Icma.az
close
up
RU
“Erməni revanşistlər köhnə xülyalarla yaşayır”

“Erməni revanşistlər köhnə xülyalarla yaşayır”

525.az saytına istinadən Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Vaşinqton sammitindən sonra Azərbaycan-Ermənistan sülh prosesi irəliləməkdədir. ATƏT-in Minsk qrupunun ləğvi ilə Bakının İrəvan qarşısında şərtlərindən daha biri yerinə yetirildi. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.

Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb. Həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib. Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib.

Sözügedən qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi olmaqla yanaşı, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır. Azərbaycan Respublikası bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcəkdir.

Qeyd edək ki, hazırda Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması üçün bir şərti qalıb. Bu da rəsmi İrəvanın konstitusiyasında dəyişiklik edərək, ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasından ibarətdir. Ermənistanın gələn il parlament seçkiləri ilə eyni vaxtda referendum keçirərək bu şərti də yerinə yetirəcəyi gözlənilir.

Bununla belə, Ermənistanda Azərbaycanla sülh prosesinə qarşı çıxan revanşist qüvvələr öz pozucu fəaliyyətlərini davam etdirirlər. Həm keçmiş cinayətkar xunta rəhbərləri, onların nəzarətindəki siyasi qüvvələr, eləcə də erməni kilsəsi Paşinyanı devirmək üçün mübarizə aparır, sülh prosesi əleyhinə çıxışlar edirlər. Bir neçə gün əvvəl qondarma “artsax”ın yaranmasının ildönümü münasibətilə separatçılar, erməni kilsəsi və bəzi müxalifət partiyaları bir araya gələrək sülh əleyhinə çıxışlar ediblər, Minsk qrupunun buraxılmasını da qəbuledilməz adlandırıblar. Onlar hesab edirlər ki, bu, Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsi üçün vacib mexanizm idi.

Azərbaycan tərəfi sülhün təşəbbüskarı olsa da, yeni müharibə istəməsə də, Ermənistan tərəfini dəfələrlə revanşist meyllərlə bağlı xəbərdar edib. Prezident İlham Əliyev bu günlərdə Kəlbəcər şəhərinin sakinləri ilə görüşdə bəyan etdi ki, Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün: “Hər halda son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. İndi dünyada gedən prosesləri görürsünüz. Müxtəlif yerlərdə toqquşmalar, müharibələr, hərbi cinayətlər baş alıb gedir. Amma heç kim tam qələbə qazanmayıb. Müharibələr davam edir, daha böyük coğrafiyanı əhatə edir və yəqin ki, davam edəcək. Yəni bax, bu siyasi məsələlərin inkişafı bunu göstərir. Tək yeganə ölkə bizik. Yeganə xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə qazandıq. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik və eyni zamanda, sülhün təminatçısı da Azərbaycandır... Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək”.

Politoloq Zaur Məmmədov “525”ə deyib ki, həmin revanşist qüvvələr “əsirlər”in azad edilməsi, Qarabağ ermənilərinin öz evlərinə qaytarılmasının Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə salınmalı olduğunu bəyan ediblər. Eyni zamanda, ATƏT-in Minsk qrupunun da buraxılmasını qəbuledilməz hesab edirlər, çünki onun mandatına Qarabağ ermənilərinin hüquqları məsələsi də daxildir: “Bəyanatda deyilir ki, bu hüquqların təmin edilməsi üçün effektiv mexanizmlər olmadan ATƏT MQ-nin buraxılması qəti şəkildə qəbuledilməzdir. Bundan başqa, özünü separatçıların lideri adlandıran Samvel Şahramanyan, Ermənistanın katalikosu, Kilikiya katalikosu, bəzi müxalifət partiyaların sədrləri bəyanatlarında indiki şəraitdə Qarabağın müstəqilliyinin mümkün olmamasına baxmayaraq, ruhdan düşməməyi və gələcəkdə yaranacaq münbit şəraitdə Qarabağın yenidən "azad ediləcəyi" ilə bağlı çıxışlar ediblər. Onlar Ermənistan hakimiyyətini satqınlıqda günahlandırıblar. Qısası, Ermənistandakı və ölkə xaricindəki bu qüvvələr "Böyük Ermənistan" haqqında hələ də fikirləşməkdədirlər və Paşinyanı devirərək xarici güclərin köməyi ilə yenidən ərazi iddialarını qaldırmaq niyyətindədirlər. Bu gün İşxan Saqatelyan və digərləri tərəfindən səsləndirilən bəyanatda "Ermənistan hökuməti Azərbaycanın təzyiqi nəticəsində Vaşinqton sazişi imzaladı və buna görə də bu sənəd qeyri-legitimdir" kimi oxşar ifadələr səsləndirildi. Baş verənlər bir daha bizi əmin etməlidir ki, Azərbaycan Prezidenti İlham Əliyev necə dəqiqliklə bizi gözləyən çağırışları vaxtında həll etdi. Laçın yolunun azad edilməsi, bölgənin separatçılardan təmizlənməsi, sülhməramlıların Qarabağı qarşılıqlı razılaşma yolu ilə tərk etməsi, Ermənistan dövlətinin Minsk qrupunun buraxılmasına razılıq verməsi və Vaşinqton sazişi çox ciddi çağırışlar öncəsi dövlətimizi təhdidlərdən sığortaladı”.

Politoloq vurğulayıb ki, böyük Avrasiyanın şəkilləndirilməsi hələ davam edir. Cənubi Qafqazda da çox ciddi tarixi hadisələr baş verir: “Yaxın onilliklərin münasibətlər sistemi formalaşır. Azərbaycana qarşı "erməni kartından", "etnik kartlardan", o cümlədən hərbi təhdid formalarından istifadə edilməsi gözləniləndir. Lakin indi nə 1918-20-ci, nə də 1990-cı illərdir. Şuşa Bəyannaməsi var, Azərbaycanın siyasi, iqtisadi, demoqrafik, diaspora potensialı kifayət qədərdir, dövlətimiz Türk Dövlətləri Təşkilatının və Qoşulmama Hərəkatının aparıcı üzvlərindən biridir. Kifayət qədər ciddi hərbi-siyasi müttəfiqlərimiz formalaşıb.

Bu gün Ermənistanda hökuməti tənqid edən və Azərbaycanı "işğalda" və sair kimi “cinayətlərdə” günahlandıranlar bir daha sübut edir ki, revanşist qüvvələr hələ də köhnə xülyalarla yaşayır, cəmiyyəti çaşdırmaqla dövlətin gələcəyini təhlükəyə atırlar. Halbuki Ermənistanın gələcəyi yalnız və yalnız özünün düzgün seçimlərindən asılıdır. Əgər o, regionda real vəziyyəti qəbul edib, qonşularla normal münasibətlər qursa, inkişaf və təhlükəsizlik qazana bilər. Əks halda, “Böyük Ermənistan” kimi utopik ideyalar və separatizmə dəstək siyasəti onu daha da dərin böhrana sürükləyəcək. Ermənistan ya əməkdaşlıq və sülh yolunu seçəcək, ya da yenidən özünü tarixi səhvlərin qurbanı edəcək. Seçim onlarındır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Sentyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri