Icma.az
close
up
RU
Ermənilər atəşkəsi pozub, ondan sui istifadə etməyə çalışırlar

Ermənilər atəşkəsi pozub, ondan sui istifadə etməyə çalışırlar

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Tofiq Zülfüqarov
“Azərbaycan və ABŞ rəsmiləri arasında təmaslar olsa da, bu, uzunmüddətli deyil. Şəxsən mən, görüşdən sonra ABŞ tərəfinin açıqladığı məlumata baxdıqda hiss edirəm ki, bunu köhnə komandadan qalan şəxslər hazırlayıblar. Məsələn, ABŞ tərəfi qeyd edib ki, saxlanılan şəxslər azadlığa buraxılmalıdır. Söhbət Qarabağda bir zamanlar separatçılıqla məşğul olmuş və cinayət törətmiş şəxslərdən gedir. Hansıki hazırda Bakıda onların məhkəmə prosesi davam etdirilir”.
Bunu “Reytinq” qəzetinə Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts ilə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev arasında baş tutan müzakirəni, ümumiyyətlə, son zamanlar ABŞ-Azərbaycan əlaqələrini şərh edərkən deyib.
Sabiq nazir bir daha qeyd edib ki, ABŞ prezidentinin müşavirinin açıqlamasını sanki onun ofisində əvvəlki komandadan qalma mütəxəssislər hazırlayıblar: “Belə qənaətə gəlmişəm ki, müşavirin açıqlamasında qeyd edilən fikirlər sanki təkrarlanan erməni diasporasının tezisləridir”.
Zülfüqarov bu konteksdə Ermənistan baş naziri Nikol Paşinyanın tələsik Rusiya, Fransa və İran prezidentlərinə Azərbaycanla danışıqlarda əldə edilən razılaşma barədə məlumat verməsi və buna paralel olaraq şərti sərhəddə atəşkəsin pozulmasını qiymətləndirib: “Bu da əvvəllər dediyim məsələdir, belə görüntü yaradılır ki, guya Azərbaycan və Ermənistan arasında hər şey razılaşdırılıb, qalan məsələlər yoxdur.
İkincisi, Ermənistanda yaxşı başa düşürlər ki, Azərbaycan Ordusu çox güclüdür və onunla müharibə apara bilməzlər. Bu halda niyə atəşkəsi pozub, gərginlik yaradırlar? Məncə, bilirlər ki, Ermənistan indi Donald Trampın gündəliyində yoxdur. Ancaq erməni diasporasına belə nüanslar lazımdır ki, bu amildən istifadə etsin. Yəni, həmişə olduğu kimi ermənilər yenə ikitərəfli oynayırlar”.
Onu da qeyd edək ki, son günlər Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqeləri atəşə tutur. Bu gün saat 08:55 radələrində də ordumuzun mövqeləri atəşə məruz qalıb.
Y. QACAR
Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://reyting.az
archiveBu xəbər 18 Mart 2025 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri