. Ölkə ictimaiyyətində baş nazir Nikol Paşinyanın siyasi taleyi ilə bağlı suallar kəskinləşib. Mühafizəkar müxalifət qüvvələri Paşinyana qarşı vahid koalisiya formalaşdırmaq imkanlarını müzakirə edir, bu proses Ermənistanın gələcək siyasi xəttinə ciddi təsir göstərə bilər.

Eyni zamanda Rusiyada geniş biznesi olan erməni əsilli iş adamı Artur Karapetyanın partiya təsis etməsi və siyasi rolunun yenidən aktuallaşması diqqət çəkir.

Müxalifətin birləşməsi real ssenariyə çevrilərsə, bu, növbəti seçkilərdə səslərin böyük hissəsini qazanmağa kifayət edəcəkmi? Paşinyanı və komandasını seçkilərdə nə gözləyir?

Globalinfo.az‑a danışan politoloq Azad Məsiyev deyib ki, Nikol Paşinyan ABŞ‑ın himayəsi ilə hakimiyyətə gəlib:

“Vaşinqton Paşinyanın qarşısına bir təlimat qoyub və o, bunu yerinə yetirir. Əsas təlimat Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətməkdir. Artıq Ermənistanda Rusiya və ABŞ‑ın maraqları toqquşub. Bu toqquşma ölkədə qarşıdurmanı dərinləşdirir. Bu günə qədər erməni lobbiləri eyni pozisiyadan çıxış edirdilər. İndi isə dövlət ilə lobi arasında kəskin fikir ayrılığı var.

Lobbi daxilində də parçalanma müşahidə olunur. Belə ki, Qərb qanadı ilə Rusiya qanadı arasındakı fikir ayrılığı bariz şəkildə hiss edilir. Rusiyada yaşayan erməni lobbisi hesab edir ki, Ermənistanın gələcəyi Kremlin təsiri altında olmalıdır. Qərb lobbi isə düşünür ki, ölkə Avropa və ABŞ istiqamətində hərəkət etməlidir.

İndiyədək Ermənistan böyük güclərin əlində alətə çevrilmişdi: əvvəlcə Rusiyanın, indi isə ABŞ‑ın təsiri altında qalmışdı. Ermənistan müstəqil ölkə olaraq müstəqil fəaliyyət göstərə bilmir. Maraqların toqquşduğu məqamda isə ölkədə təlatüm yaranır. Ermənistan dövləti azad olmaq istəyirsə, qonşularından asılı vəziyyətdə qalmamalıdır.

Xüsusən Azərbaycan və Türkiyə ilə bu məsələ diqqət çəkir. Ermənistan Rusiyadan enerji və nəqliyyat infrastrukturu baxımından asılıdır, siyasi hakimiyyət isə qərbyönümlüdür. Paşinyanın apardığı siyasət nəticəsində bu tarazlıq pozulub. Halbuki balans olmalı idi.

Vəziyyət getdikcə pisləşir. Karapetyan amili də bu mənada diqqət çəkir. 2026‑cı ildə bu təlatümün nəticəsi daha aydın görünəcək. Yay aylarında keçiriləcək seçki zamanı bunu daha qabarıq şəkildə görəcəyik”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Fevral 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri