Icma.az
close
up
RU
Erməni havadarlarının diz çökdürülməsinə aparan SAVAŞ

Erməni havadarlarının diz çökdürülməsinə aparan SAVAŞ

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının ilk  dövrlərdə  belə bir əhvali-ruhiyə hökm sürürdü ki, problem  beynəlxalq hüquq münasibətləri müstəvisində gec-tez həllini tapacaq. Bu məqsədlə ATƏT-in Minsk qrupu da ümidverici qurum kimi  vasitəçilik missiyasına başladı. Ancaq zaman keçdikcə, dünyanın əsl siması, Qərb demokratiyasının  mahiyyəti  bəlli olduqdan sonra  hər kəsdə  bir inamsızlıq yarandı. Artıq hər kəsə aydın oldu ki, beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarını işğaldan azad etməyəcək. Yeganə ümid yeri xalqın özü, dövlətin gücü, dövlət rəhbərinin cəsarətidir. Yalnız bu şəraitdə Azərbaycan torpaqlarını işğaldan azad edə bilər”.
Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli 2016-cı il aprel döyüşlərinin 9 illiyini şərh edərkən deyib.
Deputat əlavə edib ki, beynəlxalq təşkilatların vasitəçiliyi ilə torpaqlarımızın işğaldan azad edilməsinin mümkünsüzlüyünü görən  Azərbaycan Prezidenti İlham Əliyev  qələbəyə əsaslanan böyük strateji kurs götürərək, ona uyğun uğurlu siyasətini həyata keçirməyə başladı: “Dövlət başçısı  danışıqlar prosesini  davam etdirməklə paralel olaraq, məsələnin həllinə rəvac verəcək  bütün addımları atmağa başladı.
Mən burada bir haşiyə çıxaraq Azərbaycan xalqının  işğalla  barışmayacaq  psixologiyasının fomalaşmasında Mübariz İbrahimovun adını xüsusi ilə qeyd etmək istərdim. Mübariz İbrahimoz öz qəhrəmanlığı ilə təkcə Ermənistana yox, bütün dünyaya və ermənilərin havadarlarına bir mesaj verdi ki, Azərbaycan insanı ölmündən keçər, amma işğalla barışmayacaq. Bunun növbəti mərhələsi 2016-cı il aprel döyüşləri  oldu. Aprel döyüşləri artıq Azərbayan  ordusunun qüdrətini dünyaya nümayişi idi. Aprel döyüşlərində Azərbaycan ordusu solaxay bir yumruğu ilə illərlə ermənilər və onların ordusu haqqında formalaşan dırnaqarası mifi darmadağın etdi. Aprel savaşlarından sonra Azərbaycan insanında qələbəyə tam əminlik ruhu formalaşdı. Düzdür, ermənipərəst dünya gücləri 2016-cı ildə Azərbaycan ordusuna öz hədəflərinə nail olmasına imkan vermədi və başlanan proses yarımçıq qaldı. Amma Azərbaycan hədəfindən geri çəkilmədi. Çünki bütün xalqda  belə bir düşüncə  var idi ki, biz Ermənistanla deyil, onun arxasındakı beynəlxalq güclərlə vuruşuruq. Biz heç zaman erməni ilə təkbətək üzə-üzə gəlməmişik. Biz  hər zaman ermənin arxasındakı o qüvvələrlə üz-üzə gəlmişik. Bunlardan biri erməniləri tarixi Azərbaycan topraqlarına köç siyasətini həyata keçirməklə Birinci Pyotr vəsiyyətlərini həyata keçirən və bu yolla Cənubi Qafqaz siyasətini reallaşdıran Rusiyadır. Məhz Rusiyanın dəstəyi ilə ermənilər Azərbaycanın 20 faiz torpaqlarını işğal etdi, Xocalı soyqırımını törətdi. Bunlar bir həqiqətdir. Bunları ona görə deyirəm ki, dediyim fikirlərin arxasında bir fakt olsun. Təkcə Rusiya idimi? Xeyr! Avropa ölkələri və digərləri də Ermənistanı dəstəkləyirdilər. Belə olan şəraitdə biz onlara qarşımı savaşmalı idik?!... 
Amma dövlət başçısı İlham Əliyevin  yürütdüyü uzaq hədəflərə xidmət edən  böyük strateji siyasi kursu nəticəsində elə bir münbit şərait yaratdı ki, biz ermənilərlə təkbətək üz-üzə qalmalı olduq. Bu tarixin bizə verdiyi bir şans idi. Azərbaycan da bu şansı dəyərləndirdi.
Burada Azərbaycana hər zaman siyasi və mənəvi dəstək verən, ümid və güvənc yerimiz olan Türkiyənin də böyük rolunu unutmaq olmaz.
Nəticədə tarixdə analoqu olmayan hadisə baş verdi. Dünya dövlətləri Azərbaycanın belə bir qüdrətə, cəsarətə sahib olduğunu anlaya bilmirdilər. Onlar anlamırdı ki, Azərbaycan əsgəri sıldırım qayalardan keçərək  əlyalın, atışmasız sıldırım qayaları aşaraq Şuşanı ala bilər. Nə rus, nə də avropalılar Azərbaycan əsgərinin belə bir şücaətə sahib olduğunu gözləmirdi. Şuşanın azad edilməsi Rusiya dövlət başçısını və avropalıları şoka saldı.
Bu Böyük Zəfərə qələbəsinin bünövrəsi məhz 2016-cı il aprel döyüşlərində qoyuldu. Bu baxımdan Aprel döyüşlərini Böyük Zəfərə gedən yolda həlledici bir  məşq hesab etmək olar”.
Deputat əlavə edib ki, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatının əsası da məhz Aprel savaşlarının nəticəsidir: “Çünki Qarabağ kartından istifadə edən güclər Azərbaycana təzyiq edib, niyyətlərini həyata keçirmək istəyirdilər. Bu zamanda Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi altında Azərbaycan ordusu 24 saata qələbəni təmin etdi. Azərbaycanın 2023-cü ildə ərazi bütövlüyü ilə yanaşı, suverenliyini bərpa edərək tarixə qızıl hərflərlə yazılan qələbəyə imza atarkən təkcə Ermənistan deyil, bütövlükdə dünya erməniliyinə, onun arxasındakı güclərə, havadarları üzərində də  qələbə çaldı. Dünya çaş-baş qaldı. Necə ola bilər ki, Azərbaycan 100 il həllini tapa bilməyən məsələni 24 saata həll etdi?... Azərbaycan bununla da dənizdən dənizə “böyük Ermənistan” ideologiyasının tabutuna son mismarını vurmuş oldu.
Buna baxmayaraq, bu gün də Qərbədən, Şimaldan, Cənubdan Azərbaycana mənhus baxışlar var, iti caynaqlar uzanır. Ancaq Azərbaycan “Çax-çax baş ağrıdar, amma dəyirman öz bildiyin edər” zərb-məsəlinə üstünlük verərək öz yolunu davam etdirməkdədir. Azərbaycan haqq yolundandır. Beynəlxalq  hüquq müstəvisində bütün problemlərini həll etmək gücünə qadirdir. Dövlətimiz qüdrətli dövlət başçısının cəsarətli, qətiyyətli mövqeyi çox böyük əhəmiyyət kəsb edən böyük strateji siyasi kursu axıradək davam etməsinə rəvac verib və verəcək”.
Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Aprel 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri