Icma.az
close
up
RU
Erməniləri səsgücləndirici ilə aldadan mayor Xocalının taleyi necə dəyişdi?

Erməniləri səsgücləndirici ilə aldadan mayor Xocalının taleyi necə dəyişdi?

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi Əlif Hacıyevin doğum günüdür.

Kulis.az Məcid Rəşadətoğlunun onun haqqında yazısını təqdim edir.

1992-ci il... 26 fevral... Kətik meşəsi... Saat gecə yarısını göstərir. Ancaq onlar üçün zaman, sanki donub, saatın əqrəbləri də can çəkir... Qarqar çayını adlayıb özlərini illərdir ruzisini yedikləri meşəyə çatdırıblar. Onlar bir ümidin ətəyindən yapışıblar. Bəlkə yaşadıq, bəlkə ölmədik. Bəlkə, körpə balalarımızı sağ-salamat Ağdama çatdıra bildik. Əsgərandan Xocalıya gedən yolun kənarında dayanıblar. Qaranlıq gecədə sonu görünməz insan qatarı, insan karvanı... Ağıllarda bir sual var: yolu o taya keçək, yoxsa burda qalıb sabahı gözləyək? Keçsək hansı səmtə üz tutaq? Qalsaq soyuqla, erməniylə necə baş edək? İlahi, bizə yol göstər... Elə bu an VAZ markalı avtomobilin pəncərəsindən 35-40 yaşlarında bir döyüşçü başını çölə çıxarır və soyuqdan donmuş gözlərini insan qatarına tutub nərə çəkir:

- Ay cammat! Nə durmusunuz, keçin o yolu!


Bu səs, sanki yeri-göyü lərzəyə gətirir. İnsanları ölüm yuxusundan oyadır. Soyuqdan analarının sinəsinə qısılmış uşaqların gözündə qorxu, təşviş şölələnir... Ayazdan, şaxtadan buz kəsmiş gözlər, qrov bağlamış kirpiklər hərəkətə gəlir. Heç kəs qəfil gələn əmri sorğulamır. Heysiz, təpərsiz ayaqlar yavaş-yavaş köhnə asfalt yola toxunur. Hər addım bir qara tikan olub onların ürəyinə sancılır, şaxta isə imkan vermir, elə hey iliklərə, ümidlərə, arzulara işləyir... Ölümün gözlə qaş arasında olduğu bu saniyələrdə gecənin qulaq batıran fəryadını silah səsləri pozur. Avtomatlar şaqqıldayır, nalələr ərşə dirənir... Əmrə əməl edib, yolun o üzünə keçənlər bir anlıq dönüb geriyə baxanda dəhşətə gəlirlər. Bir az bundan əvvəl yanlarında olan insanlardan, demək olar ki, əsər-əlamət qalmayıb. İlahi, hamısı cansız şəkildə buz kəsmiş yolun üzərində uzanıb və əbədi yuxuya dalıb...

***


- Ay cammat! Nə dayanmısınız, keçin o yolu! Bu, Əlif Hacıyevin Xocalı cammatına verdiyi sonuncu əmr idi. Gecənin qaranlığında, hardan gəldiyi tam da bəlli olmayan bu əmr onlarla Xocalı sakininin həyatını xilas etmişdi. Bəlkə də həmin dəqiqələrdə Əlif Hacıyev özünü onlara çatdırmasaydı faciənin dəhşəti daha da artıq olacaqdı, Çingiz Mustafayevin obyektivinə yansıyan insan cənazələrinin ardı-arası kəsilməyəcəkdi. Bəlkə də həmin dəqiqələrdə Əlif Hacıyev özünü ora çatdırmasaydı bu gün azad Xocalıda yanan çox ocaqların yeri boş qalacaqdı.

Bəlkə də...

Bəlkə də...

Bəlkə də...


Söhbət Xocalıdan düşəndə "bəlkə də"lərin ardı-arası kəsilmir. Bəlkə də dayanmayıb irəliləsəydik anam soyuqdan donmayacaqdı... Bəlkə də başqa yolla getsəydik erməni əlinə əsir düşməyəcəkdik... Bəlkə də Xocalı kimi bəşər cinayəti baş verməsəydi xalqın içindən Əlif kimi, Çingiz kimi mərd oğullar çıxmayacaqdı. Xocalı faciəsi baş verməsəydi, bəlkə də Əlif Hacıyev indi həyatda, azad Xocalıda olacaqdı...

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əlif Hacıyevin doğum günüdür. Yaşasaydı 72 yaşını ailəsi ilə qeyd edəcəkdi...

Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində anadan olub. Ailənin üçüncü övladı olan Əlif, 1970-ci ildə orta məktəbi bitirib və Xankəndidə sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə hərbi xidmətə çağırılıb, 1973-cü ildə isə Minsk şəhərindəki xidmətini başa vuraraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü kimi çalışmağa başlayıb.

1976-cı ildə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub, 1979-cu ildə oranı bitirib. Daha sonra, 1981-ci ildən SSRİ DİN-nin Akademiyasında təhsilini davam etdirib.

Əlif Hacıyev Dağlıq Qarabağ Muxtar Vilayətində çalışarkən, orada fəaliyyət göstərən gizli erməni millətçi qruplarını ifşa etməyə çalışırdı. Bu səbəbdən ermənilər onu saxta ittihamlarla həbs etdiriblər.

Sırıqlısının cibinə saxta pul qoyaraq, kabinetində əməliyyat təşkil edib onu 10 il azadlıqdan məhrum ediblər. 1987-ci ildə işi yenidən araşdırılıb, cəzası 6 ilə endirilib və 1989-cu ildə azadlığa buraxılıb.


1990-cı ildə doğma Xocalıya qayıdan Əlif Hacıyev, Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində və Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək mübarizəsini davam etdirib. Həmin ilin dekabrında Daxili İşlər Orqanlarına yenidən qəbul olunaraq Xocalı hava limanı xəttdaxili işlər bölməsinə rəis və hava limanının komendantı təyin edilib. Gördüyü xidmətlərə görə 1991-ci ilin dekabrında mayor rütbəsi alıb.

Xocalı hava limanının strateji əhəmiyyətini anlayan erməni silahlıları onu ələ keçirməyə cəhd göstəriblər. Xankəndidən içərisində 100-ə yaxın erməni döyüşçüsü olan iki avtobus hava limanına hücum edib. Onlar limanı mühasirəyə alaraq axşam saat 10-a kimi boşaldılmasını tələb ediblər. O vaxt orada cəmi 30-a yaxın azərbaycanlı əməkdaş var idi. Əlif Hacıyev ağıllı bir planla erməniləri aldadıb: hava limanındakı bir otaqda səsgücləndiricidən istifadə edərək, guya böyük bir azərbaycanlı hərbi birliyə əmrlər verirmiş kimi davranıb. Bu hiylə nəticəsində ermənilər geri çəkilməyə məcbur olublar.

1992-ci il fevralın 25-də Əlif Hacıyev və silahdaşları səhər saat 5-ə qədər düşmənə qarşı qəhrəmancasına döyüşüblər. Döyüş qeyri-bərabər şəraitdə gedirdi. Həmin gecə, Əlif meşə ilə sakinləri təhlükəsiz yerə yola saldıqdan sonra geri dönərkən, bir balaca oğlan uşağına papağını bağışlayıb və ona belə deyib: “Əgər qayıtsam, papağımı qaytararsan. Qayıtmasam, yadigar saxlayarsan".


Qayıdanda, avtomatının darağını dəyişərkən düşmən gülləsi onun ürəyinə dəyib. Cəsədi beş gün Xocalıda böyürtkən kolunun altında gizli qalıb. Onun işçisi Nazim meyidi taparaq, sırıqlısını üstünə örtərək gizlədib. Cəsədi Xocalıdan çıxaranda, ermənilərdən biri “Bu Əlifdirsə, onu sizə verməyəcəklər” deyib. Buna görə də Nazim onun cənazəsini digər meyitlərin altına qoyaraq maşında gizlətməklə çıxarmağa nail olub.

Əlif Hacıyev xalqının şərəfi, torpağının bütövlüyü uğrunda canını fəda edən igidlərdən biri idi. Onun qəhrəmanlığı tariximizdə əbədi yaşayacaq... Yeri cənnət olsun, cənab mayor!

Epos miqyası və magiyası ilə - Elnarə Akimova “Təhminə”nin aktrisası insult keçirdi Öpüşmək - Orhan Pamuk
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 İyun 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see271

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see228

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see197

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see135

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see118

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see113

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see113

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see113

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see111

Əgər Putin cümə gününə qədər Trampın ultimatuma əməl etməsə...

07 Avqust 2025 00:04see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri