Ermənilər Qarabağda buranı döyüş mövqeyi kimi istifadə edibmiş
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurda yerləşən 68 tarix və mədəniyyət abidəsi tamamilə dağıdılıb, 114 abidə isə genişmiqyaslı dağıntıya məruz qalıb.
Axar.az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Modern.az-a 434 abidəyə dəymiş maddi zərərin hesablandığı bildirilib.
Hesablamalara əsasən, həmin abidələrə ümumilikdə 700 milyon 154 min manat zərər vurulub.
Dövlət Xidmətinin məlumatına görə, 30 ilə yaxın davam etmiş işğal dövründə Azərbaycanın mədəni irsinə ağır zərbə vurulub. Abidələrin bir hissəsi tamamilə dağıdılıb, digərləri vandalizmə məruz qalıb və müxtəlif səviyyədə zədələnib.
İnventarlaşdırma zamanı islam dini abidələrinin dağıdıldığı, təhqir edildiyi və bəzi hallarda tövlə kimi istifadə olunduğu müəyyənləşdirilib.
İşğaldan azad edilmiş ərazilərdə dövlət qeydiyyatında olan 9 türbə, 3 qəbiristanlıq və 7 məscid tamamilə dağıdılıb. Bundan başqa, 25 məscid, 14 türbə və 2 sərdabə müxtəlif həcmdə dağıntıya məruz qalıb.
Vandalizm xristian dini abidələrindən də yan keçməyib. Xocavənd rayonundakı iki məbədin işğalçı qüvvələr tərəfindən döyüş mövqeyi kimi istifadə edildiyi, bəzi abidələrin divarlarına kiril və erməni əlifbaları ilə müxtəlif yazıların həkk olunduğu müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 22 Sentyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















