Icma.az
close
up
RU
Ermənilər payını aldı Abxaziyada baş nazir müavini postu...

Ermənilər payını aldı Abxaziyada baş nazir müavini postu...

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Qondarma seçkilərin hər iki turunda regiondakı bütün ermənilər rusiyapərəst namizəd Badra Qunbaya səs vermişdilər

Erməni icmasının nümayəndəsi Varazdat Minosyan qondarma Abxaziya respublikasının baş nazirinin müavini təyin edilib. Müvafiq sərəncamı Abxaziya “prezidenti” Badra Qunba imzalayıb. Bundan əvvəl Varazdat Minosyan Abxaziya İctimai Palatasının üzvü olub.

Martın 1-də qondarma “Abxaziya respublikasında” növbədənkənar “prezident seçkiləri”nin ikinci turunda gözlənildiyi kimi, Rusiyanın dəstəklədiyi namizəd Badra Qunbanın qalib gəldiyi elan olundu.

Qunba fevralın 15-də keçirilmiş ilk turda 100 min seçicidən 46 minin səsini toplamışdı, onun əsas rəqibi, hökumətə qarşı etirazların lideri Adqur Ardzinba isə 37% səs toplamışdı.

Seçkilər ilk turu ümumi inamsızlıq şəraitində keçdi, hakimiyyət xaricdəki abxaz diasporları üçün üç seçki məntəqəsi açmalı idi, lakin Sakarya şəhərindəki türk seçki məntəqəsi izahat verilmədən bağlandı (ən böyük abxaz icması Türkiyədə yaşayır) və Rusiyanın Çerkesskdəki seçki məntəqəsində isə qanun pozuntuları aşkar edildi.

İkinci turda Qunba 56, Ardzinbanın isə 42 faiz səs qazandı. Maraqlıdır ki, hər iki turda qondarma respublikanın bütün ermənilərinin rusiyapərəst namizəd Badra Qunbaya səs verdikləri məlum olub. Yerli medianın məlumatda bildirilirdi ki, Abxaziyada yaşayan 20 minə yaxın erməni Kremlin namizədini seçib. Erməni icmasının kütləvi olaraq bir namizədə səs verməsi haqlı suallar doğurub. Bəllidir ki, ermənilərin bütün dünyada, o cümlədən Rusiyada böyük diasporu var. Ermənilərin yekdil səs verməsi ona göstərib ki, Moskvadan Qunbaya səs verilməsi tapşırığı verilib.

Ekspertlər Soçidə yaşayan Abxaziya pasportu olan “Robson” ləqəbli Ruben Tatulyanın da bu işə qoşulduğunu, erməni icmasına Rusiyanın namizədinə səs verməyə təhrik etdiyi deyilir. O da bəlli olub ki, seçki dövründə erməni kəndlərində yollar çəkibilər, transformatorlar quraşdırıblar.

Abxaziyada seçkilərə hələ iki həftə qalmış Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko Suximidə peyda olmuşdu. Kiriyenko “Rusiya Abxaziya xalqının istənilən seçimini qəbul edəcək” desə də, Moskvanın öz namizədi olduğu bəlli idi, bunu PA rəsmisinin Badra Qunba ilə görüşü də təsdiqləmişdi. Badra Qunba hələ noyabr ayında kütləvi etirazlar fonunda istefa verməyə məcbur olmuş “prezident” Aslan Bjaniyanın komandasında işləyirdi, “prezident” səlahiyyətlərini icra edirdi.

Yada salaq ki, 1993-cü il iyulun 27-də Soçidə Rusiyanın vasitəçiliyi ilə Abxaziyada atəşkəs haqqında üçtərəfli sülh sazişi imzalanmışdı. Sənəd gürcü qoşunlarının çıxarılmasını və qeyri-qanuni abxaz birləşmələrinin ləğvini, beynəlxalq müşahidəçilərin və sülhməramlıların bölgəyə gətirilməsini, habelə münaqişənin tam miqyaslı nizamlanması üzrə BMT-nin himayəsi altında danışıqların aparılmasını nəzərdə tuturdu. Lakin separatçılar və Kreml razılaşmanı pozaraq bütün Abxaziyanı ələ keçirdilər və gürcü əhalisinə qarşı amansız etnik təmizləmə apardılar. Separatimzə son qoymaq cəhdi isə 2008-ci ilin avqustunda Gürcüstana baha başa gəldi, Rusiya separatçı bölgələri müstəqil “dövlət”kimi tanıdı, bu gün də Gürcüstanın hər iki bölgəsi Moskvanın “effektiv nəzarəti” altındadır. \\Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 Aprel 2025 00:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri