Icma.az
close
up
RU
ERMƏNİ MÜXALIFƏTİ ŞEYXDƏN ŞÜBHƏLƏNİR “Paşinyan Paşazadənin başlatdığı kampaniyanı davam etdirir”

ERMƏNİ MÜXALIFƏTİ ŞEYXDƏN ŞÜBHƏLƏNİR “Paşinyan Paşazadənin başlatdığı kampaniyanı davam etdirir”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan erməni apostol kilsəsi ilə heç cür “yola getmir”.

“AzPolitika” Ermənistan mediasına istinadla xəbər verir ki, ölkə parlamentinin dünənki iclasına qatılan Nikol Paşinyan kilsəni və dini rəhbərləri kəskin şəkildə tənqid edib.

Paşinyan kilsələrdə natəmizlik hökm sürdüyünü qeyd edərək, “kilsələrimiz hinə çevrilib” deyib. Kilsə xadimləri isə buna etiraz edərək, müxtəlif bəyanatlar yayıblar. Üstəgəl, Paşinyanın hələ də arvadı Anna Akopyanla nə dini, nə də rəsmi nikahda olmadığı ortalığa atılıb.

Paşinyanın və arvadının buna reaksiyası daha kəskin olub. Həm Paşinyan, həm də Anna Akopyan sosial şəbəkələrdəki səhifələrində erməni apostol kilsəsinin nümayəndələrinə qarşı bir neçə sərt və təhqiramiz bəyanatlar yayıblar. Paşinyan öz paylaşımında hətta nalayiq ifadələr işlədib və kilsədən “ona toxunmamağı” tələb edib.

Paşinyan onu tənqid edən Ermənistan yepiskoplarının özlərinin riayət etməli olduqları “subaylıq andı”na əməl etmədiyini bildirib: "Bəziləri mənim rəsmi nikahda olmadığım üçün narahatdırlar. Bizim ruhani elitamızın yarısı eyni vəziyyətdədir, ancaq onların vecinə deyil".

Anna Akopyan da öz səhifəsində kilsə xadimlərinin müxtəlif günahlar və yaramazlıqlar etməkdə ittiham edərək Paşinyanı dəstəkləyib.

Paşinyanla kilsə arasındakı qarşıdurmaya siyasi müxalifət də qoşulub. Rusiya təbliğatının ruporu olan “Sputnik Armenia” bu məsələ ilə bağlı müxalifəti təmsil edən deputat Ayk Mamicanyanın açıqlamalarını dərc edib. Erməni deputat bu mövzuda gözlənilmədən Şeyxülislam Allahşükür Paşazadənin adını hallandırıb. Mamicanyan iddia edib ki, “Paşinyan Paşazadənin erməni kilsəsinə qarşı başlatdığı kampaniyaya” dəstək verir.

Daha sonra Rusiyanın “Sputnik Armenia”-sı qeyd edir ki, “Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür Paşazadə bir müddət əvvəl bildirmişdi ki, erməni ziyarətgahları, o cümlədən 1700 illik tarixi olan "müqəddəs Eçmiədzin kilsəsi" “tarixi Azərbaycan torpaqları”nda yerləşir və erməni apostol kilsəsi region ölkələri üçün təhlükə yaradır”.

Göründüyü kimi, Ermənistandakı rusiyapərəst müxalifət, o cümlədən ona dəstrək verən Rusiya media resursları hər imkandan, o cümlədən hökumət-kilsə gərginliyindən Paşinyana qarşı istifadə etməyə çalışır və bu işdə hətta Allahşükür Paşazadənin də adını hallandırır…

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 May 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri