Icma.az
close
up
RU
Ermənilər Krasnodarda İkinci Qarabağ yaradır

Ermənilər Krasnodarda İkinci Qarabağ yaradır

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Rusiyanın Krasnodar diyarı uzun illərdir erməni diasporunun ən sıx məskunlaşdığı bölgələrdən biri kimi tanınır. Rəsmi siyahıyaalmada ermənilər ruslardan sonra diyarda ən böyük etnik qrupdur. 2021-ci il siyahıyaalmasına görə Krasnodarda 211 mindən çox erməni yaşayır və onların payı 3,62 faiz təşkil edir.

Lakin burada diqqət çəkən məqam yalnız rəqəm deyil. İllərdir erməni icması tərəfindən real sayın rəsmi statistikadan xeyli yüksək olduğu barədə müxtəlif rəqəmlər səsləndirilir. Məsələn, Rusiyadakı erməni icmasının bəzi nümayəndələri əvvəlki illərdə Krasnodar vilayətində 1 milyon erməninin yaşadığını iddia ediblər.

Krasnodarın ermənilər üçün cəlbedici olmasının səbəblərindən biri burada formalaşmış tarixi icmadır. Bölgədə ermənilərin məskunlaşması yeni proses deyil. Hətta sovet dövründə burada ayrıca Erməni Milli Rayonu mövcud olub. Rayon 1925-ci ildə yaradılıb, əsasən ermənilərin yaşadığı əraziləri əhatə edib və 1953-cü ildə ləğv olunaraq ərazisi qonşu rayonlar arasında bölüşdürülüb.

Başqa sözlə, bugünkü Krasnodar erməni diasporu üçün sadəcə yeni yaşayış məkanı deyil. Burada tarixən formalaşmış kəndlər, ailə əlaqələri, dini və ictimai institutlar mövcuddur. Bölgədə erməni kilsələri və müxtəlif milli-mədəni təşkilatlar da fəaliyyət göstərir. Son illərdə bu mənzərəyə daha bir amil əlavə olunub - Qarabağdan könüllü şəkildə köçən ermənilər. Qarabağdan köçən ermənilərin bir hissəsinin Rusiya ilə əvvəldən mövcud olan ailə və qohumluq əlaqələri var. Xüsusilə, Krasnodar, Soçi və digər Rusiya şəhərlərində yaşayan qohumların olması yeni gələnlər üçün məhz bu bölgəni potensial məskunlaşma istiqamətinə çevirib.

Bu, diaspor miqrasiyasında klassik mexanizmdir: artıq müəyyən icmanın formalaşdığı əraziyə yeni gələnlər üçün yaşayış, iş, sosial əlaqələr və qohum dəstəyi tapmaq daha asan olur. Beləliklə, ayrı-ayrı ailələrin köçü zamanla daha kompakt məskunlaşmaya çevrilə bilər. 2023-cü ildən sonra Qarabağdan köçən ermənilərin bir hissəsinin Rusiyanın cənubuna, o cümlədən Krasnodar istiqamətinə yönəlib. 2026-cı ildə isə müxtəlif erməni mənbələri Qarabağdan köçənlərin Rusiya ilə əlaqələrini və bu icmaların dəstək mexanizmlərini ayrıca qeyd ediblər.

Krasnodardakı erməni icmasının diqqət çəkən başqa xüsusiyyəti onun yalnız say baxımından deyil, iqtisadi və ictimai baxımdan da təşkilatlanmasıdır. Müxtəlif araşdırmalarda ermənilərin bölgədə biznes strukturlarında fəal olduğu, milli-mədəni təşkilatların və dini icmaların fəaliyyət göstərdiyi qeyd edilir. Bu vəziyyət Rusiya cəmiyyətində bəzi dairələrdə “Krasnodarda erməni icmasının xüsusi təsiri” barədə müzakirələrə səbəb olur. Bununla yanaşı, Aroyan, Silikyan və Movsesyan kimi ayrı-ayrı ailələrin və biznes qruplarının bölgədə yüz minlərlə və hətta milyonlarla hektar torpağa sahib olması barədə internetdə yayılan iddialar mövcuddur. 

Krasnodarla bağlı ən mübahisəli iddialar isə məsələnin gələcək siyasi perspektivi ilə bağlıdır. Bəzi erməni millətçi dairələri, bölgədə kök salmış "Daşnaksütyun" partiyasının üzvləri Krasnodarın “ermənilərin tarixi məskunlaşma ərazisi” kimi təqdim edilməsinə, keçmiş Erməni Milli Rayonunun xatırladılmasına və bölgədə erməni icmasının gələcəkdə daha da güclənməsinə çağırış edir. Bu yanaşmalar bəzən daha irəli gedərək Krasnodarda keçmiş milli rayon modelinin bərpası və hətta bölgənin gələcək siyasi statusunun dəyişdirilməsi ilə bağlı istəklərə qədər uzanır. Eyni şəkildə, bölgədə ermənilərdən ibarət silahlı və ya “hərbiləşdirilmiş” dəstələrin fəaliyyət göstərməsi barədə yayılan görüntülər də Rusiya xüsusi xidmət orqanları tərəfindən yoxlanılmalıdır.

Beləliklə, Krasnodardakı mənzərəni yalnız etnik statistika ilə izah etmək mümkün deyil. Burada yüzillik miqrasiya tarixinin, sovet dövründən qalan məskunlaşmanın, güclü qohumluq əlaqələrinin, diaspora institutlarının və son illərdə Ermənistan və Azərbaycanın Qarabağ bölgəsindən köçlərin üst-üstə düşməsi müşahidə olunur. Bu tendensiya davam edərsə, Krasnodar və Soçi istiqamətinə yerləşməyə davam edərsə, bu, bölgədəki demoqrafik və sosial prosesləri daha da gücləndirə bilər.

Rusiyanın Ukrayna ilə müharibədə ciddi itkilər verdiyini, daxildə sosial və siyasi narazılığın artdığını da nəzərə aldıqda, Krasnodar diyarında erməni millətçilərinin silahlı çıxışı və bölgəni "İkinci Qarabağ"a çevirmək cəhdi rəsmi Moskva tərəfindən nəzərə alınmalı faktdır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Sentyabr 2026 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri