Ermənilər bunu sənədə sonradan əlavə edib Bişkek protokolu haqda ilginc FAKT
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
“Bişkek protokolu sayəsində atəşkəs əldə olunmayıb. Proses belə baş tutmadı”.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Həsən Həsənov İctimai TV-də yayımlanan “Təmas Xətti”ndə deyib.
“Bişkek protokolunun tək vacib mahiyyəti sülhməramlı qüvvələrin Rusiyanın nümunəsində iştirakı idi. BMT-də Ermənistan iki dəfə məsələ qaldırdı, deyirdi ki, sülhməramlı qüvvələr BMT tərəfindən formalaşsın. Amma biz bunu imzalamaq istəmədik, çünki ordu tam formalaşmamışdı və qüvvələrimiz yox idi. Heydər Əliyev hələ prezidentliyinin bir ilini belə tamamlamamışdı, sülhməramlı qüvvələr gələrsə, hakim rolda olacaqdılar.
Bişkek protokolu reallaşmadı. Atəşkəs yalnız Azərbaycanın və Ermənistanın hesabına əldə olundu – heç bir üçüncü tərəf sülhməramlı qüvvə iştirak etmədi. Heydər Əliyev bununla fəxr edirdi və deyirdi ki, “10 ildir atəşkəsi sülhməramlı qüvvələr olmadan qoruyuruq”. Ermənilər isə istəyirdilər ki, bölgəyə Rusiya qoşunları sülhməramlı adı altında gəlsin.
Bir müddət sonra Minsk qrupunun sədri gəldi, Heydər Əliyevi vəziyyətin ağır olduğunu inandırdı və atəşkəsin zəruri olduğunu məsləhət gördü. Ölçüb-biçəndən sonra Heydər Əliyev razılaşdı. Kağız hazırlandı, iki imza qoyuldu – Azərbaycan müdafiə naziri və Ermənistanın müdafiə naziri. Bu sənədi həmin sədr Ermənistana aparanda, ermənilər yayımladılar ki, guya bu 3 tərəfli sazişdir. Sənədin aşağı hissəsində boş yer qalmışdı və onlar ora Dağlıq Qarabağın adını əlavə edərək imzaladılar. Bizdə isə bu sənədin nüsxəsi olmadığı üçün onu tanımırıq, çünki bizim sənədimizdə yalnız iki imza var idi”, – H.Həsənov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 04 Noyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















