Icma.az
close
up
RU
“Erməni məsələsi”, “erməni soyqırımı” və “erməni terrorizmi” məsələləri

“Erməni məsələsi”, “erməni soyqırımı” və “erməni terrorizmi” məsələləri

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Mark Mişinin “Qafqazın tarixindən və antitarixindən biri” adlı əsərinin üzərindən təhlil

...Tarixi faktlar ermənilərin cinayətkarlıq fəaliyyətinin əhatə dairəsinin daha geniş olduğunu sübut edir.

“Şərq məsələsi”nin bir hissəsi olan “erməni məsələsi” diplomatik və tarixi ədəbiyyatlarda XVIII-XIX əsrlərdə beynəlxalq münaqişənin ifadəsi kimi şərti olaraq qəbul olunmuşdu (Восточный вопрос. Дипломатический словарь. Том I. М., 1984.c.128, 220).

“Şərq məsələsi” “Osmanlı imperiyasının mirası” üstündə böyük dövlətlərin – Avstriya-Macarıstan, Rusiya, Fransa, Böyük Britaniya, Almaniya və ABŞ-ın rəqabət aparmaları ilə əlaqədar idi.

“Erməni məsələsi”nin mahiyyəti – “milli özünütəyinetmə” uğrunda erməni hakim təbəqənin mübarizəsi, yəni XIV əsrdə Kiçik Asiyada qəti olaraq itirilmiş “eməni dövləti”nin bərpa olunmasına cəhd edilməsi idi. Onlar qarşıya qoyulmuş məqsədlərinə çatmaq üçün erməni kilsəsinin fəaliyyətini daha da genişləndirmişdilər. Erməni dövlətiçiliyinin olmadığı bir vaxtda kilsənin ermənilərə çox güclü təsiri olmuşdu.

Osmanlı imperiyasına daha dərin nüfuz etməyə çalışan böyük dövlətlər isə İstanbula tətbiq edilən kapitulyasiya (qeyri-bərabər müqavilə) rejimindən başqa, Osmanlı ermənilərinin yuxarı təbəqəsi arasında özlərinə dayaq axtarırdılar. Həmin təbəqə türk-müsəlman dövlətinin ticarət-iqtisadi və siyasi həyatında mühüm rol oynayırdı. Böyük dövlətlər Osmanlı imperiyasına qarşı yürütdükləri siyasətlərində nüfuzlu erməni kilsəsinə də xüsusi yer ayırmışdılar. Bu kilsə Osmanlı imperiyasının üç katolikosluğunda – Kilikiya, Yerusəlim və Konstantinapolda yerləşirdi.

Yerli ermənilərin yuxarı təbəqəsinə arxalanan böyük dövlətlər Osmanlı imperiyasının əleyhinə erməni milli hərəkatına başlamışdılar. Əlbəttə, onlar burada öz mənafelərini güdürdülər, “erməni məsələsi” isə böyük dövlətlərin əlində bir alət hesab olunurdu. Bu özünü Berlin konqresində göstərmiş oldu. Konqresdə güc dövlətlərinin əsas məqsədi, 1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində qalib gəlmiş Rusiya imperiyasının İstanbuldan istədiyi tələbləri məhdudlaşdırmaqdan ibarət olmuşdur. Sankt-Peterburq isə (burada Rusiya dövləti nəzərdə tutulur) öz tərəfindən qələbədən istifadə etməklə yanaşı, onu 1878-ci ildə Rusiya-Osmanlı dövlətləri arasında bağlanmış San-Stefano sülhü ilə möhkəmləndirməyə çalışırdı. Əldə olunmuş razılığa görə Van, Ərzincan, Bitlis, Hartum, və Sivas vilayətlərində, yəni Osmanlı dövlətinin ərazisində yaşayan ermənilərin əsas hissəsinin yaşadığı Kiçik Asiyanın Şərq hissəsində onlar üçün muxtariyyət hüququnu özündə ehtiva edən islahatlar keçirməyi vəd verilmişdi. Lakin Böyük Britaniya Rusiyanın bu istəyinin əleyhinə getmiş və Berlin konqresində islahatın böyük dövlətlərinin himayəsi altında həyata keçirilməsinə nail olmuşdur. Bununla belə ermənilər istəyinə çatmamış və onlar məğlub olmuşdular. Əslində ermənilər Londonu maraqlandırmırdı. Qərbin böyük dövlətlərinin məqsədi özlərinin Şərq siyasətlərini həyata keçirmək üçün “erməni məsələsi”ndən istifadə etməyə çalışan Rusiyanın mövqeyini zəiflətməkdən ibarət idi.

Qərb dövlətləri tərəfindən taleyinin ümidinə buraxılan ermənilərin yuxarı təbəqəsi isə öz həmvətənlərini silahlı mübarizəyə çağırırdılar. Tezliklə, həmin silahlı qüvvələrə erməni kilsəsi, “Hnçak”, “Armenakan”, “Daşnaksütyun” kimi siyasi partiyalar rəhbərlik etməyə başladılar. Burada qeyd etmək yerinə düşər ki, 1893-1919-cu illər arasında “Hnçak” və “Daşnaksütyun” partiyalarını təmsil edən erməni terrorçuları Osmanlı imperiyasında və Cənubi Qafqazda, o cümlədən İstanbul, Bakı, Tiflis, Ərzurum, Aleksandropol, Qars, Naxçıvan, İrəvan, Şuşa, Gəncə, Qazax, Şəki, Urmiya, Şamaxı, Quba, Ahalkələki, Kürdəmir, Ahalsixi və Trabzonda 129 terror aksiyası həyata keçirmişdilər (Церцвадзе Ф. Лицемерие и ложь армянской пропаганды. Баку, 2007. c. 47-56). Bu terror zamanı evlərin yandırılması, dağıdılması və qarət olunması, müxtəlif millətlərdən olan – Türk-müsəlmanlarlar, gürcülər, hətta terrorçulara kömək etməkdən imtina edən ermənilər belə qətlə yetirilmişdilər. Hesablamalara görə yüz minlərlə zərərçəkmiş qoca, qadın, uşaq öldürülmüş və çox böyük qaçqın kütləsi yaranmışdı.

Tarixi sənəd və materiallardan məlumdur ki, Cənubi Qafqazda erməni üsyançıları və onların əsas bazası Rusiyanın himayəsi altında fəaliyyət göstərmişdi. Sankt-Peterburq özünün “şərq siyasəti”ndə Eçmiəzdində yerləşən erməni kotalikosluğundan aktiv istifadə etmişdir. Rusiya həm Osmanlı imperiyasında Qərb dövlətlərinin gələcək mövqeylərinin möhkəmlənməsinə qarşı, həm də öz dövləti maraqlarına görə Eçmiədzinə və erməni siyasi partiyalarına, eləcə də burjuaziyaya arxalanmaq fikrində idilər. “Hnçak”, “Armenakan” və “Daşnaksütyun” partiyaları erməni diasporlarının pulu ilə silah alıb, öz emissarları vasitəsi ilə Türkiyədə yaşayan ermənilərə göndərir, onlardan üsyançı dəstələr və döyüşçü qrupları hazırlayırdılar. Onlar “erməni məsələsi”nə diqqəti yönəltmək üçün öz nümayəndələrini Qərbi Avropaya göndərirdilər. Bu dövrdə fəaliyyət göstərən əsas siyasi qüvvə isə “Daşnaksütyun” partiyası hesab olunurdu. 1894-cü ildə Sasundakı üsyanı təşkil edən bu partiyaya erməni kilsəsi və diasporu da kömək etmişdi.

1917-ci ilin oktyabr ayında Tiflisdə daşnakların rəhbərlik etdiyi erməni milli konqresi toplantı keçirmişdi. Onlar mürəkkəb beynəlxalq və hərbi-siyasi vəziyyətdən istifadə etdərək, artıq bu dəfə Qafqazda, XIV əsrdə Kiçik Asiyada “itirilmiş dövlətini” yaratmağa cəhd etməyə başlamışdılar.

Belə çətin bir şəraitdə Qərb dövlətləri – birinci dünya müharibəsinin qalibləri – yenə də “erməni məsələsi”ndən, bu dəfə artıq Qafqazda, istifadə etməyə qərara almışdılar. Erməni “Daşnaksütyun” partiyası da Qafqaz regionundakı qarışıq vəziyyətdən istifadə etməyə çalışırdı. 1918-ci il mayın 28-də Azərbaycana torpaqlarında Ararat Respublikası elan etdikdən sonra, bu dövlətə rəhbərlik edən daşnaklar müstəqil, qonşu Azərbaycan, Gürcüstan və Türkiyə ilə müharibəyə başladı. Onlar Ahalkələkini, Borçalını, Qarabağı, Naxçıvanı, Qarsı işğal etməyə çalışırdılar. Bu zaman onlar Bakıya doğru hərəkət edən könüllü rus ordusunun generalı A.İ.Denikinin köməyinə ümid edirdilər. Komandanlıq ermənilərin onlara kömək etməsinin əvəzi olaraq Azərbaycanın ərazisinin müəyyən hissəsinin ermənilərə verəcəyini vəd etmişdi. Lakin RSFSR-in XI Qırmızı ordusu 1920-1921-ci illərdə Cənubi Qafqazı işğal etdikdən sonra Qərb dövlətləri – Britaniya, Fransa, ABŞ – yenidən “erməni məsələsi”ndə həvəsdən düşdülər, artıq bütün Qafqaz regionu sovet Rusiyasının bir hissəsinə çevrilmiş oldu. Bununla da “erməni məsələsi” avtomatik olaraq həmişəlik qüvvədən düşdü.

Bununla belə, 1920-ci ildən sonra SSRİ-də qadağan olunmuş və mühacirətdə olan “Daşnaksütyun” partiyası dəfələrlə Qərbin diqqətini “erməni məsələsi”nə və “erməni soyqırımı”na yönəltməyə çalışmışdılar. Bu məsələdə daşnaklar Eçmiədzinin, sonralar həm də sovet Ermənistanın rəhbərliyinin simasında özünə müttəfiqlər tapmışdılar. Onlar dəfələrlə Dağlıq Qarabağın və Naxçıvanın Ermənistan SSR-yə verilməsi barəsində Moskva qarşısında məsələ qaldırmışdılar.

1988-1994-cü illərdə sovet-postsovet Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın keçmiş Dağlıq Qarabağ torpağı işğal edilmiş və tanınmayan “Dağlıq Qarabağ respublikası” elan edilmişdi. Ermənistan, eyni zamanda Azərbaycanın yeddi rayonunu: Laçını, Kəlbəcəri, Ağdamı, Qubadlını, Cəbrayılı, Fizulini, Zəngilanı işğal etmişdi. Ümumilikdə isə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının ərazisinin 20%-i işğal olunmuşdur. Azərbaycanlılar Ermənistandan və Azərbaycanın işğal olunmuş ərazilərindən - öz doğma torpaqlarından tamamilə qovulmuş və qaçqın və köçkün vəziyyətinə düşmüşdülər.

Beləliklə, əsərin qısa təhlili onu sübut edir: birincisi, “erməni məsələsi” dünyanın güc dövlətlərinin, əvvəlcə Osmanlı imperiyasına, sonra isə Türkiyə Respublikasına qarşı məkrli siyasəti olmuş və vaxtaşırı bu siyasət davam etdirilmişdi; ikincisi, erməni üçlüyünün – kilsə-partiya-diaspor –un ortaya atdığı və tarixi həqiqətlərə söykənməyən qondarma “erməni soyqırımı”, sonradan Qərb dövlətlərinin və Rusiyanın, əvvəlcə Osmanlı imperiyasına, sonra isə Türkiyə Respublikasına qarşı bir siyasi təzyiq vasitəsi olmuş və bu siyasət bu gün də davam etməkdədir; üçüncüsü, müxtəlif ölkələrdə rəsmi akkreditə olunmuş Türkiyənin diplomatik nümayəndələrinə qarşı terror əməllərini həyata keçirən ermənilərin əsas ilhamvericisi, təşkilatçısı və ideya rəhbəri erməni üçlüyü - kilsə, partiya və diasporu olmuşdur.

P.S. Ermənistanin hərbi təcavüzü nəticəsində 30 il işğal altında qalan Qarabağ torpağımız 2020-ci ilin sentyabr ayında Müzəffər Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü zamanı azad edildi. 2023-cü il sentyabrın 19-20 tarixlərində isə həyata keçirilən anti-terror əməliyyatı zamanı Azərbaycanın Qarabağ torpaqları erməni işğalçılarından tamamilə təmizləndi. İndi Azərbaycanın Qarabağ torpağında dinc quruculuq işləri aparılır və əhali öz-doğma yurd-yuvalarına qayıdırlar.

Vaqif Şirinoğlu

Tarix elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 Dekabr 2024 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri