Erməniləri təşvişə salan görüntü: Azərbaycanla sərhəddə nə baş verir? KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın Sünik (Zəngəzur -red.) vilayətində, xüsusilə Kapan və Qacaran şəhərlərində xarici vətəndaşların sayının artması yerli sakinlər arasında narahatlıq yaradıb.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Bildirilib ki, son iki ildə bölgəyə Mərkəzi Asiya ölkələrindən, xüsusilə Türkmənistan və Özbəkistandan, həmçinin Hindistan və İrandan çox sayda əmək miqrantı gəlib.
Onların əsasən iri tikinti və infrastruktur layihələrində çalışdığı qeyd edilib.
Yerli sakinlərin iddiasına görə, Qafan və Qacaranda türkmən miqrantlar xüsusilə çoxalıb.
Hətta onların sayının 1 500-ə çatdığı iddia olunur. Bununla yanaşı, miqrantların bəzilərinin əvvəllər Azərbaycanda işlədiyi və pasportlarında Azərbaycana giriş-çıxış möhürlərinin olduğu da vurğulanıb.
“Bu vəziyyət Sünikin strateji və sərhədyanı bölgə olması səbəbilə ermənilər arasında təhlükəsizlik narahatlığı yaradıb. Yerli sakinlər miqrantların kimliyinin, keçmişinin və ölkəyə hansı yollarla daxil olmasının daha ciddi yoxlanılmasını istəyirlər”, – nəşr bildirib.
Qeyd edək ki, Sünik Ermənistanın Azərbaycanla sərhəddə yerləşən strateji əhəmiyyətli bölgələrindən biridir. Buna görə də xarici vətəndaşların bölgədə, xüsusilə mühüm tikinti və infrastruktur obyektlərində çalışması müzakirələrə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 08 Oktyabr 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















