Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Tramp erməniləri Qarabağa qaytarmaq vədi ilə bağlı real iş görəcəkmi?

Tramp erməniləri Qarabağa qaytarmaq vədi ilə bağlı real iş görəcəkmi?

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“O və komandası da dərs almalıdırlar ki, Azərbaycanla heç kəs diqtə ilə danışa bilməz. Əgər doğrudan da regionda dərin təsir imkanlarına malik olmaq istəyirlərsə, Azərbaycanla hesablaşmalı, onun mövqeyini qəbul etməlidirlər. Məsələ belədir. Və hesab edirəm ki, Tramp özü bu reallığı başa düşəcək və ona uyğun hərəkət edəcək...”

“...Ermənilərin Qarabağa qaytarılmasının Birləşmiş Ştatlar və Rusiyanın, heç Fransanın da marağında olmaması da mümkündür. O mənada ki, Qarabağdan ermənilərin çıxarılmasını “etnik təmizləmə” kimi təqdim etməklə məqamı gəldikcə Azərbaycana siyasi və s. təzyiqlər göstərmək hər üç ölkə üçün sərfəlidir. Onlara sərfəlidir ki...”.

Məlum olduğu kimi, ikinci dəfə ABŞ prezidenti seçilmiş Donald Tramp seçkiqabağı sosial şəbəkə paylaşımlarında Azərbaycanı faktiki Qarabağda etnik təmizləmədə suçlayırdı və deyirdi ki, mən Azərbaycanla Ermənistan arasında sülh sazişi bağladacam, amma ermənilərin Qarabağa qaytarılmasına da nail olacam... Görəsən, bu, sadəcə, seçkiqabağı bir təbliğat tezisi idi, yoxsa, 2025-ci ilin yanvarından fəaliyyətə başlayacaq yeni Amerika prezidentinin, doğrudan da, reallıqda ermənilərin Qarabağa qaytarılması üçün hansısa vasitələrlə Azərbaycana təzyiq etməsi mümkündür?

AZVP sədri Akif Nağı Moderator.az-a açıqlamasında mövzu ilə bağlı fikirlərini belə ifadə edib:

“Ermənilərin Qarabağa qaytarılmasıyla bağlı proses gedir. Azərbaycan əvvəldən də bildirib ki, biz erməniləri öz torpaqlarımızdan məcburi şəkildə çıxarmamışıq. Və Azərbaycanın şərtləri daxilində, Azərbaycan qanunlarını, ölkə vətəndaşlığını qəbul etməklə indi də geri qayıda bilərlər. Azərbaycanın mövqeyi bundan ibarətdir. Bilirsiz ki, 2020-ci ilin 44 günlük savaşından sonra ABŞ çox fəal şəkildə Qarabağda qalan ermənilər üçün xüsusi bir status tələb edirdi. Rəsmi Bakı heç o dövrdə də belə fikirləri nəzərə almadı. İndən belə isə ermənilər, dediyim kimi, Azərbaycanın qanunları, şərtləri çərçivəsində Qarabağa qayıda bilərlər. Onlar isə bunu istəmir, özləri üçün xüsusi bir status arzusundadırlar. Və mən hesab edirəm ki, mövcud reallıqda ermənilərin geri qayıtması qeyri-mümkündür. Amerika da, Rusiya da bunu yaxşı başa düşür. Bununla belə, həm Vaşinqton, həm də Moskva regionda güclənmək və ya buraya gəlmək, həmçinin ərazilərindəki erməni diasporu və ya lobbisi ilə münasibətləri nizamlamaq məqsədi ilə hərdən ermənilərin Qarabağa qaytarılması məsələsini gündəmə gətirməyə çalışırlar. Lakin yenə də hər iki dövlət rəsmi Bakının mövqeyini bilir. Həm də gerçəkiyi də dərk edirlər ki, ermənilər Azərbaycanın şərtlərini yerinə yetirərək Qarabağa qayıtmaq iqtidarında deyil. Artıq Qarabağdan köçmüş ermənilər Ermənistandan da xaricə köçməkdə və müxtəlif ölkələrdə vətəndaşlıq, oturum almaqdadırlar. Paşinyan hökuməti də onları Ermənistan vətəndaşlığını qəbul edərək ölkədə qalmağa həvəsləndirir...

Digər tərəfdən, ermənilərin Qarabağa qaytarılmasının Birləşmiş Ştatlar və Rusiyanın, heç Fransanın da marağında olmaması da mümkündür. O mənada ki, Qarabağdan ermənilərin çıxarılmasını “etnik təmizləmə” kimi təqdim etməklə məqamı gəldikcə Azərbaycana siyasi və s. təzyiqlər göstərmək hər üç ölkə üçün sərfəlidir. Onlara sərfəlidir ki, mütəmadi bu mövzuda müxtəlif bəyanatlar versinlər, 27 sentyabr, 19-20 sentyabr tarixlərində ermənilərin vasitəsilə ölkəmizə qarşı müxtəlif yerlərdə tədbirlər, etiraz aksiyaları keçirsinlər. Və s. Bir sözlə, böyük dövlətlər, qlobal güclər üçün ermənilər, “erməni məsələsi” daha çox bu mənada maraqlıdır...

Ermənilərin də, təəssüf ki, ağılları tam yerinə gəlməyibdir. Qlobal güclər 100 ildən çox onlardan- Türkiyəyə qarşı qondarma “1915-ci il soyqırımı”ndan istifadə etdilər. Və həmin prosesin Ermənistan və ümumiyyətlə, erməni toplumu üçün heç bir faydası da olmadı. Əksinə, zaman-zaman ayrı-ayrı iri dövlətlər Türkiyəni zəiflətmək üçün müxtəlif terrorçu erməni qruplaşmalarından istifadə etməklə ermənilərin, Ermənistanın özünü Qarabağ məsələsində Azərbaycana münasibətdə olduğu kimi, qonşularıyla üzbəüz qoyaraq dünyadan təcrid elədi və həm siyasi, həm də iqtisadi cəhətdən tam asılı duruma saldı. İndi də, çox güman ki, Qarabağdan köçmüş ermənilərdən, dediyimiz kimi, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edəcəklər...

Ermənilər geri qayıtdıqları halda isə artıq Azərbaycan dövlətinin nəzarəti altında olmalı, onun qanunları çəriçəvisində davranmalıdırlar. Bu da nə Qərbə, nə də Rusiyaya sərf edir. Çünki o halda erməniləri bir alət kimi itirirlər...

Vurğuladığımız mənalarda Trampın erməniləri Qarabağa qaytarmaq vədi də real görünmür. İndi, gözləyək, hakimiyyətə gəlsin, görək real siyasəti nədən ibarət olacaq. Hələ özü və komandası keçmiş prezidentlik dövrünü ciddi təhlil etməlidirlər ki, hansı səhvləri nəticəsindən onlar 2020-ci ildə ikinci dəfə hakimiyyətə gələ bilmədilər. Görünür, bunun bir səbəbi də Trampın söz verib yerinə yetirə bilmədiyi qeyri-real vədləri, emosional çıxışları, qeyri-adekvat davranış və addımları olub. Bunlar üzərində düşünməli və beynəlxalq siyasətlərində, o cümlədən Cənubi Qafqaz, Azərbaycan və Ermənistanla bağlı siyasətlərində də ciddi dəyişiklik etməlidirlər. Eyni zamanda gözləri qabağında Bayden administrasiyasının da yanlış siyasət yeritdiyini, açıq ermənipəst mövqe tutmasını da nəzərə almalıdırlar. Dərk etməlidirlər ki, Bayden hökuməti bu yanlış siyasətinin bədəlini ödədi. Azərbaycana heç nə edə bilmədilər və o, geri çəkilmədi. Bu baxımdan Tramp və komandası da dərs almalıdırlar ki, Azərbaycanla heç kəs diqtə ilə danışa bilməz. Əgər doğrudan da regionda dərin təsir imkanlarına malik olmaq istəyirlərsə, Azərbaycanla hesablaşmalı, onun mövqeyini qəbul etməlidirlər. Məsələ belədir. Və hesab edirəm ki, Tramp özü bu reallığı başa düşəcək və ona uyğun hərəkət edəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Noyabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see352

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see293

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see268

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see265

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see234

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see231

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see217

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see204

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see200

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see195

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see183

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see181

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see181

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see138

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see138

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see131

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see130

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see128

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri