Biz sülhü Paşinyanla yox, erməni xalqı ilə imzalamalıyıq AÇIQLAMA
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması məsələsi regionda davamlı müzakirə mövzusu olaraq qalır. Rəsmi Bakı dəfələrlə bildirib ki, real və dayanıqlı sülh yalnız qarşılıqlı ərazi bütövlüyünün tanınması əsasında mümkündür.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, sülh sazişinin əsas prinsipi iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanımasıdır.
Onun sözlərinə görə, hazırda Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur və bu fakt sülh sazişinin imzalanmasını mümkünsüz edir. Politoloq qeyd edib ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilmədiyi müddətdə sülh sazişinin imzalanması real görünmür:
"Ermənistan-Azərbaycan arasında sülh sazişinin mətni razılaşdırılsa da, bu, hələ sənədin imzalanması və qəbul edilməsi demək deyil. Sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfinin irəli sürdüyü əsas tələblər mütləq şəkildə yerinə yetirilməlidir.
Ermənistan Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmi şəkildə tanımaq üçün erməni xalqı arasında referendum keçirməli və Konstitusiyasında yer alan ərazi iddialarından imtina etməlidir. Azərbaycan sülh sazişini konkret siyasi fiqurla deyil, erməni xalqının iradəsi ilə imzalamağı vacib sayır.
Biz Paşinyanla sülh sazişi imzalamırıq. Biz erməni xalqı ilə sülh sazişi imzalamalıyıq. Çünki Paşinyan bu gün hakimiyyətdədir, sabah isə olmaya bilər. Sülh sazişinin real qarantı erməni xalqı olmalıdır”.
A.Məsiyev əlavə edib ki, erməni xalqı referendum yolu ilə Azərbaycan ərazilərinə dair iddialardan rəsmi şəkildə imtina etməlidir. Yalnız bu halda sülh sazişinin imzalanması mümkün ola bilər.
Həmsöhbətimiz xatırladıb ki, Ermənistanda 2026-cı ildə seçkilər keçiriləcək və Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağı sual altındadır. Onun fikrincə, növbəti seçkilərdən sonra hakimiyyətə gələcək siyasi qüvvələrin sülh sazişinin mətni ilə razılaşıb-razılaşmayacağı da ciddi risk faktorudur. Buna görə də Konstitusiya dəyişikliyi və referendum məsələsi fundamental əhəmiyyət daşıyır.
Azad Məsiyev bildirib ki, Azərbaycan tərəfi bütün bu proseslərdə “danışıq yolu ilə dinc yanaşma” prinsipini əsas tutur və bu, ölkənin xarici siyasət kursunun əsas istiqamətlərindən biridir. O qeyd edib ki, Azərbaycan Prezidentinin iradəsi ilə Ermənistanın çətin dövrlərində bu ölkəyə taxıl və yanacaq ixrac olunub:
“Qazaxıstandan və Rusiyadan Ermənistana taxıl Azərbaycanın ərazisindən daşınıb, Azərbaycan yanacağı Ermənistana satılıb. Bu, Azərbaycanın və Prezidentin dinc yanaşma prinsipinin açıq mesajıdır. Eyni zamanda bu, sülh mesajıdır”.

Azad Məsiyev: Əgər Ermənistanda avantürist dairələr öz ideyalarından əl çəkməsələr...
Onun fikrincə, erməni xalqı anlamalıdır ki, Azərbaycan tərəfi sülh və təhlükəsizlik mövqeyindən çıxış edir. Bununla yanaşı, o qeyd edib ki, bu gün Ermənistanda hələ də “Böyük Ermənistan” xülyası ilə yaşayan avantürist dairələr mövcuddur. Bu dairələrin ideologiyası Azərbaycan ərazilərinə qarşı iddialarla müşayiət olunur.
Məsiyev bildirib ki, bu ideologiyaya son qoyulmadıqca və erməni xalqının düşüncə tərzində köklü dəyişiklik baş vermədikcə, bölgədə davamlı sülhdən danışmaq çətindir. Onun sözlərinə görə, Azərbaycan xalqı Xocalı soyqırımını, 30 il ərzində torpaqların işğal altında qalmasını və qeyri-rəsmi hesablamalara görə 300 milyard dollara yaxın vurulmuş ziyanı unutmur.
Politoloq əlavə edib ki, bu gün də Azərbaycan ərazilərində minalar qalmaqdadır və bu, erməni terrorunun davam edən nəticəsidir. O, həmçinin tarixi Azərbaycan torpaqları olan Göyçə və Zəngəzurun unudulmadığını vurğulayıb.
Dediyinə görə, əgər Ermənistanda avantürist dairələr öz ideyalarından əl çəkməsələr, Azərbaycan xalqı da öz tarixi yaddaşını unutmayacaq. Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və təhlükəsizlik regionun sabitliyi və inkişafı deməkdir, lakin bölgədə bu sabitliyi istəməyən xarici güclər də mövcuddur.
Politoloq bildirib ki, bəzi Qərb dairələri Cənubi Qafqaz ölkələrindən Rusiya və İran əleyhinə istifadə etməyə çalışır ki, bu da region dövlətlərinin maraqlarına uyğun deyil. O vurğulayıb ki, Ermənistanın gələcəyi hakimiyyətə kimin gəlməsindən deyil, qonşularına – xüsusilə Azərbaycan və Türkiyəyə münasibətindən asılıdır.
Azad Məsiyev sonda qeyd edib ki, Ermənistan qonşularla dinc yanaşı yaşama prinsipini əsas götürərək Azərbaycan və Türkiyənin şərtlərini qəbul edərsə, müstəqilliyini qoruyan və inkişaf edən dövlətə çevrilə bilər. Əks halda, Ermənistanın avantürist davranışlarına Azərbaycan tərəfindən adekvat cavab veriləcək.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 30 Dekabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















