Ermənilər Ağdamda qəbirlərdən protezləri oğurlayıblar FOTO
Icma.az, Sfera.az portalına istinadən məlumat verir.
Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti altında Ağdam şəhərindəki İmarət kompleksində 2023-cü ilin mart ayından başlayaraq dayanmadan arxeoloji tədqiqatlar aparıldı. Məlum oldu ki, Ağdam şəhəri işğal olunan kimi erməni işğalçıları burada bütün qəbirlərin başdaşı və sinədaşlarını sındırıblar.
Sfera.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev deyib.
O bildirib ki, bəzi qəbirlər təmamilə qazılaraq dağıdılıb.
“XX əsrə aid bəzi qəbirlərə baş tərəfdən, qiymətli metallardan olan protezləri talan etmək məqsədilə müdaxilə olunub. Soyğunçuluq məqsədilə qəbirlərə müdaxilə, həmçinin, Ağdam Cümə məscidinin şərq divarının bayır hissəsi tərəfdə dəfn edilmiş seyidlərin qəbirlərində də müşahidə olunub”, - deyə F.Quliyev qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 İyul 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















