Erməni mediası yayır: Bakıya qarşı yeni “savaş”… Ukrayna MN
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Ukraynanın Azərbaycan və Ermənistanla münasibətlərini korlamaq üçün əlindən gələni edir. Bu məqsədlə o, daha bir genişmiqyaslı məlumat əməliyyatına başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Ukrayna Baş Kəşfiyyat İdarəsi bildirib ki, Ermənistanın informasiya məkanında Azərbaycanla Ermənistan arasında hərbi münaqişə yaratmaq üçün Ukrayna hərbi kəşfiyyatının işə başladığı haqda “fəal şəkildə feyk” yayılır:
“Dezinformasiya yayanlar bunu yeni Azərbaycan-Ermənistan müharibəsinin Rusiyanı “ikinci cəbhə” açmağa məcbur edəcəyi, bununla da onun hərbi qüvvələrinin dağılacağını və prosesin Ukraynanın xeyrinə olacağı ilə “əsaslandırırlar”.
Məlumatda vurğulanıb ki, bu dezinformasiya Ukrayna müdafiə nazirinin müavini İvan Qavrilyukun adına olan saxta hesabdan tirajlanır.
“İşğalçı dövlət olan Rusiyanın əsas məqsədi Ukraynanı gözdən salmaq, Ukrayna-Ermənistan və Ukrayna-Azərbaycan münasibətlərini daha da pisləşdirməkdir. Bu, ilk növbədə işğalçı dövlət olan Rusiya üçün faydalıdır”, - xəbərdarlıqda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 02 Mart 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















