Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir Natiq Miri

Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir Natiq Miri

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

"Paşinyana müxalif olanlar hansı partiya adı altında fəaliyyət göstərməsindən aslı olmayaq Rusiyanın maraqlarını ifadə edir"

Parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik və qarşılıqlı ittihamlar artır. Hakimiyyətlə müxalifətə yaxın qüvvələr arasında gedən mübarizə artıq təkcə siyasi mövqelər üzərindən deyil, həm də ideoloji ittihamlar və emosional mesajlar üzərindən aparılır.

Bu kontekstdə Ermənistan parlamentində hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryanın səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkir. O, rusiyalı erməni əsilli oliqarx Samvel Karapetyanı keçmiş prezident Robert Köçaryan və “Daşnaksütyun”la eyni ideoloji xətti təbliğ etməkdə ittiham edərək, bu ritorikanın cəmiyyətdə nifrət və qorxu yaratmağa hesablandığını bildirib. Fraksiya rəhbəri Samvel Karapetyanın Robert Köçəryan kimi Ermənistanda cəmiyyəti türklərə qarşı nifrətə təşviq etdiyini bildirib: “Kaluqalı oliqarx (Samvel Karapetyan) indi də “Süniki itirmək” və “türkləşmə təhlükəsi” barədə danışır. O, uzun illər Robert Köçəryan və “daşnaklar”ın təkrarladığı eyni saxta tezisləri sözbəsöz təkrar edir. Samvel Karapetyan Robert Köçəryandan daha çox “Robert Köçəryan olmağa çalışır, onun əlindən sönməkdə olan siyasi bədbinliyin çırağını almağa çalışır”. Hayk Koncoryan Samvel Karapetyanı “ideoloji cəhətdən iflas etmiş dollar milyarderi” adlandırıb və qeyd edib ki, bu, əsl dərslik nümunəsidir.

 İyunun 7-də keçiriləcək parlament seçkilərinin Ermənistanın gələcəyi baxımından taleyüklü bir proses olduğunu vurğulayan politoloq Natiq Miri Sherg.az-a bildirib ki, bu seçkinin nəticəsi erməni xalqının, Ermənistan dövlətinin gələcəyini müəyyənləşdirəcək. Onun sözlərinə görə, hazırkı baş nazir Nikol Paşinyanın qələbə qazanması Qərb dünyasının istər ABŞ, istərsə də Avropa İttifaqı ölkələri səviyyəsində Ermənistana investisiyalarını artıra bilər: 

“Bu da elmi, texnoloji, iqtisadi inkişaf deməkdir. Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir. Paşinyana müxalif olanlar hansı partiya adı altında fəaliyyət göstərməsindən aslı olmayaq Rusiyanın maraqlarını ifadə edir. Onlar hər an Ermənistan dövlətinin maraqlarını, mənafeyini satmağa hazır siyasi qüvvələr kimi hərəkət edirlər. Ermənistan cəmiyyətinin də bunu anlaması çox vacibdir”.

N. Miri qeyd edib ki, Hayk Koncoryanın səsləndirdiyi fikirlər ittiham deyil, konkret siyasi xəttə qarşı açıq mövqedir:

“Onun Samvel Karapetyanı Robert Koçəryan ilə eyniləşdirməsi göstərir ki, hakimiyyət bu ritorikanı təhlükəli və köhnəlmiş yanaşma kimi təqdim edir. O, bir tərəfdən rəqiblərini radikal və təhlükəli ideologiyanın daşıyıcısı kimi təqdim edir, digər tərəfdən isə dolayısı ilə daha praqmatik və gələcəyə yönəlmiş siyasətin vacibliyini vurğulayır”.

Politoloq hesab edir ki, müxalifətin qələbə çalıb revanş götürməsi Ermənistanda içiboş idealların yenidən dövriyyəyə buraxılması demək olacaq:

“Azərbaycan və Türkiyə ərazilərini işğal edib “dənizdən-dənizə” dövlət qurmaq nağılını və “soyqırımı” iddialarını yenidən siyasətə daşımaq gərginlikdən, yeni münaqişələrdən, Ermənistanı növbəti dəfə zərbə altında qoymaqdan başqa heç nəyə xidmət etməyəcək. Bitmiş Qarabağ məsələsini diriltmək cəhdi, yeni silahlı təxribatlar Bakını Naxçıvanla Azərbaycanın qalan hissəsi arasındakı ərazini nəzarətə götürmək məcburiyyətində qoya bilər. Bu perspektiv ermənilərin xoşuna gəlirsə, müxalifətə səs verə bilərlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Aprel 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see327

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see323

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see304

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see300

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see282

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see275

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see274

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see269

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see256

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see253

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see245

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see236

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see230

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see226

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see224

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see217

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see207

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see204

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see204

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri