Icma.az
close
up
RU
Erməni müxalifəti məhkəmə qapılarında

Erməni müxalifəti məhkəmə qapılarında

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Radikal qisasçılar əkdikləri tikanları biçirlər

İyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra radikal revanşist müxalifətin nümayəndələri, özlərini “iri biznes sahibləri” adlandıran oliqarxlar, ictimai fəallar və yenə özlərini “din xadimləri” adlandıran, əslində, tarix boyu fitnə-fəsad salmaqla məşğul olanlar bir-birinin ardınca hüquqi proseslərlə üzləşirlər. Hakimiyyət bütün addımların qanun çərçivəsində atıldığını bəyan edir, müxalif düşərgə isə baş verənləri siyasi təzyiq kimi qiymətləndirir. Beləliklə, məhkəmə zalları Ermənistanın siyasi gündəmini müəyyənləşdirən əsas məkanlardan birinə çevrilib.

Oliqarxlara qarşı hüquqi cəbhə

Son ayların ən çox müzakirə olunan işlərindən biri “Taşir” şirkətlər qrupunun rəhbəri, rusiyalı milyarder və “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanla bağlıdır. Qurduğu böyük biznes şəbəkəsi ilə yanaşı, uzun illər Ermənistanın ictimai-siyasi həyatında da təsir imkanlarına malik olan Karapetyanın barəsində açılmış cinayət işi ölkədə geniş rezonans doğurdu. Hüquq-mühafizə orqanları ona qarşı irəli sürülən ittihamların konkret hüquqi əsaslara söykəndiyini bildirirlər. Müdafiə tərəfi isə hesab edir ki, işin arxasında siyasi motivlər dayanır və məqsəd hakimiyyətin tənqidçilərinə xəbərdarlıq etməkdir. Karapetyanın həbsi ətrafında keçirilən məhkəmə iclasları həm yerli, həm də xarici, xüsusilə Rusiya mediasında geniş işıqlandırılır. Məhkəmə binası qarşısında keçirilən aksiyalar, tərəfdarlarının etirazları və hüquq müdafiəçilərinin açıqlamaları göstərir ki, məsələ artıq təkcə bir oliqarxın taleyi ilə məhdudlaşmır. Son həftələr daha bir siyasətçi-oliqarx – “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanın biznes imperiyasına qarşı keçirilən əməliyyat tədbirləri də bu mənzərənin mühüm hissəsidir. “Multi Group” şirkətlərində aparılan axtarışlar, istintaq hərəkətləri və müxtəlif sənədlərin götürülməsi ölkə gündəmini hələ də məşğul etməkdədir. Sarukyan özü iyulun 7-də 2 ay müddətinə həbs edildi. O, hazırda “İrəvan-Kentron” islah-əmək müəssisəsində saxlanılır. Sarukyanın iqtisadi təsir imkanlarının hədəfə alınması barədə də müxtəlif ehtimallar irəli sürülür. Hüquq-mühafizə orqanları vergi və maliyyə xarakterli araşdırmaların aparıldığını açıqlayıblar. Müxalifət isə bunu iri biznesin hakimiyyətə tabe etdirilməsi istiqamətində növbəti addım (?) kimi qiymətləndirir.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və siyasi komandası da müxtəlif hüquqi çəkişmələrin iştirakçısı olaraq qalır. Koçaryanın özü əvvəlki illərdə uzun sürən məhkəmə proseslərindən keçib. Həmin işlər müxtəlif qərarlarla yekunlaşsa da, onun komandası ilə hakimiyyət arasında hüquqi mübahisələr tam başa çatmayıb. İndi isə onun ölkədən çıxışı qadağan olunub. Seçkilərdən dərhal sonra ölkəni tərk etməyə, daha doğrusu, qaçmağa çalışan Robert hava limanında saxlanılaraq geri qaytarıldı.

Növbə müxalif deputatlara çatıb

“Joxovurd” qəzeti yazır ki, Ermənistan Baş Prokurorluğu parlament müxalifətinin iki əsas siması – “Ermənistan” blokunun nümayəndəsi İşxan Saqatelyan və “Güclü Ermənistan” blokunun lideri Narek Karapetyanın cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə deputat toxunulmazlığının ləğvinə nail olmağı planlaşdırır. Qəzetin məlumatına görə, Baş prokuror Anna Vardapetyan hazırda hər iki müxalifətçi deputatla bağlı vəsatətlər paketini hazırlayır və onları payızda yeni çağırış parlamentin müzakirəsinə təqdim etməyi nəzərdə tutur.

Diqqət mərkəzində olan digər istiqamət qondarma “Müqəddəs mübarizə” hərəkatı ilə bağlı aparılan istintaqdır. Hərəkatın fəalları və onlarla əlaqələndirilən şəxslərin saxlanılması erməni cəmiyyətində ciddi fikir ayrılığı yaradıb. İstintaq orqanları həmin şəxsləri konstitusiya quruluşuna qarşı fəaliyyət hazırlamaqda və digər ağır cinayətlərdə ittiham edir. Müxalifət isə bunun siyasi fəallığı zəiflətmək məqsədi daşıdığını bildirir. Bu prosesdə Erməni Apostol Kilsəsinin də adı tez-tez hallanır.

Müxalifətin əsas dayaqlarından biri hesab olunan “Daşnaksütyun” partiyasının bəzi üzvləri barədə başladılan istintaq da diqqət mərkəzindədir. Partiya rəhbərliyi hüquq-mühafizə orqanlarının fəaliyyətini siyasi sifariş kimi dəyərləndirir. Rəsmi qurumlar isə ittihamların konkret faktlara söykəndiyini və heç kimin siyasi mənsubiyyətinə görə məsuliyyətə cəlb edilmədiyini bildirirlər.

Seçki mübahisələri KM-ə yönəlib

İyunun 7-də keçirilmiş parlament seçkiləri də məhkəmə müstəvisindən yan keçmədi. Bir neçə siyasi qüvvə səsvermənin nəticələrinə etiraz edərək Konstitusiya Məhkəməsinə (KM) müraciət etdi. Şikayətlərdə seçki prosesində müxtəlif qanun pozuntularının baş verdiyi iddia olunurdu. KM müraciətlərin bir hissəsini araşdırdı, bəzi məqamlarla bağlı hüquqi qiymət verdi, lakin ümumi nəticələr dəyişməz saxlanıldı. Bununla da Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının parlamentdə formalaşdırdığı üstünlük hüquqi baxımdan təsdiqləndi. Seçki ilə bağlı məhkəmə mübahisələrinin yekunlaşması ölkədə siyasi gərginliyi tam aradan qaldırmayıb. Əksinə, müxalifət bundan sonra mübarizənin əsas hissəsinin məhkəmələrdə və parlamentdə davam edəcəyini açıq şəkildə bəyan edib. Beləliklə, seçki rəqabəti hüquqi müstəviyə daşınıb və siyasi qarşıdurmanın yeni forması meydana çıxıb.

Siyasi qarşıdurmanın yeni ünvanı

Bu proseslərin fonunda diqqəti cəlb edən digər cəhət də ondan ibarətdir ki, məhkəmələrdə baxılan işlərin əksəriyyəti cəmiyyətin tanınmış simaları ilə bağlıdır. Nəticədə hüquqi proseslər adi cinayət işi çərçivəsini aşaraq siyasi mübarizənin tərkib hissəsinə çevrilir. Erməni mediasında demək olar ki, hər gün növbəti məhkəmə iclası, həbs qətimkan tədbiri, apellyasiya şikayəti və ya istintaq qərarı əsas xəbər kimi təqdim olunur. Bütün bunlar Ermənistanın siyasi sistemində maraqlı bir mənzərə formalaşdırır. Bir tərəfdən hakimiyyət qanunun hamıya eyni tətbiq olunduğunu nümayiş etdirməyə çalışır. Digər tərəfdən müxalifət hesab edir ki, hüquq-mühafizə orqanlarının fəallığı daha çox hakimiyyətə qarşı çıxan siyasi qüvvələr üzərində cəmləşib. Bu ziddiyyət cəmiyyət daxilində də fərqli yanaşmalar yaradıb. Bir qrup vətəndaş korrupsiyaya qarşı mübarizənin davam etdirilməsini dəstəkləyir, digər qrup isə hüquqi proseslərin seçmə xarakter daşıdığı qənaətindədir.

Erməni siyasi analitiklərin bir hissəsi hesab edir ki, Paşinyan hökuməti növbəti illərdə daxili sabitliyi qorumaq üçün hüquqi mexanizmlərdən daha fəal istifadə edəcək. Bunun əsas səbəblərindən biri hakimiyyətin parlamentdə çoxluğa malik olması və küçə etirazlarının əvvəlki illərlə müqayisədə zəifləməsidir. Belə şəraitdə müxalifətin hakimiyyətə təsir imkanları əsasən məhkəmə iddiaları, beynəlxalq hüquqi mexanizmlər və ictimai kampaniyalar üzərində cəmləşə bilər. Bununla yanaşı, məhkəmə proseslərinin uzunmüddətli davam etməsi ölkənin siyasi mühitinə əlavə yük yaradır. Hər yeni cinayət işi və ya həbs qərarı cəmiyyətdə yeni müzakirələr doğurur, siyasi qütbləşməni daha da dərinləşdirir.

Bu gün Ermənistanın siyasi mənzərəsinə baxdıqda aydın görünür ki, hakimiyyətlə müxalifət arasındakı mübarizə artıq təkcə parlament tribunasında və ya küçə aksiyalarında getmir. Məhkəmə zalları bu qarşıdurmanın əsas ünvanlarından birinə çevrilib. Karapetyanın, Sarukyanın işi, “Müqəddəs mübarizə” hərəkatına qarşı aparılan istintaq, “Daşnaksütyun” üzvləri ilə bağlı cinayət işləri, KM-də seçki mübahisələri və iri biznes strukturlarına yönələn araşdırmalar eyni siyasi mənzərənin müxtəlif hissələridir.

Yaxın perspektivdə bu proseslərin dayanacağı gözlənilmir. Əksinə, məhkəmələrdə qəbul ediləcək qərarlar Ermənistanın daxili siyasi balansına, müxalifətin gələcək fəaliyyətinə və hakimiyyətin cəmiyyət qarşısında mövqeyinə birbaşa təsir göstərəcək. Buna görə də ölkədə siyasi gündəmi izləmək istəyənlər üçün parlament iclasları qədər məhkəmə zallarında baş verənlər də mühüm əhəmiyyət daşıyır. Son aylarda baş verən hadisələr göstərir ki, Ermənistan müxalifəti siyasi gündəmdə daha çox məhkəmə çəkişmələri, istintaq araşdırmaları və hüquqi mübahisələrlə yadda qalır.

S.NAZİMOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri