Icma.az
close
up
RU
Erməni xalqı yalana sitayişin faciəsini yaşayır

Erməni xalqı yalana sitayişin faciəsini yaşayır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Zəmanəmiz bir daha sübut etdi: O xalq xoşbəxtdir ki, qonşusu sülhsevər olsun. Çox təəssüf ki, antitürk siyasəti ilə zəhərlənmiş erməni toplumu ilə qonşuluq xalqımıza zaman-zaman faciələr yaşadıb. Erməni xislətini araşdıran, onların Azərbaycana qarşı düşmənçiliyinin əsaslarını açıb göstərən tədqiqat əsərləri yeni nəsillərin bu bəladan özünü qorumasında mənəvi silahdır. Belə araşdırmaçılardan biri bu günlərdə 70 yaşı tamam olan, Birinci Qarabağ savaşının acılarını, ağrılarını öz taleyində vətəndaş yanğısı ilə yaşayıb, qələmə alan müharibə veteranı, dünya erməniliyini ifşa edən iki əsərin – “Dünya ermənilərinin gerçək tarixi” və “Erməni elitası”nın etirafları və ya “mənim günahlarım” adlı kitabların müəllifi, tarixçi alim, Bakı Dövlət Universitetinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Atamoğlan Məmmədlidir.

– Atamoğlan müəllim, bu günlərdə 70 yaşınız tamam oldu. Ömür yolunuzu özünüzün Birinci Qarabağ müharibəsinin veteranı, oğlunuz Orxan Məmmədlinin isə 44 günlük Vətən müharibəsinin qazisi olmağı şərəfləndirir.

– Bəli, insan ömrünün müəyyən mərhələsində ömür qatarına necə mindiyini və hansı sınaqlarla qarşılaşdığını yadına salmalı olursan. Mən də, ömrümün 70-ci ilində düşündüm: “Geriyə baxanda qürur hissi keçirirəm. Tələbəlik illərində demişdim: Şükür ki, müstəqilliyimiz gözümüzün önündə baş verdi və bu günü gördük. Tələbələrimə də deyirəm həmişə tarixi Azərbaycan 6 yerə bölünüb. Bunun bir hissəsi bizim Azərbaycan Respublikasıdır. Diaspor nümayəndələri ilə görüşümdə onlara da anladıram ki, 50 milyonluq dünya azərbaycanlılarının gözü bizim respublikadadır. Xalqımızın döyünən ürəyi Azərbaycandır, hamının gözü buradadır. Bütün dünya azərbaycanlılarının ümid yeri Azərbaycandır. Ona görə də tarixi müstəqilliyimizi qazananda zorla bizi müharibəyə cəlb etdilər, torpaqlarımız işğal olundu. Böyük imperiyalar dağılanda onun dalğası çox fəlakətlərə səbəb olur. Bu illər ərzində 12 kitabım nəşr olunub. 19-u isə nəşrə hazırdır.

Mən birinci Qarabağ savaşının iştirakçısıyam. Xocalı faciəsindən sonra auditoriyada dərs keçə bilmirdim, indiki kimi yadımdadır, auditoriyaya girdim, mühazirə saatı idi. 120 nəfər tələbəyə – 4 qrupa müraciət etdim: Əziz tələbələr, mövzumuz “Orta əsrlərdə Çin “ adlanır. Amma bu gün dərsimiz olmayacaq.

Soruşdular, səbəb nədir? Dedim ki, mən cəbhəyə gedirəm. Belə deyəndə 20, 30 nəfər gənc ayağa qalxdı ki, müəllim, biz də gedirik. Dedim siz genofonumuzsunuz, vaxtı gələndə gedərsiniz. Əyləşin yerinizə. Cavan müəllim idim. Bakı Dövlət Universitetində işləyirdim. Azərbaycan böyük imperiyanın caynağından çıxıb, müstəqilliyini élan etsə də, torpaqlarımızın başı üstündə qara yellər əsməyə başlamışdı. Bu o illər idi ki, 1988-ci ildən başlayaraq qədim İrəvan torpaqlarından o yerlərin azərbaycanlı vətəndaşları vəhşicəsinə qətliama məruz qalaraq qovulmuşdular və ümid yeri kimi Azərbaycana pənah gətirmişdilər. Bir sözlə, zorən müharibəyə məcbur edilmişdik.

6 ay səngərdə düşmənlə üz-üzə dayandıq. Ön xətdə olarkən çox böyük təcrübə qazandım. Özünümüdafiə batalyonlarının tərkibində döyüşürdüm, xatirə fotolarımı da sizə təqdim edəcəyəm.

Bəli, o illərdən tanıdığım ziyalılardan qeyrətliləri silaha sarılıb özünümüdafiə batalyonlarına qoşuldular. “Ermənilərin gerçək tarixi” kitabımın yaranma tarixi də səngərdən başlayıb. Orada özümə söz verdim ki, ermənilərin Qarabağ hadisələri başlayan vaxtacan, (Türkiyədə yazılmış rəsmi mənbələr əsasında) törətdikləri cinayətlərdən yazım. Ermənilər hesablamışdılar ki, 1988-1989-cu ilədək bütün dünyadakı ermənilər və onların havadarları tərəfindən Azərbaycana və Türkiyəyə qarşı Yer kürəsində 26 mindən çox kitab, məqalə, əsər çıxıb. Fikir verin ki, bunlar ideoloji cəhətdən çoxdan hazırlaşmışdılar.

– Onlar tarix boyu bu düşüncə ilə yaşayıblar.

– Bəli, illərlə onlar ideoloji cəbhədə silahlanıblar. Gecələr səngərdə olarkən Ayı müşahidə edirdim. Bir gecə Ayın işığının qarşısında fikirləşdim və söz verdim ki, əgər sağ qalsam, mən düşmənə elmi mənbələr əsasında cavab verəcəyəm. Döyüşdən sağ-salamat qayıtdıqdan sonra 20 ilə yaxın topladığım materialları, xüsusilə xristian mənbələrindən yeni-yeni məlumatları yığdım və işləməyə başladım. Akdemik Yaqub Mahmudov mənə yüksək dəyər verərək dedi: Atamoğlan, bu kitab iki doktorluq dəyərindədir. Kitabım Milli Təhlükəsizlik Nazirliyinin xüsusi mükafatına layiq görüldü. Sonra əsərin rus dilində olan variantını Rusiyadakı diasporamız üçün hazırladıq: “İstinnaya istoriya armyan” Mənən bir az rahatlıq tapdım ki, düşmənin hiyləgər ideologiyasını alt-üst etdim. 200 il idi ki, Azərbaycan analarının göz yaşı qurumurdu, şükürlər olsun ki, 44 günlük Vətən müharibəsində qisasımız alındı.

– Qisas qiyamətə qalmadı. Qarşımda bir kitab var: “Mənim günahlarım” –Mea Gulfa (latın dilində) və ingilis dilində tərcümə olunan “Erməni “elitasının” etirafları” elmi mənbələr əsasında yazdığınız elmi-publisistik əsərlər. Bu barədə ətraflı danışmağınızı xahiş edirəm.

– Latın dili ölü dil olsa da, bilərəkdən bu dildən istifadə etdim. “Mənim günahlarım” erməni elitasının adından etiraf olunur. Kitab 5 dilə tərcümə olunub. Erməniləri müdafiə edənlərin - qərbi avropalıların öz dilində onlara demək istəyirik ki, gerçək faktları erməni elitasının öz dilindən eşidin, agah olun.

– Bu kitabın əsasında sənədli film də hazırlanıb.

– Məni ağrıdan məsələyə toxundunuz. Bu əsər 5 min manat mükafat qazanmışdı. Həmin məbləğin əsasında sənədli film hazırlanmasını rəğbətlə qarşıladım. Bacardığımız qədər bəşəriyyətə ermənilərin ideoloji silahının hədəfinin iç üzünü – yalanlarını çatdırmalıyıq. Kitabdakı faktlar detallarla, xronikadan istifadə edilməklə mükəmməl sənədli film səviyyəsində işıqlandırılıb. Bir sözlə, reallığa söykənən süjet xəttinin işlənib hazırlanması məni çox sevindirdi. Lakin filmin göstərilməsindən az bir müddət sonra video-material yutubdan silindi. Çox mütəəssir oldum, bu günə kimi narahatam, bu film haradadır, niyə silindi? Filmin orijinalı ilə maraqlansam da, mənə dəqiq cavab verilmədi. Təəssüf edirəm.

– Bəlkə, filmi düşmənin hakerləri pozublar?

– 14 əsrdir ki, ermənilərin kilsəsi bütün yer üzündəki ermənilərdən pul yığır ki, özlərinə dövlət yaratsınlar. Bu kitabda onlar ifşa olunurlar. Ona görə də həqiqətlərin açılmasına əngəl olmaq üçün bütün çirkin vasitələrdən istifadə edirlər. Erməni mənbələri deyir ki, bizim torpağımız olmayıb, biz şər – böhtanla əraziləri zəbt edib özümüzünküləşdirmişik. Mən bütün faktları arxivlərdən yığıb, istinadlar əsasında təhlil aparmışam. Gerçəkliklərdən qaçmaq mümkün deyil.

“Erməni elitasının “etirafları” və yaxud “Mənim günahlarım” kitabımda haylar özləri – özlərini ifşa edirlər. XX əsrin əvvəllərində yaşamış Morqan adında məşhur bir arxeoloq olub, haylar bir yerə toplaşıb gedirlər onun yanına ki, bizə tarix yaz. Bütün bu dediklərim erməni mənbələrindədir. XX yüzilliyin əvvəlləri 1-ci Dünya müharibəsi ərəfəsində baş vermiş bu hadisənin təfərrüatlarını o dövrün arxeoloqları ermənilərin məkrli planını gülünc və qəzəb içində yaymağa başlayıblar. Belə ki, arxeoloq Morqan onunla danışığa gələn daşnak yığnağından soruşur ki, faktlarınız, dəlilləriniz varsa verin, yazım. Bunu eşidən haylar çıxılmaz vəziyyətə düşürlər və mənbələr axtarışına çıxırlar. Həmin arxeoloq Morqana nağıllar, əsatirlər, bir sözlə, heç bir əsası olmayan yazılar təqdim edirlər.

İllərin imtahanından çıxmış arxeoloq ona təqdim edilən “mənbələrə” baxıb təəssüf hissi keçirərək deyir ki, sizin gətirdiyiniz bu “yazılar” nağıldan başqa bir şey deyil, tarixi yazmaq üçün isə faktlar, sübutlar lazımdır. İnsanların mənə olan inamını əgər itirərəmsə, canlı ikən ölümümü qəbul edərəm. Bu hadisə o illərdə bütün Avropa arxeoloqlarına yayılır və tarixin səhifəsinə erməni hiyləgərliyinin xisləti kimi yazılır.

İrəvanın hər addımında, daşında, parçasında müsəlman – türk tarixi yatır. Yer kürəsində Azərbaycan və Türkiyəyə qarşı ermənilərin təşkilatlanmış formada 600-dən çox qurumu fəaliyyət göstərir. Ona görə də düşmənin ideoloji silahına qarşı mübarizəni gücləndirməliyik. “Erməni yalanlarına” faktlarla, dəlillərlə cavab verməliyik.

44 günlük Vətən müharibəsindəki Zəfərimiz sübut etdi ki, Azərbaycan xalqı yumruq kimi birləşməyi bacarır. Qüdrətli ordumuz və Ali Baş Komandanımıza arxalanırıq. Bir məqamı unutmaq olmaz. Azərbaycan qısamüddətli döyüşü, ildırım sürətli qələbəsi ilə dünya hərb tarixinə düşdü. Bizim tərəfdən aparılan döyüş ədalətli idi, çünki zorla bizdən qoparılan və 30 il işğal altında qalan torpaqlarımızı xilas etmək üçün silaha sarılmışdıq.

Erməni generalları da, xarici mənbələrdə yazılanlar da sübut etdi ki, bizim yenilməz, polad kimi ordumuzun qarşısında silaha əl atanlar məğlubiyyətlə qarşılaşacaqlar.

Vətən bizim içimizdə, ruhumuzda olmalıdır. Belə bir ruhla silahlanmış ordunun mükafatı Zəfər olmalı idi, oldu da! Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə “Şəhidlərə kəfən lazım deyil” adlı 2 hissəli, 6 şəkilli dram əsərini yazmışam. Bu pyesi ilk olaraq Mübarizin atasına aparıb verdim, o kitabı oxuyandan sonra kövrək səslə mənə dedi: “Sanki siz onun yanında olmusunuz”.

Mən də kövrəldim, dedim ata, mən müəlliməm, Mübarizlərin amalı, döyüş yolu mənim dərsimin baş mövzusudur, onlar Vətən əxlaqının mücəssəməsidir.

1992-ci ildə anasının qucağında məni döyüşə yola salan oğlum 2020-ci ildə könüllü olaraq Vətən Müharibəsinə getdi, düşməndən qisasımızı alanların cərgəsində şərəfli bir tərcümeyi-hal yazdı və qazi kimi qayıtdı. Sonda deyim ki, övladımla qürur hissi keçirirəm. Mənim 30 il əvvəl nakam qalan arzularımı oğlum gerçəkləşdirdi, daha doğrusu, ordumuzun yüzlərlə qəhrəmanlarından biri oldu. Milli şüurun formalaşdığı Bakı Dövlət Universitetində fədakar, millətini sevən gəncləri yetişdirmək bizim Vətən borcumuzdur.

Söhbəti qələmə aldı:
Kəmalə Abdinova
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 İyun 2025 01:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see273

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see205

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see184

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see179

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see176

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see144

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see137

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see137

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see136

Dalğalan, Vətənimin hürriyyət carçısı!

05 Noyabr 2025 11:48see135

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see134

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see129

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see128

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see128

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see125

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see125

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see124

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see122

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri