Icma.az
close
up
RU
Erməniləri Qarabağa o qaytaracaq? TƏHLÜKƏ

Erməniləri Qarabağa o qaytaracaq? TƏHLÜKƏ

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Ordusunun cəhənnəmlik etdiyi oyuncaq rejimin “təhlükəsizlik şurası”nın keçmiş “katibi” Vitali Balasanyan təzədən xortlayıb. Azərbaycan türməsinin “darıxdığı” bu qatil Rusiya prezidenti Vladimir Putinə açıq məktubla müraciət edərək, ondan ermənilərin Qarabağa qayıdışı üçün kömək istəyib.

Müharibə canisi bu il faşist Almaniyası üzərində qələbənin 80-ci ildönümünü xatırladaraq, “erməni xalqının da böyük və ümumi qələbəyə öz qəhrəmanlıq töhfəsini verdiyini” və guya həmin müharibədə iştirak eləmiş hayların 90 min nəfərinin “artsax”dan olduğunu iddia edib. Halbuki o vaxt (1941-1945) Qarabağda uşaqlı-qadınlı-qocalı heç o qədər erməni yaşamayıb.

“Bu gün Qarabağ erməniləri öz tarixi vətənlərindən məhrumdur. Hesab edirik ki, bu ədalətsiz prosesi rus xalqı və Rusiya dövləti dəyişdirə bilər. Əsrlər boyu Rusiya imperiyası dəfələrlə erməni xalqına öz tarixi vətənində öz kimliyini və dövlətçiliyini qoruyub saxlamaq imkanı verib”, - deyə Balasanyan hiyləgərcəsinə Putinin ürəyinə girməyə çalışıb...

Erməni canisinin təlaşı anlaşılandır. Qarabağdan könüllü getmiş bir ovuc əhalinin geri dönüşü ildən-ilə çətinləşir. Məlumatlara görə, onların əhəmiyyətli bir hissəsi artıq üçüncü ölkəyə çıxıb gedib. Bu isə separatçılıq üçün ciddi “xammal” çatışmazlığı deməkdir.

Üstəlik, razılaşdırılmış sülh sənədi layihəsində rəsmi İrəvanın ciddi cəhdlərinə rəğmən, Qarabağın heç “Q”-sı da yoxdur. Yəni orada separatçı ünsürlərin qayıdışı ilə bağlı hər hansı bənd, öhdəlik mövcud deyil. Bakı haqlı olaraq, məsələni Qərbi azərbaycanlıların Ermənistana geri dönüş hüququ ilə birgə baxılması tələbi şəklində qoyur - 50:50-yə, “güzgü prinsipi” üzrə...

Rusiyanın “Qafqaz qaraçıları”nın Qarabağda, digər qədim Türk torpaqlarında nə vaxt, necə və hansı məqsədlə yerləşdirdiyi də bəlli. Həmçinin, çörəyi dizi üstdə olan bu bədnam toplumun “xilaskar” rusa, Rusiyaya nankorluğu da eləcə.

Amma xain qəbilə heç cür anlamaq istəmir ki, başına gələn bunca faciə-müsibətlərin tək səbəbi məhz qapıbir qonşuları qoyub uzaq havadarlara bel bağlamasıdır. Daha betəri, sonuncuların əlində qonşulara qarşı uzun illər alət, maşa rolu oynamasıdır...

Putinə müraciətə gəlincə, yəqin ki, o, Qarabağı tərk etmiş icma ilə bağlı nəsə etməyə çalışacaq. Ancaq ermənilərə “platonik” sevgisinə görə yox, sırf Rusiyanın imperialist maraqlarına görə. Yeri gəlmişkən, Putin bu günlərdə ilk dəfə öz evini mediaya göstərib. Və orada kimin portreti olsa yaxşıdır? O nə Leninindir, nə də Stalinin, III Aleksandrındır! Aydın oldumu?

O ki qaldı ermənilərin nə vaxtsa Qarabağa dönüşünün mümkünlüyünə, dünyanı bezdirmiş həyasız məxluqat üçün təkrarlamaqda fayda var. Əvvəla, Azərbaycan artıq banan ölkəsi, sərhəd qapımız da “karvansara qapısı” deyil. Bakı qayıdışın əsas şərtlərini çoxdan bəyan edib. Bundan ötrü xüsusi portal da yaradılıb.

Öncə könüllü köç edənlərin içindən ağır cinayət törətməyənlər və həqiqətən Qarabağda doğulanlar konstitusiyamızı tanımalı, bayrağımızın altından keçməlidirlər, buna paralel, təhlükəsizlik qarantını hansısa başqa dövlətdən və ya beynəlxalq təşkilatlardan yox, Azərbaycandan istəməlidirlər. Cinayət törədənlərin isə ən yaxşı halda yeri Şuşa həbsxanası ola bilər...

Azərbaycanın beynəlxalq hüquqdan və ilahi ədalətdən doğan bu legitim şərtlərini nə Putin, nə də Tramp dəyişə bilər. Yaxşı olar, haylar bunu qulaqlarında sırğa eləsinlər!

Rusiya prezidenti erməniləri Qarabağa qaytaran idisə, onların getməsini əngəlləyərdi. Putinə yox, Azərbaycan Prezidentinə yalvarın, tövbə edin ki, bəlkə bir şey alına...

Z.SƏFƏROĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 May 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri