Bu şayiə erməniləri təşvişə saldı
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan hərbçisinin Qarakilsə rayonunun Şəki kəndinə getməsindən sonra Ermənistanda açıq təşviş yaşanır. Bu hadisədən sonra ermənilər arasında davamlı şəkildə müxtəlif şayiələr yayılmaqdadır.
Bakıvaxtı.az bildirir ki, bu dəfə Ermənistanın Milli Təhlükəsizlik Xidməti azərbaycanlıların Mehriyə daxil olması və orada axtarış işlərinin aparılması ilə bağlı xəbəri dezinformasiya adlandırıb.
Bu barədə MTX-nin mətbuat xidmətinin nümayəndələri məlumat veriblər.
“Bu, dezinformasiyadır. Ümumiyyətlə, bu məlumatların hamısı yalandır. Mehridə belə bir hadisə baş verməyib. Milli Təhlükəsizlik Xidməti azərbaycanlıların Mehriyə daxil olması ilə bağlı xəbəri təkzib edir”, - deyə MTX-dən bildirilib.
Bundan əvvəl hadisə barədə 24 News məlumat yayıb. KİV-in məlumatına görə, gecə saatlarından etibarən Mehri yaxınlığında üç azərbaycanlı olduğu ehtimal edilən şəxsin axtarışı PUA-ların köməyi ilə aparılır.
“Azərbaycanla sərhəddə yerləşən, Mehri rayonunun Küris kəndində gecə saatlarında kənd sakinləri mülki geyimli üç nəfər görüblər. Şahidlərin sözlərinə görə, onların azərbaycanlı olması ehtimalı yüksəkdir. Həmin şəxslərlə söhbət etdikdən sonra onlar qaçıblar. Bundan dərhal sonra kənddə və ətraf ərazilərdə axtarış işlərinə başlanılıb”, - deyə KİV yazır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 09 Oktyabr 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















