Icma.az
close
up
RU
Putin Kremldən Paşinyana xəbərdarlıq etdi

Putin Kremldən Paşinyana xəbərdarlıq etdi

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində Qələbə günü münasibətilə keçirilən tədbirlərdən sonra Kremldə ayaqüstü mətbuat konfransında Ukraynaya qarşı müharibə və Yaxın Şərqdəki gərginlikdən danışarkən Ermənistanın Baş naziri Nikol Paşinyana da xəbərdarlıq mesajı göndərməyi unutmayıb. Kreml sahibi Paşinyanla son görüşündə ona söylədiyini bir daha təkrarlayıb: “Ermənistan Avrasiya İqtisadi İttifaqında üzvlüklə Avropa Birliyinə inteqrasiya kursu arasında seçim etməlidir”.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Ancaq Vladimir Putin bu dəfə mövzuyla bağlı iki əlavəsini də edib. Birincisi, Rusiya prezidentinin sözlərinə görə, İrəvan Avropa istiqamətini seçəcəyi təqdirdə Rusiya ilə “yumşaq və mədəni ayrılıq” baş verəcək. İkincisi, Putin Paşinyana Ermənistanın Avropa inteqrasiyası məsələsiylə bağlı referendum keçirməyi təklif edib. Putin bunları deyərkən, erməni cəmiyyətinə də mesaj göndərib: “Ermənistan Avrasiya İiqtisadi İttifaqında ciddi üstünlüklər əldə edib”. Yəni Putin erməni cəmiyyətini xəbərdar edib ki, Paşinyan referendum keçirərsə və ermənilər Avropa Birliyinə inteqrasiya kursuna üstünlük verərlərsə, itirəcəkləri olacaq. Putin bunu açıq deməsə də, Rusiyanın Ermənistana satdığı qazın qiymətini qaldıracağını da nəzərdə tutub.

Nikol Paşinyan parlament seçkilərində qələbə qazanarsa, ilk növbədə Konstitusyanı dəyişdirib Azərbaycanla sülh sazişi imzalamaq və Türkiyə ilə sərhədin açılmasını və bu ölkə ilə ticarətin başlamasını təmin etməyə çalışacaq. Bununla paralel olaraq “Tramp yolu”nun tikintisinə başlanacaq. Əlbəttə, Nikol Paşinyan Rusiyanın yerinə Avropa İttifaqı ilə inteqrasiyanı seçmək istəyər, ancaq reallıq budur ki, İrəvan istəsə belə, Ermənistan qısa zaman kəsiyində AB-nin üzvü olmayacaq. Bunu Paşinyan da anlayır, Putin də. Ona görə də Putin “seçim et” tələbiylə Paşinyanı küncə sıxmağa və bu yolla Ermənistandakı radikal müxalifətin əlini gücləndirməyə çalışır”, - politoloq vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://axar.az
archiveBu xəbər 10 May 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri