Icma.az
close
up
RU
Erməni lobbisinin arqument böhranı Xəbər saytı Son xəbərlər və Hadisələr

Erməni lobbisinin arqument böhranı Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ konqresmeni Frank Peloninin Bakıdan qaçıb ölkəsində tələsik şikayət konfransı keçirməsi pullu sifarişçilərinin mütəmadi qaydada əl atdıqları davranışı xatırladır. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin danışıqlarından birində diplomatik dalana dirəndiyini görən eks-prezident Robert Köçəryan bəhanə ilə müzakirə otağını tərk edib bir qədər sonra qayıtmışdı ki, müdafiə naziri Serj Sarqsyanın qayınatası dünyasını dəyişdiyindən təcili Ermənistana dönməlidir.

Bu yolla da danışıqlardan qaçmışdı. Gülünc bəhanələr erməni diplomatiyası üçün tez-tez "saman çöpü" rolunu oynayır. Görünür, konqresmenin ermənilərlə ünsiyyətdə "rəngi dəyişməsə də, xasiyyəti dəyişikliyə uğrayıb"...

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Qatı ermənipərəst konqresmenin Bakıda keçirilən COP29-da peyda olması əsas təşkilatçı BMT xətti ilə reallaşmışdı. Peloni uzun illərdir ki, Azərbaycana qarşı qərəzli kampaniyanın aparıcı üzvlərindən biri olub. ABŞ-nin qanunverici orqanında Azərbaycanın gözdən salınmasına hesablanmış və ictimai rəyə təsirsiz ötüşməmiş aksiyaların, qəbul edilmiş qətnamələrin mərkəzi fiqurlarından olan F.Peloninin Bakıya gəlişi istənilən sıravi azərbaycanlıda hiddət doğurmaya bilməzdi. Azərbaycan torpaqlarının işğalı və 30 il ərzində viran edilməsi, yüzminlərlə vətəndaşımızın onilliklər boyu vətən həsrəti ilə yaşaması, minlərlə insanımızın qətl edilməsi tək Ermənistanın əməli deyil, kompleks siyasi cinayətlərin nəticəsidir. Şübhə yoxdur ki, Peloni kimi konqresmen və senatorların qərəzli fəaliyyəti nəticəsində Vaşinqtonda formalaşmış Azərbaycanofob ab-hava da bu prosesin ayrılmaz tərkib hissəsidir.

Son bir ildə Bakıda keçirilən COP29-a qarşı aparılan ləkələmə kampaniyasının mühüm istiqamətlərindən biri də ABŞ-dəki erməni lobbisinin bu yöndəki fəaliyyəti olub. Qərbdəki erməni diasporunun böyük ümidlərlə başlatdığı bu qarayaxma kampaniyasının əsas icraçılarından da biri məhz Pelonidir. Onun Bakıdan qaçdıqdan sonra da əsassız, bu qədər müddətdə nəticə verməyən "arqument"ləri təkrarlaması bir il ərzində yürüdülən çirkin kampaniyanın iflasının göstəricisidir.

Onillər ərzində Azərbaycan ərazisindəki separatçılığı dəstəkləmiş ermənipərəst konqresmen və senatorlar bütün siyasi və diplomatik etiketləri pozaraq bölücü xuntanın həbsdə olan liderlərini "əsir" adlandırırlar. Bu azmış kimi, yüzlərlə məhbusu Quantanamo həbsxanasında dözülməz şəraitdə saxlayan, işgəncələrə məruz qoyan bir dövlətin qanunvericiləri bizdən şəhərlərimizi raket atəşinə tutmaq əmrini verən və bunu inkar etməyən, Xocalı soyqırımını törədən hərbi caniləri azadlığa buraxmağımızı istəyirlər. Şübhə yoxdur ki, bunun mümkünsüz olduğunu dərk etməmiş deyillər, ancaq necə deyərlər, əsas müharibə deyil, manevrlərdir. Qısır direktivlər səslənməkdə davam edir, əvəzində isə erməni diasporunun pulları gəlir.

Peloni kimilərinin oynadıqları rolun Azərbaycanı dünyada gözdən salmağa, beynəlxalq aləmdəki reputasiyasını korlamağa yönəlmiş cəhd olmaqla yanaşı, daha bir hədəfi var. Söhbət Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqlarını pozmaq, yaxud ən azı uzatmaqdan gedir. Paşinyanın plastilin hakimiyyətinə Qərbin təsir imkanları yetərincədir. İstənilən yüngülvari vəd İrəvandakıların şirniklənmələrinə bəs edir və danışıqların gedişində növbəti pauza yaranır. Kollektiv Qərbin başda ABŞ-nin demokratlar iqtidarı və Makron Fransası olmaqla əsas niyyəti tərəflər arasında yekun sülhə nail olunmasının qarşısını almaqdır. Sülh prosesinin sabotajı Qərbin bölgədəki mövcudluğunun əsas faktorudur. Bu prosesin bir bəndi də ermənipərəst qanunvericilərin yerinə yetirdikləri pozucu missiyadır.

Onların COP avantürası tək qorxaq Peloni ilə yekunlaşmır. Bakıya gələn senatorlar Ed Marki və Şeldon Uaythausun Azərbaycan paytaxtında səsləndirdikləri təxribatçı bəyanatların da məqsədi eynidir.

Pul müqabilində aparılan təbliğat əcnəbilərdən təşkil edilmiş muzdlu ordu kimidir: çətinliyə düşən kimi çıxış yolunu döyüş meydanını atıb qaçmaqda görür. Peloninin Bakıdan tələm-tələsik qaçması erməni diasporunun ödənişli kampaniyasının dişsizliyinin əlamətidir. Azərbaycan artıq o dövlət deyil ki, başqa ölkənin qanunverici orqanında ona qarşı qəbul edilmiş hər hansı qərəzli sənədin təsirinə məruz qala. Peloni kimilərinin çıxışları, təşəbbüsləri və bəyanatları bu baxımdan, erməni lobbisinin özünün təşkil edib, özünün təskinlik tapdığı mənasız cəhdlərdir. Bu ləkələmə kampaniyasının nəticəsiz olması ilə yanaşı, həm də məzmun dəyişikliyinə uğraması Azərbaycanın ciddi ideoloji qələbəsi sayılmalıdır. İndiyədək hər vəchlə ərazimizdəki qanunsuz qurumu "dövlət" kimi təqdim edən konqresmen və senatorlar indi bu xuntanın həbsdə olan liderlərinin "azadlığa çıxmaları" uğrunda pul qazanırlar.

Əziyyət özlərinin, pul ermənilərin... Ancaq aradabir keçmiş həmkarları Robert Menendesi də unutmasınlar. Nadin Arslanyanın həyat yoldaşı, rüşvətə və milli maraqları satdığına görə konqresdən qovulmuş Menendesi...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://baku.ws
archiveBu xəbər 24 Noyabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri