Komitə sədri Türkiyə Vəkillər Kollegiyasının İnsan hüquqları komissiyasının üzvü ilə görüşüb
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Beynəlxalq Türk Müəllifləri Birliyinin, Türkiyə Məzunu Aydınlar və İş Adamları Platformasının üzvü, Türkiyə Vəkillər Kollegiyasının İnsan hüquqları komissiyasının üzvü, “Ekmen” Hüquq və Konsalting şirkətinin rəhbəri Səidə Ekmen ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüş zamanı Komitə sədri Səidə Ekmeni əlamətdar yubileyi münasibətilə təbrik edərək, onun ictimai fəaliyyətini və hüquq sahəsindəki xidmətlərini təqdir edib. Həm Azərbaycanda, həm də Türkiyədə insan hüquqları, vəkillik və ictimai əməkdaşlıq yönündə Səidə Ekmenin göstərdiyi səyləri vurğulayan Fazil Mustafa, belə çalışmaların iki qardaş ölkə arasında hüquqi və mənəvi bağların möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.
Fazil Mustafa Səidə Ekmenə təbrik məktubunu təqdim edib. Komitə sədri həmçinin, müəllifi olduğu yeni əsərlərini - üçcildliyini də onun üçün imzalayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran mövzular, o cümlədən hüquq, vətəndaş cəmiyyəti, Türk dünyasında ictimai həmrəyliyin gücləndirilməsi və s. istiqamətində fikir mübadiləsi aparılıb.
Səidə Ekmen səmimi qəbula və göstərilən diqqətə görə Fazil Mustafaya təşəkkürünü bildirib, Azərbaycanla Türkiyə arasında dostluq və hüquqi əməkdaşlığın dərinləşməsi naminə birgə fəaliyyətin önəmini vurğulayıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Vəkillər Kollegiyasının sədri vəkilliyə namizədlər ilə görüşüb
18 Mart 2025 09:52
Vəkillər Kollegiyasının sədri Anar Bağırov şagirdlərlə görüşüb
21 Oktyabr 2025 14:45
Vəkillər Kollegiyasının bir qrup üzvü təltif edilib
28 Dekabr 2024 12:34
Vəkillər Kollegiyasının sədri vətəndaşları qəbul edib
05 Sentyabr 2025 15:19
Vəkillər Kollegiyasının sədri vətəndaş qəbulu keçirib
13 İyun 2025 15:37
Baxış sayı:90
Bu xəbər 07 Noyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















