Icma.az
close
up
RU
Erməni terrorçular yenidən aktivləşirlər? Rəsmi İrəvan tarixdən dərs almalıdır

Erməni terrorçular yenidən aktivləşirlər? Rəsmi İrəvan tarixdən dərs almalıdır

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ermənistanın Suriya ərazisindəki terrorçu qruplaşmaları fəaliyyətini davam etdirirlər. "Nubar Ozanyan Dəstəsi" terror qruplaşmasının olduğu əks olunan görüntülərdə silahlıların təlim-məşq toplantısı keçirdiyi görünür. Qeyd edək ki, qanunsuz silahlı birləşmənin daşıdığı ad - Nubar Ozanyan 1956-cı ildə Türkiyədə anadan olub. Türkiyə Kommunist Partiyasının üzvü olan erməniəsilli terrorçu Birinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğalında iştirak edib, azərbaycanlılara qarşı çoxsaylı cinayətlərə imza atıb. Ozanyan 2017-ci ilə Raqqa döyüşü zamanı İraq Şam İslam Dövləti (İŞİD) tərəfindən məhv edilib. Sözügedən təşkilat da 2019-cu ildə onun terrorçu irsini davam etdirmək məqsədilə qurulub. Görünən odur ki, erməni diasporu tərəfindən maliyyələşən və Ermənistan dövlətinin himayəsində olan bu təşkilat fəaliyyətdə olduğunu göstərmək üçün, yəni, məqsədyönlü şəkildə akitvləşdiyini nümayiş etdirir. Lakin erməni terrorçularının bu kimi destruktiv addımları regionda sülh və sabitliyə xələl gətirir, təhlükəsizliyi təhdid edir və potensial münaqişə mənbəyi yaratmaq cəhdinin tərkib hissəsi kimi görünür. Çünki 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində də terrorçu alay Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşmək üçün münaqişə bölgəsinə yollanıb. Bütün bunların qaynağında isə məhz Ermənistan Respublikasının terroru dövlət siyasətinə çevirməsi dayanır.

Ermənistana xidmət edən erməni terror təşkilatları

1975-1991-ci illərdə əsasən Türkiyə diplomatlarına qarşı terror aktları həyata keçirən ASALA çoxsaylı qətliamlara imza atıb. "Erməni soyqırımı ədalət komandosları" 1972-ci ildə Vyanada Daşnaksütyun partiyasının qurultayı zamanı yaradılıb. Terror təşkilatının məqsədi türklərə və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etmək olub. 1890-cı ildə Tbilisi də yaradılan Daşnaksütyun partiyasının məqsədi silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq olub. Bu təşkilat da siyasi partiya kimi təmsil olunsa da, millətçi-terrorçu fəaliyyəti ilə tanınır. 1993-cü ildə yaradılan "Yerkrapa" terror təşkilatı isə birbaşa Ermənistan ordusunun ehtiyat hissəsi rolunu oynayır. Təşkilat 2016-cı il Aprel döyüşləri, eləcə də İkinci Qarabağ müharibəsində iştirak edib. Ümumilikdə isə erməni terror təşkilatını saymaqla bitməz. Məhz onların fəaliyyəti tarixdə erməni terrorizmi anlayışının formalaşmasında və bu günə qədər gəlib çıxmasında mühüm rol oynayıb. Bunun nəticəsi olaraq "Nubar Ozanyan" adına erməni terror qruplaşması da sələflərindən fərqli olmayaraq terror-təxribat əməllərini davam etdirir.

Terror təşkilatlarının Azərbaycan-Ermənistan münasibətlərinə, eləcə də regional sabitliyin pozulmasına təsirləri

"Nubar Ozanyan" kimi radikal silahlı erməni təşkilatlarının fəaliyyəti Azərbaycan-Ermənistan münasibətləri də daxil olmaqla, ümumilikdə regional sabitliyə ciddi mənfi təsirləri var. Çünki tarixi faktlar da göstərir ki, dövlətlərarası münasibətlərdə terror və qeyri-dövlət aktorlarının güclənməsi, bölgədə fəallaşması, xüsusilə də ideoloji və etnik əlaqələr qarşılıqlı əlaqələrdə və regional əmin-amanlığa birbaşa təhlükə mənbəyidir. Ələlxüsus, bu qrupların sərhədyanı ərazilərdə yerləşməsi təxribat və terror riskini həmişə aktual edir. Ermənistan hakimiyyətlərinin də türklərə və azərbaycanlılara qarşı hər zaman terrordan istifadə etməsi, ümumiyyətlə terrorun bu ölkənin dövlət siyasəti olması heç kimə sirr deyil. Rəsmi İrəvanın terrora göz yumması isə həm sülh danışıqlarına mənfi təsir göstərir, həm də digər region ölkələri üçün potensial təhlükə mənbəyinə çevrilir.

Terror təşkilatları və terrorçuluq əməlləri beynəlxalq hüquq kontekstində

BMT Təhlükəsizlik Şurasının 2001-ci ildə 1373 saylı qətnaməsi dövlətlərə terrorçu qrupları dəstəkləməmək, maliyyələşdirməmək və onların fəaliyyətinin qarşısını almaq öhdəliyi qoyur. BMT Nizamnaməsinin VII fəslinə müvafiq olaraq, hər bir dövlət beynəlxalq terrorçulara qarşı zəruri tədbirlər görməli, terror aktlarını maliyyələşdirmənin qarşısını almalı, terrorizmin qarşısını almaq üçün operativ informasiya mübadiləsi (terror şəbəkələri, silah satışı, kütləvi qırğın silahlarının ələ keçirilməsi barədə) aparmalıdır. 1373 saylı qətnamə əsasında BMT Təhlükəsizlik Şurasının bütün üzvlərindən ibarət Terror Əleyhinə Komitə yaradıldı. Qeyri-dövlət silahlı aktorların, xüsusilə etnik separatizmi və silahlı zorakılığı təşviq edən qrupların fəaliyyətinə şərait yaratmaq, dövlətlərin bu öhdəliyə zidd hərəkət etməsi deməkdir. Əgər Ermənistan bu tip təşkilatlara simpatiya göstərir və ya onlara qarşı sərt mövqe sərgiləmirsə, bu beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Həmçinin, Cenevrə Konvensiyalarına görə münaqişə tərəfi olmayan, mülki şəxslərə hücum edən, dövlət suverenliyini pozan silahlı qruplar qanunsuz silahlı qrup hesab olunur.

Azərbaycan terrorun bütün növlərinə qarşıdır

Ermənistandan fərqli olaraq Azərbaycanın terrora qarşı mövqeyi birmənalıdır: Rəsmi Bakı terrorun bütün növlərinə qarşıdır və tolerantlıq prinsiplərini əldə rəhbər tutur. Hər hansı bir silahlı qeyri-dövlət qrupunun sərhədlərinə yaxın fəaliyyəti də eyni ilə Azərbaycan tərəfindən qəbul edilmir. Azərbaycan bu cür təhdidlərə qarşı qabaqlayıcı tədbirlər görmək və adekvat cavab vermək hüququnu özündə saxlayır.

Bir sözlə, qeyri-qanuni silahlı birləşmələr, terror təşkilatları yalnız taktiki təhlükə deyil, həm də sülh proseslərini sabotaj edə biləcək strateji risk daşıyır. Onların fəaliyyəti beynəlxalq hüquqa ziddir, regional sabitliyə təhdid yaradır. Eləcə də sözügedən təşkilatların fəaliyyətləri Azərbaycanın da legitim təhlükəsizlik narahatlıqlarını gücləndirir. Bu baxımdan, Ermənistan sülh və sabitlik, eləcə də inkişaf etmək istəyirsə, qonşu dövlətlərlə münasibətlərini normallaşdırmalı, münasibətlərə xələl gətirən revanşist addımlardan çəkinməli, terror təşkilatlarına hamilik etməməli və beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəliklərə sadiq qalmalıdır. Əks halda, Azərbaycan adekvat addım atmaq hüququnu həmişə özündə saxlayır. Ona görə də rəsmi İrəvan tarixdən dərs almalıdır.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 May 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see296

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see130

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri