Icma.az
close
up
RU
Ermənilər Azərbaycan klassik bəstəkarlarının hansı əsərlərini oğurlayıblar? ARAŞDIRMA

Ermənilər Azərbaycan klassik bəstəkarlarının hansı əsərlərini oğurlayıblar? ARAŞDIRMA

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Erməni musiqiçilərinin Azərbaycan mahnılarını mənimsəmələri mütəmadi hal aldığından artıq buna alışmışıq. Odur ki, hansısa Azərbaycan mahnısı Yutub platformasında erməni müğənninin ifasında qarşımıza çıxanda daha təəccüblənmirik. “Bu da onların xislətidir” deyib keçənlər də olur, məyus olub başını bulayanlar da. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi isə hər dəfə belə hal baş verdikdə lazımi tədbirləri görür, musiqi platformalarında erməni mahnıları kimi təqdim edilən Azərbaycan müğənnilərinin əsərlərini müvafiq sübutlar təqdim edilərək platformalardan sildirir.

Bəs, görəsən, ermənilərin klassik bəstəkarları da Azərbaycan musiqi və bəstəkarlarının əsərlərinə müraciət ediblərmi?

Musiqişünas, professor Zümrüd Dadaşzadə APA-ya açıqlamasında bildirib ki, erməni bəstəkarların Azərbaycan musiqilərinə müraciət etməsinin dərin kökləri var: “Onların başında isə Komitas dayanır. Komitasın “6 rəqs havası” adlı bir toplusu var. Həmin topluda bir çox xalqın folklor nümunələri nota alınıb. Ermənilər də bəzi musiqiləri bizdən yox, həmin topludan götürdüklərini iddia edir. Deyim ki, ermənilərin mənimsəmə sistemi hiyləgərcəsinədir. Əvvəlcə bizim musiqiləri Azərbaycan musiqisi kimi, sonra xalq mahnısı kimi ifa edirlər. Özü də guya mahnının hansı xalqa mənsub olduğu bilinmir. Bir neçə müddət sonra həmin mahnını erməni xalq mahnısı kimi ifa edirlər. Yəni musiqi əvvəlcə Azərbaycan xalq musiqisi kimi təqdim edilsə də, sonradan onun mənsubiyyəti danılır, ən sonda isə erməni musiqisi kimi təqdim olunur. Mexanizm budur. Biz burda daim mübahisəyə səbəb olan Arno Babacanyanın “Vaqarşapat” rəqsi haqqında danışa bilərik. Həmin əsərdə Üzeyir Hacıbəyovun “O, olmasın, bu olsun” operettasındakı “Deyirlər ki, toy olacaq” xor parçasından istifadə olunaraq fortepiano pyesi yaradılıb. Ermənilər bildirir ki, bu musiqini Komitasın toplusundan götürüblər”.

Professorun sözlərinə görə, başqa bir nümunə Aram Xaçaturyanın “Qayani” baletində olan “Uzundərə”dir: “Mən hətta köhnə nəşrlərə də baxdım. Orda “Uzundərə” Azərbaycan musiqisi kimi yox, Zaqafqaziyada yayılmış rəqs kimi təqdim olunur. Yenə də ünvan pərdələnir. Deyirlər ki, Aram Xaçaturyanın Üzeyir Hacıbəyova məktubları var. Həmin məktubda o, “Qayani” baletini işləyərkən Üzeyir bəyin melodiyalarından istifadə etmək üçün icazə alıb. Bir sözlə ermənilər mənimsəməni mərhələli şəkildə edirlər”.

Bəstəkar Türkər Qasımzadə isə bildirir ki, ümumiyyətlə ermənilərin klassik bəstəkarlarından tutmuş ən gənc bəstəkarlarına qədər Azərbaycan musiqisindən bəhrələnmə mövcuddur: “Əsasən orta və gənc nəsil nümayəndələrində Azərbaycan muğamlarına istinadlar çox geniş vüsət alıb. Muğamlarımızdan başqa Fikrət Əmirovun estetikasına, musiqi dilinə uyğunlaşdırmaları da zaman-zaman müşahidə edirik. Sanki Azərbaycan musiqisindən bəhrələnməsələr heç nə yarada bilmirlər”.

Ermənilərin bizim musiqidən silsilə oğurluqlarının səbəbi nədir? Musiqilərin oxşarlığının burda rolu varmı?

Xalq artisti, bəstəkar Eldar Mansurov düşünür ki, ermənilərin bizim musiqiləri oğurlamaqlarının səbəbi qonşumuz olmaqlarıdır: “Bizdə yaxşı nəyi görürlərsə, o dəqiqə götürüb özünküləşdirirlər, çünki özlərində "dadlı" heç bir şey yoxdur. Bizim musiqi onların musiqisinə oxşamır. Onların musiqisi bizim musiqilərə oxşayır! Atalar misalı var: "Meşədə armudun yaxşısını ayı yeyər". Bizim musiqilər gözəldir, yadda qalandır, elə buna görə də onlar bizdən oğurlayırlar”.

Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib ki, Azərbaycana məxsus müəllif əsərlərinin və folklor nümunələrinin ermənilər tərəfindən oğurlanaraq mənimsənilməsi halları davam etməkdədir: “Əqli Mülkiyyət Agentliyi belə faktların ifşa edilməsi və onların qarşısının alınması istiqamətində mütəmadi fəaliyyət göstərir. Hər bir fakt və müraciət Agentlikdə araşdırılır, tarixi, hüquqi və etimoloji sübutlar əsasında şərh hazırlanır və bu rəy media vasitəsilə yayılır”.

Elnur Məmmədlinin sözlərinə görə, Agentliyin gördüyü müvafiq işlərin nəticəsində müxtəlif rəqəmsal platformalarda Azərbaycan müəlliflərinin hüquqlarının ermənilər tərəfindən pozulması faktları təsdiq olunur və bu hüquqlar bərpa edilir: “Yalnız keçən il Bəhram Nəsibov, Cavanşir Quliyev, Şövkət Ələkbərovaya məxsus əsərlərin ermənilər tərəfindən mənimsənilməsinin qarşısı alınıb”.

O qeyd edib ki, ermənilər Azərbaycan muğamları və xalq mahnılarından da oğurluqlar edib: “Əqli Mülkiyyət Agentliyi ermənilərin Azərbaycan müəlliflərinin əsərlərini və folklor nümunələrimizi mənimsəməsi faktlarını davamlı olaraq araşdırır. Erməni bəstəkarları A. Tiqranyan, A. Spendiyarov, A. Xaçaturyan və başqalarının musiqilərində Azərbaycan əsərlərindən mənimsəmələr var.

Azərbaycan əsərlərinin ermənilər tərəfindən mənimsənilməsi məsələləri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Erməni yadelli nağılları” kitabında geniş araşdırılıb. Həmin əsərdə qeyd edilir ki, erməni əqli mülkiyyət oğurluğu yalnız Azərbaycan musiqisini, rəqslərini və mahnılarını əhatə etmir. Onlar böyük formada əsər yaradarkən də Azərbaycan əsərlərinə müraciət etmişlər. Məsələn, erməni bəstəkarı A. Tiqranyan özünün “Anuş” operasında klassik Azərbaycan muğamlarını təkrarlayıb. “Almast” ilk erməni operasının müəllifi A. Spendiyarov həm “Novruz ərəbi”, “Heydəri” Azərbaycan xalq melodiyalarından, həm də Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasının mövzusundan istifadə edib. O, türk-Azərbaycan musiqi ənənəsinə söykənərək və Üzeyir Hacıbəyovun musiqisinin təsiri altında erməni operası olan “Almast”ı yaradıb. Kamran İmanov tarixi dəlillər əsasında qeyd edir ki, bu faktlar hətta erməni müəlliflərinin əsərlərində də etiraf olunur. XIX əsrin məşhur erməni xadimlərindən olan M. Nalbandyan yazırdı ki, erməni “melodiya və havalarının çoxu türklərdən (azərbaycanlılardan) götürülüb”.

Məşhur ədəbiyyatşünas S. Palasanyan 1868-ci ildə özünün “Erməni melodiyaları” kitabında etiraf edirdi ki, “...ümumiyyətlə, biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik...”.

X. Abovyan ermənilərin yalnız türkcə (Azərbaycanca) oxumalarının səbəbini onların “mahnı ilə dastanları”nın olmaması ilə izah edirdi. A. Brutyan isə “ən məşhur erməni muğam ifaçıları”nın Bakıdan və Şuşadan çıxdıqlarını yazıb.

Əməkdar incəsənət xadimi, musiqişünas Zemfira Qafarova isə hesab edir ki, ermənilərin öz musiqiləri olmadığı üçün musiqi alətlərini belə bizdən oğurlayıblar: “Biz neçə illərdir onlara heç nə demirik, indi başlamışıq ki, erməni musiqilər bizimdir, tar bizimdir, kamança bizimdir. Belə məsələləri qaldırmaq üçün gecikmişik. Təbii ki, erməni bəstəkarları Azərbaycan musiqisindən, eləcə də bəstəkarlarımızdan qidalanırlar, bundan sonra da qidalanmağa davam edəcəklər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Fevral 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see276

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see131

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see124

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see123

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see122

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri