Erməni nazirlərdən sülh mesajları
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Beş illik fasilədən sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Facebook" səhifəsində post paylaşıb.
"Unikal" xəbər verir ki, Ermənistanın XİN rəhbəri yazıb:
“Ermənistan Respublikası naminə. İndiki və gələcək naminə. Sizin üçün, uşaqlar”.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bəyan edib ki, “sülh olacaq, müharibə olmayacaq, blokadalar, nəqliyyat əlaqələri açılacaq və iqtisadi inkişaf olacaq, Ermənistan əsas dünya ticarət yolunun bir hissəsinə çevriləcək”.
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan da öz növbəsində “dəhliz olmayacağını, suverenlik, ərazi bütövlüyü, yurisdiksiya və qarşılıqlılıq əsasında blokun açılacağını, müharibə yox, sülhün olacağını” bildirib.
Qeyd edək ki, bu gün Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında sülh sazişi ilə bağlı üçtərəfli görüş keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 08 Avqust 2025 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















