Icma.az
close
up
RU
“Erməni soyqırımı”: artist Paşinyan və Aznavurun “xəyanət”i

“Erməni soyqırımı”: artist Paşinyan və Aznavurun “xəyanət”i

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Nikol nəyə görə qınanır?

Ermənistanın İsveçrədə səfiri, BMT-də və YUNESCO-da nümayəndə olmuş erməni əsilli məşhur fransız musiqiçi Şarl Aznavur 2013-cü ildə, yəni qondarma “erməni soyqırımı”nın 100 illiyinə hazırlığın getdiyi bir vaxtda gözlənilməz bəyanat səsləndirmişdi. O, jurnalistlərlə söhbətində bildirmişdi ki, “soyqırımı” sözünə tüpürmək istəyir. 

Ş.Aznavur Türkiyənin 1915-ci il hadisələrini tanıyıb-tanımamasının onun vecinə olmadığını demiş, buna görə qınaqlara, təhqirlərə və digər aşağılayıcı rəftara tuş gəlmişdi. İndi Ermənistanın baş naziri Nikol Paşinyan da, təxminən, Ş.Aznavurun günündədir. Əlbəttə, birincinin ikincidən nə dərəcə səmimi olduğunu, ümumən səmimi mövqe tutduğunu söyləmək mümkünsüzdür. Fikrimizi əsaslandıracağıq. 

***

Hələlik isə deyək ki, N.Paşiyan Davos İqtisadi Forumu ilə bağlı İsveçrədə olarkən bu ölkənin Sürix şəhərində erməni diasporunun yerli təmsilçiləri ilə görüşüb və həmin görüşdə “soyqırımı” məsələsinin yenidən araşdırılmasının zəruriliyinə dair bəyanat səsləndirib. Onun bildirdikləri həm Ermənistandakı revanşist kəsim, həm də xaricdəki erməni millətçi təşkilatlarının təmsilçiləri tərəfindən hiddətlə qarşılanıb. 

Bəri başdan deyək ki, Nikol əvvəllər də bu mövzuda söz açıb. Məsələn, o, ötən il “erməni soyqırımı” travmasını aradan qaldırmağın və itirilmiş vətən axtarışlarını dayandırmağın vacibliyini vurğulayıb: “Birinci Dünya müharibəsi zamanı böyük faciə baş verib və dövlətçiliyi olmayan, əsrlər əvvəl öz dövlətçiliyini itirmiş, dövlətçilik ənənəsini unutmuş, geosiyasi intriqaların və yalan vədlərin qurbanı olmuş erməni xalqı, ilk növbədə, dünyanı və onun qaydalarını özü üçün başa düşülə bilən siyasi ağıldan məhrum idi”.

Paşinyan ötən il, eyni zamanda, erməni dilindən “böyük qırğın” kimi tərcümə olunan “mets egern” ifadəsini işlətmişdi. Xatırladaq ki, bu ifadəni, əsasən, “erməni soyqırımı”nı tanımayan ölkələr öz mesajlarında istifadə edirlər. Nikolun fikrincə, “mets egern” ermənilər üçün milli faciə və travmaya, sosial psixologiyanı müəyyənləşdirən amilə çevrilib: “Bu gün də biz dünyanı, ətrafımızı, özümüzü “mets egern” travmasının təsiri altında qavrayırıq və bunun öhdəsindən gələ bilmirik. Bu, o deməkdir ki, beynəlxalq səviyyədə tanınan dövlət olaraq, tez-tez digər ölkələr və beynəlxalq ictimaiyyətlə travma vəziyyətində davranırıq, onlarla rəqabət aparırıq və nəticədə bəzən reallıqlarla faktorları, tarixi prosesləri və proqnozlaşdırılan üfüqləri düzgün ayıra bilmirik”. 

Qeyd edək ki, Paşinyan İsveçrədə də demək olar, əvvəlki tezisləri təkrarlayıb. “Biz erməni “soyqırımı”nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə “soyqırımı” gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu”, – deyən baş nazirin daha əvvəl “erməni soyqırımı” məsələsinin sovet dövründə süni şəkildə kəskinləşdirildiyini vurğulayan fikirləri də var. Paşinyanın sözlərindən belə çıxır ki, Türkiyə NATO-ya üzv olduğu üçün SSRİ ermənilərin alyansdakı qonşu ölkə ilə kəskin şəraitdə qalmasını istəyib. Məlumdur ki, Türkiyə 1952-ci ildə NATO-ya üzv olub. Paşinyanın da 50-ci illəri yada salması bununla bağlıdır.

*** 

Əlqərəz, hazırda N.Paşinyana İsveçrədə dediklərinə görə ittiham yağdıranlardan biri  Rusiya Erməniləri İttifaqıdır. İttifaq bəyanat yayaraq bildirib ki, Nikolun söylədikləri Ermənistan konstitusiyasına və cinayət məcəlləsinə, eləcə də İsveçrə qanunlarına ziddir, tarixi faktları təhrif edir və rəsmi İrəvanın bəd-
xah siyasətinin növbəti təzahürüdür. Sənəddə, eyni zamanda, vurğulanıb ki, Paşinyan İsveçrəni türk hekayələrini təbliğ etmək üçün platforma qismində seçdi və bununla Holokost kimi “erməni soyqırımı”nın inkarının cinayət hesab olunduğu dövlətə nifrətini göstərdi.

N.Paşinyanın İsveçrədə dediklərinə sərt münasibət açıqlayanlardan biri də “Ayakve” adlanan, əslində terrorçuluğa xidmət edən vətəndaş birliyidir. Qurumun həmtəsisçisi Avetik Çələbyan bildirib ki, təmsil olunduğu təşkilat 2023-cü ilin mayında iki əsas məqamı özündə birləşdirən qanun layihəsini ictimai müzakirəyə çıxarıb. Bunlardan birincisi, Qarabağın başqa dövlətin tərkib hissəsi kimi tanınmasına, ikincisi isə “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasından imtinaya görə cinayət məsuliyyətini nəzərdə tutur. “Biz aydın şəkildə başa düşdük ki, bu iki məsələ bir-biri ilə sıx bağlıdır. Mövcud rejim (Paşinyan iqtidarı – red.) Türkiyənin bölgədəki maraqlarına itaətkarcasına xidmət etdiyi üçün hər iki məsələdə Türkiyə gündəmini irəli aparmağa çalışacaq. İndi il yarımdan sonra o (Paşinyan - red), bunu ilkin olaraq guya Rusiyanın təsirindən qurtulmaq, əslində Ankara qarşısında siyasi öhdəliklərini yerinə yetirmək üçün etdiyini artıq gizlətmir. Öhdəlik təkcə “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınmasından imtina deyil, həm də bu faktı şübhə altına almaq, günahı soyqırımı qurbanlarının üzərinə atmaqdır. Biz bu dəhşətli proqrama müqavimət göstərməliyik. Nə qədər insanları aldatmağa, şüurunu boğmağa çalışsan da, bacarmayacaqsan, zəhərin sənin özünü zəhərləyəcək”, – deyən Çələbyanın, belə demək mümkünsə, hiddət qusduğu aydındır. 

Sonda onu da bildirək ki, erməni cəmiyyəti köhnə ampluasındadır. Saxta “soyqırımı” ətrafında baş nazir Nikol Paşinyana qarşı qaldırılmış qəzəb ritorikası bunu yenidən sübuta yetirməkdədir. Ancaq belə bir durumun formalaşmasının günahkarı elə rəsmi İrəvanın özüdür. Çünki Paşinyan və tərəfdarları saxta soyqırımı məsələsini gündəmdə saxlayırlar. Ancaq bir qədər fərqli formada. Fikrimizin sübutu kimi, Ermənistanın paytaxtında keçirilmiş bir toplantıya diqqət yetirək. 

Qondarma “erməni soyqırımı”nın tanınması məsələsinin ölkənin beynəlxalq siyasət prioritetlərindən çıxarıldığını bəyan etmiş Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən il rəhbərlik etdiyi qurumun xətti ilə “Soyqırım və digər cinayətlərə qarşı erkən xəbərdarlıq və erkən reaksiya üçün beynəlxalq mexanizmlərin effektivliyinin gücləndirilməsi” mövzusunda “Soyqırım Cinayətinə Qarşı” V Qlobal Forumun təşkilinə nail olmuşdu. Dünyanın stajlı ermənipərəst qaragüruhunun toplaşdığı tədbirdə Azərbaycan və Türkiyə əleyhinə açıq və qapalı ittihamlar səslənmişdi. 

Deməli, Nikol və tərəfdarları “soyqırımı” mövzusunu tamam fərqli müstəviyə daşımağa, daha doğrusu, onu Rusiyanın egidasından çıxarmağa çalışırlar. Onlar yaramaz iddiadan tamamilə imtinanı ağıllarından belə  keçirmirlər. Əvvəldə haqqında söz açdığımız səmimiyyətsizlik də elə budur. Deməli, 2018-ci ildə dünyasını dəyişmiş Ş.Aznavurun, belə demək mümkünsə, soyqırımı tüpürcəyindən bir lopa da Paşinyanın və komandasındakıların sifətindədir. İmkan varsa, üzlərini silsinlər. 

Ə.RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Yanvar 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri