Icma.az
close
up
RU
Ermənilər İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar

Ermənilər İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfərlərinin intensivləşməsi birmənalı olaraq bu ölkənin hərbiləşdirilməsinə, silahlandırılmasına xidmət edir. Papikyan fransalı həmkarı Sebastian Lekornu ilə görüşdə iki ölkə arasındakı əvvəlki razılaşmaların həyata keçirilməsinin və yeni razılaşmaların imzalanmasının əhəmiyyətini vurğulayıb. Fransalı nazir də öz növbəsində ölkəsinin ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə sadiq qalacağını bildirib. Papikyan və Lekornu əməkdaşlığın uzunmüddətli və institusional əsasda qurulduğunu bəyan ediblər. Bu da o deməkdir ki, iqtidarlar dəyişsə də, lakin Fransa-Ermənistan hərbi əməkdaşlığı davam edəcək.
Sözügedən səfərlər çərçivəsində əldə edilən nəticələrdən və Fransa prezidenti Emmanuel Makronun son addımlarından da görünən budur ki, Ermənistan artıq tam olaraq Fransanın və Avropa İttifaqının (Aİ) patronajlığı altına keçir. Fransanın Ermənistanı açıq şəkildə silahlandırması, Aİ-nin isə dırnaqarası "Sülh Fondu"ndan Ermənistanın hərbi sahədə gücləndirilməsi üçün maliyyə vəsaiti ayırması Qərbin Cənubi Qafqazda növbəti hərbi eskalasiyaya hazırlaşmasından xəbər verir. Burada Ermənistanın müdafiə məqsədilə silahlandırılmasından hər hansı söhbət belə gedə bilməz. Çünki Fransanın Ermənistana verdiyi silahlar müdafiə yox, hücum xarakterli öldürücü silahlardır. Bu məqamı Azərbaycan Prezidenti İlham Əliyev də “Rossiya Seqodnya” Agentliyinin baş direktoru və “Rossiya-1” televiziya kanalınının aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə xüsusi olaraq vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır: "Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik".
Sözsüz ki, Azərbaycan Ermənistanın sürətlə silahlanmasına seyrçi gözüylə yanaşa bilməz. Ermənistanın sözügedən ölkələr tərəfindən ardıcıl surətdə silahlandırılması Azərbaycanda ciddi narahatlıq doğurur. Bu da təbiidir. Çünki Ermənistanla sərhədə yaxın yerləşən yaşayış məntəqələrininə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Onların təhlükəsizliyinin təmin edilməsi bizim üçün prioritetdir. Bu mənada biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Rəsmi Bakı bununla bağlı dəfələrlə öz narahatlığını Fransa hökumətinin və Birləşmiş Ştatların rəhbərliyinin diqqətinə çatdırıb.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir: "Biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın".
Təbii ki, Ermənistanın sürətlə silahlandırılmasının müqabilində Azərbaycan da müəyyən adekvat tədbirlər görməyə davam edir. Belə ki, ilkin cavab tədbiri kimi Azərbaycan 2025-ci il üçün hərbi büdcəsini artırıb. Bu isə qalib Ordumuzu ən müasir silahlarla təchiz etməyə imkan verəcək. Lakin rəsmi İrəvan bunu da bilməlidir ki, hazırkı silahlanma Ermənistanı növbəti fəlakətə sürükləyir. Prezidentin bəyan etdiyi kimi, Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək. Heç bir qüvvə və heç bir silah Ermənistanı labüd məğlubiyyətdən xilas etməyəcək. Əlbəttə, Fransa Ermənistanın xilaskarı rolunda çıxış edə bilər, lakin xilaskar ola bilməz. Ona görə də ermənilər İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Dekabr 2024 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri