Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Xocalının “göz yaşları”

Xocalının “göz yaşları”

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Damcılı bulaq həm də şəfa mənbəyidir

Füsunkar təbiəti, əsrarəngiz mənzərələri, başı buludlardan nəm çəkən uca dağları, yamyaşıl meşələri ilə qəlbləri riqqətə gətirən Qarabağımız həm də bir-birindən gözəl, saf sulu bulaqları ilə məşhurdur. İllər boyu dizlərimizi yerə atıb ürəyimizin təşnəsini söndürmək üçün həsrətini çəkdiyimiz, yuxularımızda gördüyümüz həmin bulaqlar indi əsl sahiblərinin qayıdışına sevinir, şırıl-şırıl axaraq azad Vətən torpaqlarına can verir.

Hələ bu bulaqların içərisində elələri var ki, yerinə, axışına, süzülüşünə heyrət etmədən baxmaq mümkün deyil. Xocalı rayonunda yerləşən Damcılı bulaq kimi.

Xankəndi–Ağdərə yolunun Xocalının Ballıca kəndindən keçən hissəsində, yolun lap yaxınlığında yerləşən Damcılı bulağı düz yanına getməsən görə bilməzsən. Hətta tanımayanlar dəfələrlə böyründən ötüb-keçsələr də burada ulu yaradanın belə bir möcüzəsinin mövcudluğundan xəbərsiz qalarlar. Kənardan baxanda yalnız boyu uca, yaşı qoca ağaclar görünür. Kimin ağlına gələr ki, bu ağacların altında bir mağara var və o mağaranın “tavanı”ndan, divarlarından “göz yaşları” damçılayır. Ha baxırsan, ağacların köklərinin harada torpağa bağlanıb rişə götürdüyünü, bulağın suyunun haradan gəldiyini anlamaq mümkün olmur.

Yəqin, bu yazını oxuyanların çoxu ölkəmizin müxtəlif yerlərində olan damcılı bulaqları xatırlayacaqlar. Haqlıdırlar da. Allah Azərbaycanımızı, bax belə, fərqli, özünəməxsus yaradıb. O bulaqların bir çoxunda olmuşam. Ən məşhurlarından hesab edilən Qazaxın “Damcılı mağara”sında da. Ancaq dağların dibində daşlardan suyun süzülməsi gözəl olduğu qədər də həmin dağlar mənbə rolunu oynadığı üçün təbii görünə bilər. Xocalının Damcılı bulağı isə, sanki, bir möcüzədir!

Vaxtilə bu yerlərdə yaşamış, indi yenidən öz azad ata-baba torpaqlarına qayıtmış sakinlərlə söhbət zamanı bulağın bir məziyyətini də öyrəndim: Damcılının suyu da, süzüldüyü mağaranın divarlarındakı palçıq da şəfa mənbəyidir. 75 yaşlı Kərim Əkbərov dedi ki, hələ erməni işğalından əvvəl, Sovet vaxtı insanlar dəri xəstəliklərinin müalicəsi üçün axın-axın Damcılı bulağına gəlirmişlər. Buranın palçığını əllərinə, ayaqlarına, bədənin dərisində qaşıntı, yara olan yerlərinə sürtür, gedəndə də özləri ilə aparırmışlar. Çünki Damcılının palçığının xeyrini istifadə edən hər kəs görürdü.

Suyunun müalicəvi xüsusiyyətləri haqqında isə müxtəlif fikirlər olduğu üçün yazmağı düzgün hesab etmirəm. Bunu dəqiqləşdirmək mütəxəssislərin işidir. Ancaq yolunuz Xankəndiyə, Xocalıya düşsə, mütləq vaxt edib Damcılı bulağa – təbiətin “göz yaşı” möcüzəsinə siz də baş çəkin. Peşman olmazsınız...

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see697

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see666

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see664

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see512

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see476

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see473

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see457

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see408

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see360

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see353

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see352

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see340

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see338

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see335

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see332

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see328

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see324

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see323

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see315

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see302
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri