Paşinyan erməni soyqırımı məsələsinə yenidən baxılmasının vacibliyini vurğulayıb
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin "soyqırımı" məsələsinin yenidən araşdırılmasının zəruriliyi barədə növbəti dəfə bəyanat verib.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, N.Paşinyan bunu Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə deyib.
"Biz "erməni soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu", - deyə N.Paşinyan vurğulayıb.
N.Paşinyan daha əvvəl qeyd etmişdi ki, bu məsələ sovet dövründə süni şəkildə kəskinləşdirilib, çünki Türkiyə NATO-nun üzvü olub. 2024-cü ildə isə xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanınması məsələsi İrəvanın xarici siyasətinin prioriteti deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 25 Yanvar 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















