Yeni sənədli film “İrəvan qalasında erməni xəyanəti”
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 aprel, AZƏRTAC
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində yeni sənədli film hazırlanaraq tamaşaçılara təqdim olunub. “Anın tarixi” layihəsi çərçivəsində hazırlanan film-hekayə “İrəvan qalasında erməni xəyanəti” adlanır.
AZƏRTAC xəbər verir ki, filmdə Azərbaycan tarixində mühüm yer tutan İrəvan xanlığının 1827-ci ildə çar qoşunları tərəfindən zəbt olunmasında ermənilərin xəyanətindən bəhs edilir. Qərbi Azərbaycan tarixində əhəmiyyətli yer tutan İrəvan xanlığı ilə İrəvan qalasının mühasirəsi zamanı baş verən hadisələr bədii və sənədli təsvirlərlə filmdə əks etdirilib.
Filmin ssenari müəllifi Səxavət Sahil, quruluşçu rejissoru Ramina Qarayeva, baş prodüseri Xalq artisti Ramiz Həsənoğludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 17 Aprel 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















