Icma.az
close
up
RU
Erməni politoloqun fantaziyaları: Matevosyan hansı nağıllara uyub?

Erməni politoloqun fantaziyaları: Matevosyan hansı nağıllara uyub?

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanda bir çox politoloq və ekspertlər Azərbaycana olan nifrətlərini gizlətmədikləri kimi, sərsəm ideyalarla çıxış etməkdə də pərgardırlar.

Tribunainfo.az xəbər verir ki, bəzi erməni politoloqlar isə nağıllar danışmaq sahəsində də “usta” hesab oluna bilərlər.
Onlardan biri Beniamin Matevosyan ötən gün Azərbaycan-Rusiya əlaqələri, Paşinyan-kilsə savaşı məsələsində elə fikirlər səsləndirib ki, “bişmiş toyuğun gülməyi” gəlir. O deyib ki, Rusiyada böyük Azərbaycan diasporu var. “Bu diaspor nəinki Rusiya cəmiyyətinə inteqrasiya etmir, hətta “sürünən ekspansiya” da aparır”.
Onun iddiasına görə, guya, Rusiyadakı ən böyük diaspor təşkilatı olan “Azərros” Mədəni Muxtariyyəti tələbələr arasında pantürkist ideyaları yayır.
Matevosyan daha sonra onu da deyib ki, guya, Bakı ilə Moskva arasındakı son problemli məsələlər təyyarə qəzası ilə bağlı deyil. “Çoxları hesab edir ki, Bakı ilə Moskva arasında münasibətlərin pisləşməsinə səbəb təyyarəsinin vurulmasıdır. Bu belə deyil. Sadəcə, bu hadisə əvvəldən movcud olan ziddiyətləri qızışdırdı”.
Erməni politoloqun “ekstrasens”liyi də diqqəti çəkir. O deyir ki, ortamüddətli perspektivdə Bakı ilə Moskva arasında münasibətlər daha da pisləşəcək. “Çünki Rusiya bu gün “Azərbaycan rejiminin beyninə” zərbə vurdu – prokurorluq British Council-ı arzuolunmaz təşkilat kimi tanıdı”.
Onun sözlərinə görə, Moskva ilə Bakı arasında münasibətlərin daha da gərginləşməsi Ermənistan və Qarabağın maraqlarına uyğundur. “Əgər Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə davam edərsə, o zaman Rusiya nəinki Qarabağ ermənilərinə humanitar dəstəyi artıracaq, həm də Moskvada Qarabağ “hakimiyyəti”nin nümayəndələrini qəbul etməyə başlaya bilər”.
Tribunainfo.az bildirir ki, Beniamin Matevosyan Paşinyan-kilsə savaşında Azərbaycan əlaqələri məsələsini də “araşdırıb”. “Nikol Paşinyan Azərbaycan hakimiyyətinin antikilsə və antierməni bəyanatlarına tam uyğun gələn erməni apostol kilsəsinə qarşı “səlib yürüşünü” davam etdirərkən, türk “ekoloqları” Metsamor AES-ə hücum edir”.
O qeyd edib ki, vaxtıyla Laçın dəhlizinin bağlanmasının da təşəbbüskarı ekoloqlar idi. “Lakin bu dəfə azərbaycanlı “ekoloqlar”. Bu gün biz görürük ki, onlar eyni mexanizmdən Ermənistana qarşı da istifadə etmək niyyətindədirlər”.
Erməni ekspert Qarabağda həyata keçirilən hərbi əməliyyatlar və separatçıların sıxışdırlaraq, rədd edilməsini ilkin sınaq adlandırıb. “Qarabağda baş verənlər Bakı və Ankara üçün sadəcə sınaq meydançası idi. İndi analoji təcrübəni Ermənistanda həyata keçirməyə çalışırlar”.
Matevosyan sonda onu da deyib ki, Ermənistan iki istiqamətdə Azərbaycan ərazilərini qaytararsa, blokadaya düşəcək. “Kərki və Tavuşdakı bəzi ərazilər verildikdən sonra Azərbaycan qaz kəmərlərinə nəzarəti ələ keçirəcək. Qarabağda etdiyi kimi, Ermənistanda da analoji addımları atacaq. Kəməri bağlayacaq”.

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 İyun 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see216

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see143

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri